Axtarış: 
ATXƏM Gəncədə və Bakıda Beynəlxalq Akademik Tibb Toplantıları keçirdi - 29.11.2008
+  -  Çap 
Yerləşdirilib: 06.03.12 | Baxılıb: 2701
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Türk dövlətlərinin, eləcə də tarixi reallıqlar səbəbiylə müxtəlif ölkələrdə məskunlaşmış türk toplumlarının mədəni-mənəvi, sosial-iqtisadi inteqrasiyasında yaxından iştirak etməyi özünün başlıca vəzifəsi kimi təsbitləmiş Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi İctimai Birliyi (ATXƏM) öz Nizamnamə vəzifələrinin icrası ilə yanaşı, milli dəyərlər çərçivəsi ilə məhdudlaşmayaraq bəşəri sivilizasiyanın tərəqqisinə xidmət edə biləcək bütün təşəbbüsləri dəstəkləməyi özünün şərəf işi kimi qəbul edir.Bu baxımdan, ATXƏM-in təşəbbüsü və təşkilatçılıği ilə AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Hepatitə yox deyək!" layihəsi çərçivəsində noyabrin 27-də Gəncədə, noyabrın 29-da Bakıda keçirilən Beynəlxalq Akademik Tibb toplantıları xüsusi əhəmiyyət daşıyır.
Bəs ATXƏM-in bu məsələyə xüsusi öməm verməsi hansı amillərlə şərtlənir?Bəlli olduğu kimi, həzm sistemi xəstəlikləri bütün dünyada geniş yayılmışdır və əhalinin bütün yaş qruplarını əhatə edir.
Bu xəstəliklər arasında son zamanlar virus mənşəli Hepatitlər ön plana keçməkdədir. Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına görə 20-dən artıq stomatoloji kabinet xəstələri Hepatit virusları ilə yoluxdurduğuna görə bağlanmış və lisenziyaları ləğv edilmişdir.
Digər bir tərəfdən də Azərbaycanda yaşayan əhalinin qida vərdişləri və kolorili qidalara üstünlük verməsi öz-özlüyündə bir sıra həzm siztemi xəstəliklərinin çox yayılmasına səbəb olmuşdur.
Məsələn, Azərbaycanda həzm sisteminə aid şikayətləri olan insanların 30 %-ində aktiv şəkildə xora xəstəliyi aşkara çıxarılır, təxminən eyni sayda insanda isə nə vaxtsa keçirilmiş xora xəstəliyinin izlərinə rast gəlinir. Ayrıca olaraq bağırsaq xəstəlikləri də əhali arasında ən çox yayılmış xəstəliklərdən hesab olunur.
Azərbaycan tibb işçiləri bütün bu sadalanan xəstəliklərin kütləviləşməsinin qarşısını almaq üçün imkanları daxilində mübarizə aparırlar. Ölkəmizdə bu məqsədlə yeni-yeni tibb ocaqları və diaqnostik mərkəzlər tikilib istifadəyə verilir, müasir tibbi texnika ilə təchiz olunur. Azərbaycanda tibb işçilərinin ixtisaslarının artırılmasına da əhəmiyyətli dərəcədə fikir verilir. Bununla belə, həkimlərin geniş kontingentinin, xüsusən də bölgələrdə çalışan həkimlərin beynəlxalq səviyyəli iş təcrübəsi Bakı ilə müqayisədə çox aşağıdır. Fərdi qaydada bölgələrdən beynəlxalq elmi-praktiki konfranslarda iştirak edənlərin sayı da çox azdır və hətta yox dərəcəsindədir. Bütün bunları nəzərə alaraq, ATXƏM Azərbaycanın bölgələrində çalışan tibb işçilərini həzm sistemi, həmçinin qaraciyər xəstəliklərinin diaqnostikası və müasir müalicəsi məsələlərində beynəlxalq təcrübə ilə tanış etmək üçün Bakıda və Gəncədə elmi-praktiki konfrans keçirmək təşəbbüsü ilə Türkiyə Qastroentoloji Vakfının rəhbərliyinə müraciət etmiş və qarşı tərəf onu yüksək səviyyədə dəstəkləmişdir: Türkiyə Qastroentoloji Vakfının rəhbəri Ali Özden başda olmaqla beynəlxalq iş təcrübəsinə malik 30 tibb alimi Gəncə və Bakıdakı tədbirlərə qatılmişdir.
Noyabrın 29-da Türkiyəli qonaqlar xalqımızın ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etmiş, ulu öndərin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq məzarın üzərinə əklil qoymuş, onun ruhu qarşısında baş əymişlər. Sonra tədbir iştirakçıları 1918-ci ildə Bakıda şəhid olmuş Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəınin önünə əklil qoymuşlar.
Azərbaycan Dövlət Tibb Universitetində keçirilən növbəti toplantını giriş sözü ilə ATXƏM sədri İ.İSMAYILOV açaraq, toplantının tarixi əhəmiyyətindən bəhs etdi, Türk qastroenteroloqlarının zəngin bilik təcrübələrini Azərbaycanlı həkimlərlə paylaşmalarının çox önəmli olduğunu qeyd etdi, toplantı iştirakçılarını konfransdan maksimum faydalanmağa çağırdi.
Giriş hissə Prof. Dr. Ali ÖZDEN, Doç. Dr. Dilek OĞUZ, Azərbaycan Prezidenti Aparatı ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, Azərbaycan Cərrahlar və Gastroenterologlar Cəmiyyətinin sədri, M. topçubaşov adına Eksperimental Cərrahiyyə İnstitutunun direktoru Böyükkişi AGAYEV və digərlərinin çıxışları ilə yekunlaşdı.
Daha sonra məruzəçilər Cihan YURDAYDIN, Kubilay ÇINAR, Acar TÖRÜNER, Ahmet TEZEL, Erkan PARLAK, Orhan SEZGİN, Dilek OĞUZ, Ali ÖZDEN hepatit viruslarının müalicə metodologiyasından, onlara yoluxmanın qarşısının alınmasından ətraflı danışdılar.
Konfransdan sonra saat 19.00-da "Yaxt" klubda Türkiyəli qonaqların şərəfinə təşkil olunmuş ziyafət keçirildi. Tədbirdə tanınmış Azərbaycan incəsənət ustaları və Bakı şəhəri, Yasamal rayonu 10 saylı uşaq bağçasının rəqs qrupu çıxış etdilər. Türkiyəli qonaqlara xatirə hədiyyələri təqdim edildi.

Noyabrın 30-da saat 04.00-də Türkiyəli qonaqlar Heydər Əliyev Hava Limanından yola salındılar.

VIDEO
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələr çoxşaxəli tarixi, mədəni və siyasi əsaslara malikdir - 17.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Dek.2025»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Gecə: +8.. +10dumanlı yağmursuz
Səhər: +7.. +9buludlu yağmursuz
Gündüz: +9.. +11buludlu yağmursuz
Axşam: +6.. +8buludlu yağmursuz
Atm. təziyi: 761 μμ
Rütübət: 63 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo