Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » Qirğızıstan parlamenti sədrinin müavini və deputatları ATXƏM-in qonağı oldular - 19.03.2009
12.03.12 13:02

Qirğızıstan parlamentinin sədinin müavini Bayekova Çolpon Tursunova, parlamentin deputatları Koyçubakov Nurlan Kenevoviç, Tulendibayev Parxat Rozimoviç, Marta Sarıkosovna və dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun bacısı, Qırğızistan Respublikası Qadınlara Yardım Mərkəzinin sədri Aytmatova Rozetta Torekulovna martın 15-də ATXƏM-in qonağı oldular.
Qonaqlar əvvəlcə ATXƏM-in ofisi ilə tanış oldular, daha sonra isə dəyirmi masada əyləşərək, ATXƏM-in iş prinsipi və fəaliyyəti ilə maraqlandılar. İlk olaraq, Prezident Aparatının siyasi-ictimai şöbəsinin sektor müdiri, siyasi elmlər namizədi Qafar Əliyev qonaqları salamlayaraq, iki dövlət arasında əlaqələrin günü-gündən inkişaf etdiyini bildirdi ki, bu işdə dövlətə, dövlətçiliyə sadiq olan bir sıra qeyri-hökumət təşkilatları var və onların sırasında ən qabaqda gedənlərdən biri də ATXƏM-dir.
{img1}{img2}ATXƏM sədri İ.İsmayılov çıxış edərək bildirdi ki, bu gün Qırğızıstan parlamenti nümayəndələrinin bizim təşkilatı ziyarət etməsi bizi ruhlandırır və işimizə daha məsuliyyətlə yanaşmağa sövq edir; eyni zamanda bu bir daha onu göstərir ki, Türk dünyasının birləşməsinin artıq zamanı çatmışdır. İ.İsmayılov ortaq türk dilinin olmaması və rus dilindən istifadə edərək anlaşmağımızı təəssüflə qeyd etdi və ümidvar olduğunu bildirdi ki, yaxın gələcəkdə Türk dünyasının ortaq dili olacaq.
Daha sonra ATXƏM sədri gələn qonaqlara ATXƏM-in həyata keçirdiyi bir slra layihələr haqqında hesabat xarakterli məlumat verdi. Qırğızıstan parlamentinin vitse-spikeri xanım Bayekova dedi ki, son zamanlar iki dövlət arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinə hər iki dövlət xüsusi önəm verir, bu məqsədlə səfirliklərin fəaliyyətə başlamasını vacib addım hesab edirəm.
{img3}{img4}Xanım Bayekova həmçinin qeyd etdi ki, ATXƏM bir təşkilat olaraq çox düzgün yol seçmişdir və biz bu təşkilata həmişə dəstək olmağa hazırıq. Daha sonra qonaqlara ATXƏM-in fəaliyyətini əks etdirən qiymətli hədiyyələr təqdim olundu.
URL / WWW
http://atxem.az/news/a-15171.html