Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
ATXƏM-in tədbirləri
» Dünya Türk Gəncləri ATXƏM-də bir araya gəldi - 27.05.2009
12.03.12 19:05
Mayın 23-26-da Bakıda Dünya Türk Gəncləri birliyinin VIII Başkanlar toplantısı keçrilmişdir. Qurultayın sonuncu günü 50-dən çox qurultay nümayəndəsi ATXƏM-in mərkəzi ofisində bir araya gələrək, Mərkəzin işi ilə yaxından tanış olmuşlar.
ATXƏM sədri İlham İsmayılov numayəndə heyətinə Mərkəzin fəaliyyəti ilə bağlı geniş məlumat verərək, bildirdi ki, 2007-ci ilin sonundan fəaliyyət göstərən mərkəz bu vaxta qədər turk dünyası ilə əməkdaşlıq istiqamətində bir çox layihələr həyata keçirmişdir: “Məqsədimiz dünyada yaşayan türkdilli xalqların birgə iş birliyinə nail olmaq, bütün sahələrdə fəaliyyət göstərən türkdilli xalqlarla əlaqələrimizi genişləndirməkdən və böyük Türk adını hər zaman, hər yerdə uca tutmaqdan ibarətdir. Mərkəzimiz yarandığı gündən bəri bir çox mədəni tədbirlər, elmi-praktiki konfranslar həyata keçirmiş, Türk dünyasının nüfuzlu, böyük insanları ilə sıx əlaqələr qurmuşdur”.
{img1}{img2}Mərkəzimiz 1918-ci ildə Azərbaycan türklərinin köməyinə gəlmiş, Azərbaycanın bir sıra bölgələrini, kənd və şəhərlərini erməni daşnaklarından azad etmiş Böyük Türk sərkərdəsi, ismi hər bir Azərbaycan türkünün dilində əzbər olan, Qafqaz İslam Ordusunun komandanı, Nuru Paşa haqqında film çəkmiş, onun Azərbaycanı erməni işğalından azad etməsi ilə bağlı bir sıra elmi-praktiki konfranslar keçirmişdir.
Türk dünyasının böyük oğlu, qırğız yazıçısı Cingiz Aytmatov Bakıya dəvət edilmiş, Prezidentimiz cənab İlham Əliyevlə görüşmüşdür. Onun 80 illik yubileyi bizim təşkilatçılığımiz ilə Bakı şəhərində yüksək səviyyədə qeyd olunmuşdur.
ATXƏM-in təşkilatçılığı ilə 29 noyabr 2008-ci il tarixdə Gəncə və Bakıda Azərbaycan və Türkiyə qastroentreoloqlarının iştirakı ilə “Hepatitə yox deyək” adlı Uluslararası Akademik Tibb toplantıları keçirilmişdir.
11 May 2009-cu il tarixdə Türk Dünyasının böyük oğlu, ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ərəfəsində keçirilən Türkiyə və Azərbaycan kardio-cərrahlarının iştirakı ilə “Bakı qəlb günləri” adlı Beynəlxalq konfransın iştirakçıları müsafirimız olmuş, Mərkəzimizlə yaxından tanış olaraq, buradan xoş duyğularla ayrılmışlar.
Bununla belə, planlaşdırdığımız, gələcəkdə görəcəyimiz işlər bundan qat-qat çoxdur. Ümidvar ola bilərsiz ki, Mərkəzimiz bundan sonra da bütün türk xalqları ilə əlaqələri genişləndirəcək, onlarla daha da sıx iş birliyinə və əməkdaşlığa nail olacaqdır.
Görüşdə çıxış edən Dünya Türk Gəncləri birliyinin başkanı, Bilkənd universitetinin professoru Hasanali Karasar ATXƏM-in bu qısa vaxt ərzində gördüyü işləri yüksək qiymətləndirərək, bu mərkəzi turk gəncliyi üçün stimul verici bir ocaq olduğunu xüsusi ilə vurğuladı: “ATXƏM-in bu qısa vaxt ərzində gördüyü iş hamımız üçün bir ornək olmalıdır. Mən bu gün burdan çox böyük bir ümüdlə ayrılıram və ümüd edirəm ki, ATXƏM gələcəkdə də turk dünyası ilə əməkdaşlıq istiqamətində çox böyük işlər görəcəkdir”.
{img3}{img4}Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev qonaqları salamlayaraq, bildirdi ki, zaman və tarix bizə özümüzü yenidən dərk etməyə və birləşməyə vadar edir. Bizə ata-babalarımızdan çox böyük bir tarix qalmışdır. Bu gün türk xalqları öz keçmiş tarixlərini bərpa etmək istiqamətində irəliləyir. Bizim bu birliyimiz gerçəkləşərsə indiki Avropa Birliyindən daha böyük bir birliyə sahib ola bilərik. Yeni bir dünya birliyi yarana bilər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Biz bir millət, iki dövlətik”. Həmin siyasət bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 2006-cı ildə Bakıda Türk toplumlarının XI qurultayı keçirildi. Bu qurultaydan sonra Azərbaycanda çox böyük bir canlanma yarandı.
ATXƏM-də məhz o qurultaydan sonra yarandı. İndi bu yöndə bir çox təşkilatlar fəaliyyət göstərir. Bu da onu göstərir ki, bu gün Azərbaycan Respublikasinin prezidenti İlham Əliyev türk xalqlarınin birliyinə çalışır və bu istiqamətdə geniş fəaliyyət göstərir.
Tədbirdə çıxış edən professor Qəzənfər Paşayev, İrak Türkmən Cəbhəsinin üzvü Şəmsəddin Kuzəçi, Kür-Xəzər Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov, KKTC-nin Qırğızstandaki səfiri Erhan Arhlı da türkdilli xalqların birliyinin vacib oldugunu bildirərək, bu istiqamətdə öz təkliflərini verdilər.
Xalq şairi Zəlimxan Yaqub da qonaqları salamlayaraq özünün Türk dünyasına həsr etdiyi məşhur "Dünya Türkün Dünyası" şerini oxudu:
{img6}
Şaşırmayın, tutulmayın, şaşmayın,
Yerli, yersiz haddinizi aşmayın,
Kazan genip kaynanmamış taşmayın,
Yoldaşımız sabır, azim olacak,
Bu gün, yarın dünya bizim olacak.
Gün Tebrizin, dünya Erkin dünyası,
Yol Tanrının, Hakkı derkin dünyası,
Erkec dünya yine Türkün dünyası,
Üç gün, beş gün geçim, tezim olacak,
Bu gün yarın dünya bizim olacak.
Şehid verin, kurban verin, can verin.
Cansızlara şah damardan kan verin,
Gemi gibi sahillere yan verin,
Müjdeciler dizim dizim olacak,
Bu gün yarın dünya bizim olacak.
Düşman beni doğru bilmez, şaş anlar,
Hak sözümü kaya duyar, taş anlar,
Geri gelir Çin seddini aşanlar,
Tarihlere yeni sözüm olacak,
Bu gün yarın dünya bizim olacak.
Geçidlərdə ateşimiz azaldı,
Yokuşlarda soluğumuz daraldı.
Tarih Hakkın karşısında yer aldı,
Elbet buna bir gün çozüm olacak,
Bu gün yarın dünya bizim olacak.
Yeni düzen, yeni mizan kurandır,
İlk andımız, son andımız Turandır,
Müjdeleyen Peyğamberdır, Kurandır,
Ne yazılsa, iyi yazım olacak,
Bu gün yarın dünya bizim olacak.
Kavuşacak bölünenler, bölgeler,
Nurlanacak karanlıklar, gölgeler,
Dirilecek Oğuz Hanlar, Bilgeler,
Dört bir yanda Türke tazim olacak,
Bu gün yarın dünya bizim olacak.
Tədbir ATXƏM-in mədəniyyət departamentinin üzvlərinin konsert proqramı ilə yekunlaşdı.
ATXƏM Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15172.html