Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Türk dünyası xəbərləri
» Fransa kəşfiyyatı Azərbaycan və Türkiyə dərnəklərini izləməyə başlayıb
31.03.12 13:40
Fransa kəşfiyyatı bu il yanvarın 21-də Parisda qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun Senatda qəbulunun qarşısını almaq üçün aksiya keçirən Türkiyə və Azərbaycan dərnəklərini izləməyə, fəaliyyətlərini araşdırmağa başlayıb.
Lent.az-ın verdiyi məlumata görə, bu barədə Fransanın “Le Point” nəşri məlumat yayıb.
Fransa kəşfiyyatının əks-kəşfiyyat bölməsi olan orqanı DGRİ bu dərnəklərin fəaliyyəti ilə bağlı kəşfiyyat hesabatı hazırlayıb. Hesabatda əsas diqqət Türkiyə Milliyətçi Hərəkat Partiyasına yaxınlığı ilə seçilən Fransa Türk Federasiyasına diqqət yönəldilib. Bu Federasiya “əslində zaman-zaman zorakılığa əl atan radikal millətçi bozqurdların görünən üzü” kimi səciyyələndirilib. Fransa kəşfiyyatı MHP-nin əfsanəvi lideri Arpaslan Türkeşin mühafizəçisi olmuş, Azərbaycan torpaqlarının erməni işğalçılarından qorunması uğrunda döyüşlərdə də iştirak etmiş Yusuf Ziya Arpacıkın yanvarın 21-də Parisdəki aksiyadan sonra Fransanın Herouville-Saint-Clair şəhərinin türk əsilli bələdiyyə sədrinin müavini Fadime Ertuğrul-Taştan və onun əri ilə bir yerdə olarkən də fotoşəklini çəkib, hesabata əlavə edib. Hesabatda yazılıb ki, Fadime Ertuğrul Taştanın həm də zamanında bölgədəki bozqurdların rəhbəri olub, Fransanın MODEM Partiyasına yaxınlığı ilə seçilən bələdiyyə sədrinin də bundan xəbəri var.
Hesabata əlavə edilən digər fotoşəkillər aksiyaya qatılmaq üçün digər Avropa ölkələrindən gələn ülküçü gənclərin şəkilləridir. Fransa kəşfiyyatının hesabatında vurğulanır ki, Fransa Türk Federasiyası özünü ön plana qoymadan Avropa miqyasındakı gücünü “erməni soyqırımı”na görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbuluna qarşı yönəldib. Aksiyada Parisdə yerləşən Anadolu Mədəniyyət Mərkəzinin isə vitrin rolunda çıxış etdiyi, aksiyanın “Ataturquie”, “Turquie News”, “Radio MIT” orqanlarının, Atatürkçü Düşüncə Dərnəyi ve Talat Paşa Komitəsi kimi dərnəklər tərəfindən dəstəkləndiyi də əksini tapıb. Talat Paşa Komitəsi “erməni soqyrımı”nın tanınmasına qarşı mübarizə aparmaq üçün Türkiyə dövləti tərəfindən yaradılmış ən yüksək səviyyəli təşkilat olaraq xarakterizə edilib. DCRI hesabatında bu müxtəlif dünyagörüşlü dərnəklərin millətçilik amili əsasında bir araya gələrək aksiya həyata keçirdiyini qeyd edib.
Qeyd edək ki, Türkiyə və Azərbaycan dərnəklərinin yanvarın 21-də Parisdə keçirdikləri aksiyaya 30 min nəfərə qədər insan qatılıb. Aksiyada Türkiyə və Azərbaycan bayraqları dalğalandırılıb. Bu, indiyə qədər türklərin Fransada keçirdiyi ən böyük aksiyadır.
URL / WWW
http://atxem.az/news/a-15166.html