Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » İtaliya “Azəri” Mədəniyyət Asossasiyasının prezidenti ATXƏM-in qonağı oldu - 18.12.2009
13.03.12 06:22


Dekabrın 17-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzində (ATXƏM) İtaliyanın Milan şəhərində fəaliyyət göstərən “Azəri” Mədəniyyət Asossasiyasının prezidenti Mayis Nuriyevlə görüş keçirildi. Görüşdə ATXƏM-lə Avropada fəaliyyət göstərən diaspor təşkilatlarının əməkdaşlıq məsələləri müzakirə olundu, birgə fəaliyyətin əsas istiqamətlərinə dair ilkin razılaşmalar oldu.Qeyd olundu ki, bu gün Azərbaycan həqiqətlərinin aparıcı dünya dövlətlərində təbliğ olunması yönündə birgə, planlı fəaliyyətin göstərilməsi olduqca vacib məsələdir.

ATXƏM-in sədri İlham İsmayılov qonaqlara Mərkəzin iki illik fəaliyyəti ilə bağlı geniş məlumat verdi, Türk dünyası diaspor təşkilatları ilə əməkdaşlığın əsas istiqamətlərini açıqladı. İ.İsmayılov bildirdi ki, dünyada böyük maliyyə mənbələrinə və güclü lobbiyə sahib olan erməni diasporuna qarşı türkdilli dövlətlərinin diaspor təşkilatlarının birgə fəaliyyət planının hazırlanması əsas hədəflərimizdən olmalıdır: “Əlbəttə bunun üçün ilk öncə Azərbaycan diasporunun özünün formalaşması və vahid bir mərkəzdən idarə olunması lazımdır. Bizim mərkəzin əsas hədəflərindən biri də məhz Azərbaycan diaspor təşkilatları ilə əlaqələr qurmaq və onların digər türkdilli ölkələrin diaspor təşkilatıyla əlaqələndirilməsinə yardım etməkdir”.
“Azəri” Mədəniyyət Asossasiyasının prezidenti Mayis Nuriyev bildirdi ki, rəhbərlik etdiyi mərkəz əsasən Azərbaycan mədəniyyətinin, milli rəqslərinin İtaliyada təbliğ olunması yönündə fəaliyyət göstərir: “Biz Milan şəhərində yaşayan azərbaycanlılar təşkilatlanmağa başlayanda əsas məqsədimiz zəngin Azərbaycan mədəniyyətini italyanlara tanıtmaq olub. Bu gün artıq Milan şəhərində Azərbaycan rəqslərini təbliğ edirik və yaratdığımız rəqs məktəbinə maraq göstərənlərin sayı günbəgün artmaqdadır. Ən böyük siyasətin mədəniyyət olduğuna inanırıq və bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirməyi düşünürük”.
Görüşdə iştirak edən Prezident Adminstrasiyası ictimai-siyasi şöbənin diasporla iş üzrə sektor müdiri, ATXƏM İdarə Heyətinin üzvü Qafar Əliyev, Milli QHT Forumunun prezidenti Fauf Zeyni, Kür-Xəzər Xeyriyyə Cəmiyyətinin rəhbəri Akif Kərimov, Ankara Azərbaycan Yardımlaşma və Kültür Dərnəyinin başkanı, prof. Əflatun Nemətzadə də iştirak edirdi.

ATXƏM-in
Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15176.html