Axtarış: 
Dünya Türk Gəncləri ATXƏM-də bir araya gəldi - 27.05.2009
+  -  Çap 
Yerləşdirilib: 12.03.12 | Baxılıb: 2283
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Mayın 23-26-da Bakıda Dünya Türk Gəncləri birliyinin VIII Başkanlar toplantısı keçrilmişdir. Qurultayın sonuncu günü 50-dən çox qurultay nümayəndəsi ATXƏM-in mərkəzi ofisində bir araya gələrək, Mərkəzin işi ilə yaxından tanış olmuşlar.


ATXƏM sədri İlham İsmayılov numayəndə heyətinə Mərkəzin fəaliyyəti ilə bağlı geniş məlumat verərək, bildirdi ki, 2007-ci ilin sonundan fəaliyyət göstərən mərkəz bu vaxta qədər turk dünyası ilə əməkdaşlıq istiqamətində bir çox layihələr həyata keçirmişdir: “Məqsədimiz dünyada yaşayan türkdilli xalqların birgə iş birliyinə nail olmaq, bütün sahələrdə fəaliyyət göstərən türkdilli xalqlarla əlaqələrimizi genişləndirməkdən və böyük Türk adını hər zaman, hər yerdə uca tutmaqdan ibarətdir. Mərkəzimiz yarandığı gündən bəri bir çox mədəni tədbirlər, elmi-praktiki konfranslar həyata keçirmiş, Türk dünyasının nüfuzlu, böyük insanları ilə sıx əlaqələr qurmuşdur”.
Mərkəzimiz 1918-ci ildə Azərbaycan türklərinin köməyinə gəlmiş, Azərbaycanın bir sıra bölgələrini, kənd və şəhərlərini erməni daşnaklarından azad etmiş Böyük Türk sərkərdəsi, ismi hər bir Azərbaycan türkünün dilində əzbər olan, Qafqaz İslam Ordusunun komandanı, Nuru Paşa haqqında film çəkmiş, onun Azərbaycanı erməni işğalından azad etməsi ilə bağlı bir sıra elmi-praktiki konfranslar keçirmişdir.
Türk dünyasının böyük oğlu, qırğız yazıçısı Cingiz Aytmatov Bakıya dəvət edilmiş, Prezidentimiz cənab İlham Əliyevlə görüşmüşdür. Onun 80 illik yubileyi bizim təşkilatçılığımiz ilə Bakı şəhərində yüksək səviyyədə qeyd olunmuşdur.
ATXƏM-in təşkilatçılığı ilə 29 noyabr 2008-ci il tarixdə Gəncə və Bakıda Azərbaycan və Türkiyə qastroentreoloqlarının iştirakı ilə “Hepatitə yox deyək” adlı Uluslararası Akademik Tibb toplantıları keçirilmişdir.
11 May 2009-cu il tarixdə Türk Dünyasının böyük oğlu, ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ərəfəsində keçirilən Türkiyə və Azərbaycan kardio-cərrahlarının iştirakı ilə “Bakı qəlb günləri” adlı Beynəlxalq konfransın iştirakçıları müsafirimız olmuş, Mərkəzimizlə yaxından tanış olaraq, buradan xoş duyğularla ayrılmışlar.
Bununla belə, planlaşdırdığımız, gələcəkdə görəcəyimiz işlər bundan qat-qat çoxdur. Ümidvar ola bilərsiz ki, Mərkəzimiz bundan sonra da bütün türk xalqları ilə əlaqələri genişləndirəcək, onlarla daha da sıx iş birliyinə və əməkdaşlığa nail olacaqdır.
Görüşdə çıxış edən Dünya Türk Gəncləri birliyinin başkanı, Bilkənd universitetinin professoru Hasanali Karasar ATXƏM-in bu qısa vaxt ərzində gördüyü işləri yüksək qiymətləndirərək, bu mərkəzi turk gəncliyi üçün stimul verici bir ocaq olduğunu xüsusi ilə vurğuladı: “ATXƏM-in bu qısa vaxt ərzində gördüyü iş hamımız üçün bir ornək olmalıdır. Mən bu gün burdan çox böyük bir ümüdlə ayrılıram və ümüd edirəm ki, ATXƏM gələcəkdə də turk dünyası ilə əməkdaşlıq istiqamətində çox böyük işlər görəcəkdir”.
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev qonaqları salamlayaraq, bildirdi ki, zaman və tarix bizə özümüzü yenidən dərk etməyə və birləşməyə vadar edir. Bizə ata-babalarımızdan çox böyük bir tarix qalmışdır. Bu gün türk xalqları öz keçmiş tarixlərini bərpa etmək istiqamətində irəliləyir. Bizim bu birliyimiz gerçəkləşərsə indiki Avropa Birliyindən daha böyük bir birliyə sahib ola bilərik. Yeni bir dünya birliyi yarana bilər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Biz bir millət, iki dövlətik”. Həmin siyasət bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 2006-cı ildə Bakıda Türk toplumlarının XI qurultayı keçirildi. Bu qurultaydan sonra Azərbaycanda çox böyük bir canlanma yarandı.
ATXƏM-də məhz o qurultaydan sonra yarandı. İndi bu yöndə bir çox təşkilatlar fəaliyyət göstərir. Bu da onu göstərir ki, bu gün Azərbaycan Respublikasinin prezidenti İlham Əliyev türk xalqlarınin birliyinə çalışır və bu istiqamətdə geniş fəaliyyət göstərir.
Tədbirdə çıxış edən professor Qəzənfər Paşayev, İrak Türkmən Cəbhəsinin üzvü Şəmsəddin Kuzəçi, Kür-Xəzər Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov, KKTC-nin Qırğızstandaki səfiri Erhan Arhlı da türkdilli xalqların birliyinin vacib oldugunu bildirərək, bu istiqamətdə öz təkliflərini verdilər.
Xalq şairi Zəlimxan Yaqub da qonaqları salamlayaraq özünün Türk dünyasına həsr etdiyi məşhur "Dünya Türkün Dünyası" şerini oxudu:


Şaşırmayın, tutulmayın, şaşmayın,
Yerli, yersiz haddinizi aşmayın,
Kazan genip kaynanmamış taşmayın,
Yoldaşımız sabır, azim olacak,
Bu gün, yarın dünya bizim olacak.

Gün Tebrizin, dünya Erkin dünyası,
Yol Tanrının, Hakkı derkin dünyası,
Erkec dünya yine Türkün dünyası,
Üç gün, beş gün geçim, tezim olacak,
Bu gün yarın dünya bizim olacak.

Şehid verin, kurban verin, can verin.
Cansızlara şah damardan kan verin,
Gemi gibi sahillere yan verin,
Müjdeciler dizim dizim olacak,
Bu gün yarın dünya bizim olacak.

Düşman beni doğru bilmez, şaş anlar,
Hak sözümü kaya duyar, taş anlar,
Geri gelir Çin seddini aşanlar,
Tarihlere yeni sözüm olacak,
Bu gün yarın dünya bizim olacak.

Geçidlərdə ateşimiz azaldı,
Yokuşlarda soluğumuz daraldı.
Tarih Hakkın karşısında yer aldı,
Elbet buna bir gün çozüm olacak,
Bu gün yarın dünya bizim olacak.

Yeni düzen, yeni mizan kurandır,
İlk andımız, son andımız Turandır,
Müjdeleyen Peyğamberdır, Kurandır,
Ne yazılsa, iyi yazım olacak,
Bu gün yarın dünya bizim olacak.

Kavuşacak bölünenler, bölgeler,
Nurlanacak karanlıklar, gölgeler,
Dirilecek Oğuz Hanlar, Bilgeler,
Dört bir yanda Türke tazim olacak,
Bu gün yarın dünya bizim olacak.

Tədbir ATXƏM-in mədəniyyət departamentinin üzvlərinin konsert proqramı ilə yekunlaşdı.

ATXƏM Mətbuat xidməti

VIDEO
 
 
 
 
İctimai nəzarət saatında ATXƏM İB sədri İlham İsmayılov və Ləman Ələşrəfqızı LAFTV-də ilə müzakirə
 
Haaqada
 
Azərbaycan nümayəndə heyəti Haaqada Xocalı abidəsini ziyarət etdi  - 21.10.2023
 
“Qondarma rejimin rəhbər şəxslərinin həbs olunub Bakıya gətirilməsi böyük məna daşıyır” - 29 sentyabr 2023
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Mar.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Axşam: +9.. +11aydn yağmursuz
Gecə: +9.. +11dəyişkən buludlu yağmursuz
Səhər: +13.. +15buludlu yağmursuz
Gündüz: +14.. +16dəyişkən buludlu yağmursuz
Atm. təziyi: 762
Rütübət: 64 %


free counters

2024 www.atxem.az
Powered by Danneo