Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tarixi məqamları » Türkiyənin “Kanal A” televiziyası ATXƏM-in təşəbbusu ilə Azərbaycanda oldu - 01.02.2010
15.03.12 09:25

Yanvarın 26-31-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşəbbüsü ilə Türkiyənin “Kanal A” televiziyasının “Gəzgin” proqramının aparıcısı və rejissoru, eyni zamanda “First Business” jurnalının sahibi və baş redaktoru Abdullah Türksoy Azərbaycanda olmuş, Azərbaycanın tarixi, bu günü ilə əlaqədar geniş televiziya proqramı hazırlamışdır.
Proqram Azərbaycanın tarixini, mədəniyyətini, azadlıq mücadiləsini, Dağlıq Qarabağ problemini, qaçqınların durumunu, ermənilərin Azərbaycanda törətdiyi soyqırımları əhatə etməklə, Qafqaz İslam Ordusunun Bakının qurtuluşundakı roluna da geniş diqqət ayrılmışdır.





Səfər çərçivəsində Türkiyəli jurnalistlər Qubada ermənilər tərəfindən törədilən soyqırımın qurbanlarının sümüklərinin olduğu kütləvi məzarlığı ziyarət ediblər. Quba rayon ictimayyəti və ölkə televiziyalarının da geniş diqqət ayırdığı kütləvi məzarlığı ziyarət edən “Kanal A” televiziya kanalının və “First bisiness” jurnalının əməkdaşları Azərbaycanda ermənilərin törətdiyi vəhşiliklərdən dəhşətə gəldiklərini bildirdilər. “Kanal A” əməkdaşı Abdullah Türksoy bildirib ki, bir müddət öncə Dağlıq Qarabağa Azərbaycan ərazisindən keçməklə getmək istəyiblər, lakin erməni tərəfi bunun yalnız Ermənistan vasitəsilə mümkün olduğunu onların nəzərinə çatdırıb.
{img1}{img2}Bundan sonra A.Türksoy Azərbaycanda erməni vəhşiliklərinin izlərini lentə almaq qərarına gəlib və ATXƏM-in dəvətiylə Azərbaycana gəlib. Jurnalist ermənilərin törətdikləri soyqırımın dünyaya çatdırılmasının vacib olduğunu bildirib.
Daha sonra Türkiyəli jurnalistlər Salyan rayon məzarlığında və Nefçala rayonu Bankə qəsəbəsindəki Türk Şəhidlərinin məzarlarını ziyarət ediblər.Nefçalada olarkən qonaqlar görkəmli elm adamı, professor İmamverdi Əbilovla da görüşərək, Qafqaz İslam Ordusunun bölgədəki fəaliyyətiylə maraqlanıblar.
Qeyd edək ki, Azərbaycanla bağlı “Kanal A” televiziyasında yayınlanacaq “Gəzgin” proqramı fevralın 6-da Bakı vaxtiylə saat 18.30-da, təkrarı isə fevralın 7-də saat 12.30-da ekrana çıxacaq. Baxmağı unutmayın!

URL / WWW
http://atxem.az/news/a-15178.html