Axtarış: 
Fransa kəşfiyyatı Azərbaycan və Türkiyə dərnəklərini izləməyə başlayıb
+  -  Çap 
Yerləşdirilib: 31.03.12 | Baxılıb: 2852
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Fransa kəşfiyyatı bu il yanvarın 21-də Parisda qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun Senatda qəbulunun qarşısını almaq üçün aksiya keçirən Türkiyə və Azərbaycan dərnəklərini izləməyə, fəaliyyətlərini araşdırmağa başlayıb.
Lent.az-ın verdiyi məlumata görə, bu barədə Fransanın "Le Point" nəşri məlumat yayıb.

Fransa kəşfiyyatının əks-kəşfiyyat bölməsi olan orqanı DGRİ bu dərnəklərin fəaliyyəti ilə bağlı kəşfiyyat hesabatı hazırlayıb. Hesabatda əsas diqqət Türkiyə Milliyətçi Hərəkat Partiyasına yaxınlığı ilə seçilən Fransa Türk Federasiyasına diqqət yönəldilib. Bu Federasiya "əslində zaman-zaman zorakılığa əl atan radikal millətçi bozqurdların görünən üzü" kimi səciyyələndirilib. Fransa kəşfiyyatı MHP-nin əfsanəvi lideri Arpaslan Türkeşin mühafizəçisi olmuş, Azərbaycan torpaqlarının erməni işğalçılarından qorunması uğrunda döyüşlərdə də iştirak etmiş Yusuf Ziya Arpacıkın yanvarın 21-də Parisdəki aksiyadan sonra Fransanın Herouville-Saint-Clair şəhərinin türk əsilli bələdiyyə sədrinin müavini Fadime Ertuğrul-Taştan və onun əri ilə bir yerdə olarkən də fotoşəklini çəkib, hesabata əlavə edib. Hesabatda yazılıb ki, Fadime Ertuğrul Taştanın həm də zamanında bölgədəki bozqurdların rəhbəri olub, Fransanın MODEM Partiyasına yaxınlığı ilə seçilən bələdiyyə sədrinin də bundan xəbəri var.

Hesabata əlavə edilən digər fotoşəkillər aksiyaya qatılmaq üçün digər Avropa ölkələrindən gələn ülküçü gənclərin şəkilləridir. Fransa kəşfiyyatının hesabatında vurğulanır ki, Fransa Türk Federasiyası özünü ön plana qoymadan Avropa miqyasındakı gücünü "erməni soyqırımı"na görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbuluna qarşı yönəldib. Aksiyada Parisdə yerləşən Anadolu Mədəniyyət Mərkəzinin isə vitrin rolunda çıxış etdiyi, aksiyanın "Ataturquie", "Turquie News", "Radio MIT" orqanlarının, Atatürkçü Düşüncə Dərnəyi ve Talat Paşa Komitəsi kimi dərnəklər tərəfindən dəstəkləndiyi də əksini tapıb. Talat Paşa Komitəsi "erməni soqyrımı"nın tanınmasına qarşı mübarizə aparmaq üçün Türkiyə dövləti tərəfindən yaradılmış ən yüksək səviyyəli təşkilat olaraq xarakterizə edilib. DCRI hesabatında bu müxtəlif dünyagörüşlü dərnəklərin millətçilik amili əsasında bir araya gələrək aksiya həyata keçirdiyini qeyd edib.

Qeyd edək ki, Türkiyə və Azərbaycan dərnəklərinin yanvarın 21-də Parisdə keçirdikləri aksiyaya 30 min nəfərə qədər insan qatılıb. Aksiyada Türkiyə və Azərbaycan bayraqları dalğalandırılıb. Bu, indiyə qədər türklərin Fransada keçirdiyi ən böyük aksiyadır.


İtkinlərin taleyi təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir - 31.08.2026
 
Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
 
Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
 
Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
 
 
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo