Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » ATXƏM-ə iki ödül... ATXƏM sədri və “Birlik” jurnalı mükafata layiq görüldü - 27.05.2009
12.03.12 16:05

27.05.2009
Mayın 26-da M.F.Axundov adına Milli Kitabxananın sərgi salonunda Yeni Yazarlar və Sənətçilər Qurumu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi IX Bakı Kitab Bayramı Kulturoloji tədbir keçirdi.
Artıq doqquzuncu dəfə keçirilən bu intellektual tədbir Azərbaycan Xalq Cumhuriyyətinin 91, Azərbaycan Yazıçılar Birliyinin 75, Cəlil Məmmədquluzadənin 140 və “İslam Mədəniyyətinin Paytaxtı: Bakı-2009” tədbirlərinə həsr olunmuşdu.
Tədbiri giriş sözü ilə açan Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan Əbilov bildirdi ki, artıq ənənə halını almış bu intellektual bayramın özəlliklərindən biri də hər il müxtəlif nominasiyalar üzrə mükafatların verilməsidir: “2008-ci ilin yekunlarına görə də Təşkilat Komitəsi tərəfindən 25 nominasiya üzrə mükafatlar nəzərdə tutulub. Bu mükafatlar bilavasitə yaradıcılıq sahəsini əhatə edir. Bundan başqa 7 fəxri fərman da ötən il ərzində fəaliyyətiylə seçilmiş nəşriyyatlara veriləcəkdir”.
{img1}{img2}Sonra nominasiyalar üzrə mükafatlar öz qaliblərinə təqdim olundu.
2008-ci ilin ən yaxşı bədii-sənədli kitabı mükafatı yazıçı-jurnalist, Milli Məclisin üzvü Elmira Axundovaya Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev” ikicildlik memorial kitabına verildi.
“Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi”nin (ATXƏM) sədri İlham İsmayılov ikinci mükafat olan “2008-ci il Mədəniyyətin dostu” nominasiyası üzrə mükafata layiq görüldü. İ.İsmayılov ona verilən bu mükafatı yüksək dəyərləndirərək, bildirdi ki, bu cür mükafatlar insanda yeni bir stimul yaradır və biz bir təşkilat olaraq bundan sonra da mədəniyyətimizin inkişafı və geniş təbliğində əlimizdən gələni əsirgəməyəcəyik.
“Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi”nin orqanı olan “Birlik” jurnalı da mükafatdan kənar qalmadı. Belə ki, dünya türklərinin inteqrasiyasi, türk mədəniyyətinin və tarixinin geniş təbliği yönündəki əvəzsiz fəaliyyətinə görə jurnalımızın baş redaktoru Salman Vilayətoğlu (ölümündən sonra) mükafatlandırıldı. Ona təqdim olunacaq mükafat isə oğlu Baycan Salmanoğluna təqdim olundu.
ATXƏM-in icra katibi Şahin Verdiyev bu mükafatı Salman Vilayətoğlunun özünün ala bilməməsindən təəsüflənərək, Baycan Salmanoğluna atası kimi xalq üçün, millət üçün layiqli övlad olmağı arzulayaraq, ona ATXƏM adından gül və pul mükafatı təqdim etdi.
Tədbirdə həmçinin ən yaxşı tarixi roman üzrə mükafat “Nadir Şah” romanına görə yazıçı-jurnalist Yunus Oğuza, poeziya üzrə şair Vaqif Bayatlıya, uşaq şeri üzrə şair Oqtay Rzaya təqdim olundu. Fərdi yaradıcılıq və Azərbaycan ədəbiyyatını təbliğ üzrə mükafat isə Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalıya təqdim olundu.
URL / WWW
http://atxem.az/news/a-15173.html