Axtarış: 
İtaliya "Azəri" Mədəniyyət Asossasiyasının prezidenti ATXƏM-in qonağı oldu - 18.12.2009
+  -  Çap 
Yerləşdirilib: 13.03.12 | Baxılıb: 2701
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter

Dekabrın 17-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzində (ATXƏM) İtaliyanın Milan şəhərində fəaliyyət göstərən "Azəri" Mədəniyyət Asossasiyasının prezidenti Mayis Nuriyevlə görüş keçirildi. Görüşdə ATXƏM-lə Avropada fəaliyyət göstərən diaspor təşkilatlarının əməkdaşlıq məsələləri müzakirə olundu, birgə fəaliyyətin əsas istiqamətlərinə dair ilkin razılaşmalar oldu.Qeyd olundu ki, bu gün Azərbaycan həqiqətlərinin aparıcı dünya dövlətlərində təbliğ olunması yönündə birgə, planlı fəaliyyətin göstərilməsi olduqca vacib məsələdir.

ATXƏM-in sədri İlham İsmayılov qonaqlara Mərkəzin iki illik fəaliyyəti ilə bağlı geniş məlumat verdi, Türk dünyası diaspor təşkilatları ilə əməkdaşlığın əsas istiqamətlərini açıqladı. İ.İsmayılov bildirdi ki, dünyada böyük maliyyə mənbələrinə və güclü lobbiyə sahib olan erməni diasporuna qarşı türkdilli dövlətlərinin diaspor təşkilatlarının birgə fəaliyyət planının hazırlanması əsas hədəflərimizdən olmalıdır: "Əlbəttə bunun üçün ilk öncə Azərbaycan diasporunun özünün formalaşması və vahid bir mərkəzdən idarə olunması lazımdır. Bizim mərkəzin əsas hədəflərindən biri də məhz Azərbaycan diaspor təşkilatları ilə əlaqələr qurmaq və onların digər türkdilli ölkələrin diaspor təşkilatıyla əlaqələndirilməsinə yardım etməkdir".
"Azəri" Mədəniyyət Asossasiyasının prezidenti Mayis Nuriyev bildirdi ki, rəhbərlik etdiyi mərkəz əsasən Azərbaycan mədəniyyətinin, milli rəqslərinin İtaliyada təbliğ olunması yönündə fəaliyyət göstərir: "Biz Milan şəhərində yaşayan azərbaycanlılar təşkilatlanmağa başlayanda əsas məqsədimiz zəngin Azərbaycan mədəniyyətini italyanlara tanıtmaq olub. Bu gün artıq Milan şəhərində Azərbaycan rəqslərini təbliğ edirik və yaratdığımız rəqs məktəbinə maraq göstərənlərin sayı günbəgün artmaqdadır. Ən böyük siyasətin mədəniyyət olduğuna inanırıq və bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirməyi düşünürük".
Görüşdə iştirak edən Prezident Adminstrasiyası ictimai-siyasi şöbənin diasporla iş üzrə sektor müdiri, ATXƏM İdarə Heyətinin üzvü Qafar Əliyev, Milli QHT Forumunun prezidenti Fauf Zeyni, Kür-Xəzər Xeyriyyə Cəmiyyətinin rəhbəri Akif Kərimov, Ankara Azərbaycan Yardımlaşma və Kültür Dərnəyinin başkanı, prof. Əflatun Nemətzadə də iştirak edirdi.

ATXƏM-in
Mətbuat xidməti

VIDEO
Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur - 05.04.2026
 
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik - 03.04.2026
 
Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya - 02.04.2026
 
AFTV- Milli Məclisdə ETİRAZ: Dövlətdən oğurluq edən həbsxanaya yox, vəzifəyə gedir -  Ilham İsmayılov ilə müzakirə
 
Murad Mirzəyev-Gənc nəsil üçün vətənpərvərlik nümunəsi - 02.04.2026
 
31 mart kimi soyqırımlarını yenidən yaşamamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır - 31.03.2026
 
Azərbaycan Mədəniyyətinə böyük itki üz vermişdir 29.03.2026
 
Milli mentalitetimiz ailə dəyərlərinə hörməti özündə ehtiva edir - 18.03.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« İyul.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo