Axtarış: 
ATXƏM-ə iki ödül... ATXƏM sədri və "Birlik" jurnalı mükafata layiq görüldü - 27.05.2009
+  -  Çap 
Yerləşdirilib: 12.03.12 | Baxılıb: 3146
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
27.05.2009
Mayın 26-da M.F.Axundov adına Milli Kitabxananın sərgi salonunda Yeni Yazarlar və Sənətçilər Qurumu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi IX Bakı Kitab Bayramı Kulturoloji tədbir keçirdi.
Artıq doqquzuncu dəfə keçirilən bu intellektual tədbir Azərbaycan Xalq Cumhuriyyətinin 91, Azərbaycan Yazıçılar Birliyinin 75, Cəlil Məmmədquluzadənin 140 və "İslam Mədəniyyətinin Paytaxtı: Bakı-2009" tədbirlərinə həsr olunmuşdu.
Tədbiri giriş sözü ilə açan Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan Əbilov bildirdi ki, artıq ənənə halını almış bu intellektual bayramın özəlliklərindən biri də hər il müxtəlif nominasiyalar üzrə mükafatların verilməsidir: "2008-ci ilin yekunlarına görə də Təşkilat Komitəsi tərəfindən 25 nominasiya üzrə mükafatlar nəzərdə tutulub. Bu mükafatlar bilavasitə yaradıcılıq sahəsini əhatə edir. Bundan başqa 7 fəxri fərman da ötən il ərzində fəaliyyətiylə seçilmiş nəşriyyatlara veriləcəkdir".
Sonra nominasiyalar üzrə mükafatlar öz qaliblərinə təqdim olundu.
2008-ci ilin ən yaxşı bədii-sənədli kitabı mükafatı yazıçı-jurnalist, Milli Məclisin üzvü Elmira Axundovaya Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Heydər Əliyev" ikicildlik memorial kitabına verildi.
"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi"nin (ATXƏM) sədri İlham İsmayılov ikinci mükafat olan "2008-ci il Mədəniyyətin dostu" nominasiyası üzrə mükafata layiq görüldü. İ.İsmayılov ona verilən bu mükafatı yüksək dəyərləndirərək, bildirdi ki, bu cür mükafatlar insanda yeni bir stimul yaradır və biz bir təşkilat olaraq bundan sonra da mədəniyyətimizin inkişafı və geniş təbliğində əlimizdən gələni əsirgəməyəcəyik.
"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi"nin orqanı olan "Birlik" jurnalı da mükafatdan kənar qalmadı. Belə ki, dünya türklərinin inteqrasiyasi, türk mədəniyyətinin və tarixinin geniş təbliği yönündəki əvəzsiz fəaliyyətinə görə jurnalımızın baş redaktoru Salman Vilayətoğlu (ölümündən sonra) mükafatlandırıldı. Ona təqdim olunacaq mükafat isə oğlu Baycan Salmanoğluna təqdim olundu.
ATXƏM-in icra katibi Şahin Verdiyev bu mükafatı Salman Vilayətoğlunun özünün ala bilməməsindən təəsüflənərək, Baycan Salmanoğluna atası kimi xalq üçün, millət üçün layiqli övlad olmağı arzulayaraq, ona ATXƏM adından gül və pul mükafatı təqdim etdi.
Tədbirdə həmçinin ən yaxşı tarixi roman üzrə mükafat "Nadir Şah" romanına görə yazıçı-jurnalist Yunus Oğuza, poeziya üzrə şair Vaqif Bayatlıya, uşaq şeri üzrə şair Oqtay Rzaya təqdim olundu. Fərdi yaradıcılıq və Azərbaycan ədəbiyyatını təbliğ üzrə mükafat isə Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalıya təqdim olundu.

VIDEO
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələr çoxşaxəli tarixi, mədəni və siyasi əsaslara malikdir - 17.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Dek.2025»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Gecə: +7.. +9buludlu yağmursuz
Səhər: +6.. +8dumanlı yağmursuz
Gündüz: +5.. +7dumanlı yağmursuz
Axşam: +4.. +6dumanlı yağmursuz
Atm. təziyi: 768 μμ
Rütübət: 77 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo