Axtarış: 
Qirğızıstan parlamenti sədrinin müavini və deputatları ATXƏM-in qonağı oldular - 19.03.2009
+  -  Çap 
Yerləşdirilib: 12.03.12 | Baxılıb: 2515
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Qirğızıstan parlamentinin sədinin müavini Bayekova Çolpon Tursunova, parlamentin deputatları Koyçubakov Nurlan Kenevoviç, Tulendibayev Parxat Rozimoviç, Marta Sarıkosovna və dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun bacısı, Qırğızistan Respublikası Qadınlara Yardım Mərkəzinin sədri Aytmatova Rozetta Torekulovna martın 15-də ATXƏM-in qonağı oldular.
Qonaqlar əvvəlcə ATXƏM-in ofisi ilə tanış oldular, daha sonra isə dəyirmi masada əyləşərək, ATXƏM-in iş prinsipi və fəaliyyəti ilə maraqlandılar. İlk olaraq, Prezident Aparatının siyasi-ictimai şöbəsinin sektor müdiri, siyasi elmlər namizədi Qafar Əliyev qonaqları salamlayaraq, iki dövlət arasında əlaqələrin günü-gündən inkişaf etdiyini bildirdi ki, bu işdə dövlətə, dövlətçiliyə sadiq olan bir sıra qeyri-hökumət təşkilatları var və onların sırasında ən qabaqda gedənlərdən biri də ATXƏM-dir.
ATXƏM sədri İ.İsmayılov çıxış edərək bildirdi ki, bu gün Qırğızıstan parlamenti nümayəndələrinin bizim təşkilatı ziyarət etməsi bizi ruhlandırır və işimizə daha məsuliyyətlə yanaşmağa sövq edir; eyni zamanda bu bir daha onu göstərir ki, Türk dünyasının birləşməsinin artıq zamanı çatmışdır. İ.İsmayılov ortaq türk dilinin olmaması və rus dilindən istifadə edərək anlaşmağımızı təəssüflə qeyd etdi və ümidvar olduğunu bildirdi ki, yaxın gələcəkdə Türk dünyasının ortaq dili olacaq.
Daha sonra ATXƏM sədri gələn qonaqlara ATXƏM-in həyata keçirdiyi bir slra layihələr haqqında hesabat xarakterli məlumat verdi. Qırğızıstan parlamentinin vitse-spikeri xanım Bayekova dedi ki, son zamanlar iki dövlət arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinə hər iki dövlət xüsusi önəm verir, bu məqsədlə səfirliklərin fəaliyyətə başlamasını vacib addım hesab edirəm.
Xanım Bayekova həmçinin qeyd etdi ki, ATXƏM bir təşkilat olaraq çox düzgün yol seçmişdir və biz bu təşkilata həmişə dəstək olmağa hazırıq. Daha sonra qonaqlara ATXƏM-in fəaliyyətini əks etdirən qiymətli hədiyyələr təqdim olundu.

VIDEO
BƏƏ Prezidentinin Şuşaya səfəri həm simvolik, həm də strateji baxımdan böyük beynəlxalq və regional əhəmiyyət daşıyır - 17.09.2025 il
 
Xankəndidəki terror cəhdinin arxasında xarici təsirlərin olması ehtimalı yüksəkdir - 16.09.2025 il
 
“Ümid edirəm ki, bəzi QHT-lər Ədliyyə Nazirliyi və QHT Agentliyinin bəyanatından nəticə çıxaracaq”-ATXƏM sədri - 13.09.2025 il
 
Qafqaz İslam Ordusunun Bakıya gəlişi və xilaskar missiyası Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan hadisələrdən biridir - 15.09.2025 il
 
İctimai İştirak və İctimai Nəzarət: Vətəndaş Nəzarəti”-Ə.Abbasbəyli və İ.İsmayılov ilə QIRMIZI MASA - 16 iyul 2025 il
 
1948-1953-cü illərdə Qərbi Azərbaycandan deportasiya zamanı mülkiyyət hüququnun pozuntusu - 07 iyul 2025 il
 
AR QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycana qayıdış” mövzusunda 2023 və 2024-cü illərdə həyata keçirilən layihələrlə bağlı brifinq keçirib - 11 iyun 2025
 
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2025
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Axşam: +16.. +18buludlu yağmursuz
Gecə: +16.. +18buludlu yağmursuz
Səhər: +18.. +20dəyişkən buludlu yağmursuz
Gündüz: +22.. +24aydn yağmursuz
Atm. təziyi: 758 ìì
Rütübət: 70 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo