Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » ATXƏM Gəncədə və Bakıda Beynəlxalq Akademik Tibb Toplantıları keçirdi - 29.11.2008
06.03.12 14:20

Türk dövlətlərinin, eləcə də tarixi reallıqlar səbəbiylə müxtəlif ölkələrdə məskunlaşmış türk toplumlarının mədəni-mənəvi, sosial-iqtisadi inteqrasiyasında yaxından iştirak etməyi özünün başlıca vəzifəsi kimi təsbitləmiş Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi İctimai Birliyi (ATXƏM) öz Nizamnamə vəzifələrinin icrası ilə yanaşı, milli dəyərlər çərçivəsi ilə məhdudlaşmayaraq bəşəri sivilizasiyanın tərəqqisinə xidmət edə biləcək bütün təşəbbüsləri dəstəkləməyi özünün şərəf işi kimi qəbul edir.Bu baxımdan, ATXƏM-in təşəbbüsü və təşkilatçılıği ilə AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Hepatitə yox deyək!” layihəsi çərçivəsində noyabrin 27-də Gəncədə, noyabrın 29-da Bakıda keçirilən Beynəlxalq Akademik Tibb toplantıları xüsusi əhəmiyyət daşıyır.
Bəs ATXƏM-in bu məsələyə xüsusi öməm verməsi hansı amillərlə şərtlənir?Bəlli olduğu kimi, həzm sistemi xəstəlikləri bütün dünyada geniş yayılmışdır və əhalinin bütün yaş qruplarını əhatə edir.
{img1}{img2}Bu xəstəliklər arasında son zamanlar virus mənşəli Hepatitlər ön plana keçməkdədir. Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına görə 20-dən artıq stomatoloji kabinet xəstələri Hepatit virusları ilə yoluxdurduğuna görə bağlanmış və lisenziyaları ləğv edilmişdir.
Digər bir tərəfdən də Azərbaycanda yaşayan əhalinin qida vərdişləri və kolorili qidalara üstünlük verməsi öz-özlüyündə bir sıra həzm siztemi xəstəliklərinin çox yayılmasına səbəb olmuşdur.
Məsələn, Azərbaycanda həzm sisteminə aid şikayətləri olan insanların 30 %-ində aktiv şəkildə xora xəstəliyi aşkara çıxarılır, təxminən eyni sayda insanda isə nə vaxtsa keçirilmiş xora xəstəliyinin izlərinə rast gəlinir. Ayrıca olaraq bağırsaq xəstəlikləri də əhali arasında ən çox yayılmış xəstəliklərdən hesab olunur.
Azərbaycan tibb işçiləri bütün bu sadalanan xəstəliklərin kütləviləşməsinin qarşısını almaq üçün imkanları daxilində mübarizə aparırlar. Ölkəmizdə bu məqsədlə yeni-yeni tibb ocaqları və diaqnostik mərkəzlər tikilib istifadəyə verilir, müasir tibbi texnika ilə təchiz olunur. Azərbaycanda tibb işçilərinin ixtisaslarının artırılmasına da əhəmiyyətli dərəcədə fikir verilir. Bununla belə, həkimlərin geniş kontingentinin, xüsusən də bölgələrdə çalışan həkimlərin beynəlxalq səviyyəli iş təcrübəsi Bakı ilə müqayisədə çox aşağıdır. Fərdi qaydada bölgələrdən beynəlxalq elmi-praktiki konfranslarda iştirak edənlərin sayı da çox azdır və hətta yox dərəcəsindədir. Bütün bunları nəzərə alaraq, ATXƏM Azərbaycanın bölgələrində çalışan tibb işçilərini həzm sistemi, həmçinin qaraciyər xəstəliklərinin diaqnostikası və müasir müalicəsi məsələlərində beynəlxalq təcrübə ilə tanış etmək üçün Bakıda və Gəncədə elmi-praktiki konfrans keçirmək təşəbbüsü ilə Türkiyə Qastroentoloji Vakfının rəhbərliyinə müraciət etmiş və qarşı tərəf onu yüksək səviyyədə dəstəkləmişdir: Türkiyə Qastroentoloji Vakfının rəhbəri Ali Özden başda olmaqla beynəlxalq iş təcrübəsinə malik 30 tibb alimi Gəncə və Bakıdakı tədbirlərə qatılmişdir.
{img3}{img4}Noyabrın 29-da Türkiyəli qonaqlar xalqımızın ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etmiş, ulu öndərin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq məzarın üzərinə əklil qoymuş, onun ruhu qarşısında baş əymişlər. Sonra tədbir iştirakçıları 1918-ci ildə Bakıda şəhid olmuş Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəınin önünə əklil qoymuşlar.
Azərbaycan Dövlət Tibb Universitetində keçirilən növbəti toplantını giriş sözü ilə ATXƏM sədri İ.İSMAYILOV açaraq, toplantının tarixi əhəmiyyətindən bəhs etdi, Türk qastroenteroloqlarının zəngin bilik təcrübələrini Azərbaycanlı həkimlərlə paylaşmalarının çox önəmli olduğunu qeyd etdi, toplantı iştirakçılarını konfransdan maksimum faydalanmağa çağırdi.
Giriş hissə Prof. Dr. Ali ÖZDEN, Doç. Dr. Dilek OĞUZ, Azərbaycan Prezidenti Aparatı ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, Azərbaycan Cərrahlar və Gastroenterologlar Cəmiyyətinin sədri, M. topçubaşov adına Eksperimental Cərrahiyyə İnstitutunun direktoru Böyükkişi AGAYEV və digərlərinin çıxışları ilə yekunlaşdı.
{img5}Daha sonra məruzəçilər Cihan YURDAYDIN, Kubilay ÇINAR, Acar TÖRÜNER, Ahmet TEZEL, Erkan PARLAK, Orhan SEZGİN, Dilek OĞUZ, Ali ÖZDEN hepatit viruslarının müalicə metodologiyasından, onlara yoluxmanın qarşısının alınmasından ətraflı danışdılar.
Konfransdan sonra saat 19.00-da “Yaxt” klubda Türkiyəli qonaqların şərəfinə təşkil olunmuş ziyafət keçirildi. Tədbirdə tanınmış Azərbaycan incəsənət ustaları və Bakı şəhəri, Yasamal rayonu 10 saylı uşaq bağçasının rəqs qrupu çıxış etdilər. Türkiyəli qonaqlara xatirə hədiyyələri təqdim edildi.

Noyabrın 30-da saat 04.00-də Türkiyəli qonaqlar Heydər Əliyev Hava Limanından yola salındılar.
URL / WWW
http://atxem.az/news/a-15170.html