Axtarış: 
Türkiyənin "Kanal A" televiziyası ATXƏM-in təşəbbusu ilə Azərbaycanda oldu - 01.02.2010
+  -  Çap 
Yerləşdirilib: 15.03.12 | Baxılıb: 3561
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Yanvarın 26-31-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşəbbüsü ilə Türkiyənin "Kanal A" televiziyasının "Gəzgin" proqramının aparıcısı və rejissoru, eyni zamanda "First Business" jurnalının sahibi və baş redaktoru Abdullah Türksoy Azərbaycanda olmuş, Azərbaycanın tarixi, bu günü ilə əlaqədar geniş televiziya proqramı hazırlamışdır.
Proqram Azərbaycanın tarixini, mədəniyyətini, azadlıq mücadiləsini, Dağlıq Qarabağ problemini, qaçqınların durumunu, ermənilərin Azərbaycanda törətdiyi soyqırımları əhatə etməklə, Qafqaz İslam Ordusunun Bakının qurtuluşundakı roluna da geniş diqqət ayrılmışdır.





Səfər çərçivəsində Türkiyəli jurnalistlər Qubada ermənilər tərəfindən törədilən soyqırımın qurbanlarının sümüklərinin olduğu kütləvi məzarlığı ziyarət ediblər. Quba rayon ictimayyəti və ölkə televiziyalarının da geniş diqqət ayırdığı kütləvi məzarlığı ziyarət edən "Kanal A" televiziya kanalının və "First bisiness" jurnalının əməkdaşları Azərbaycanda ermənilərin törətdiyi vəhşiliklərdən dəhşətə gəldiklərini bildirdilər. "Kanal A" əməkdaşı Abdullah Türksoy bildirib ki, bir müddət öncə Dağlıq Qarabağa Azərbaycan ərazisindən keçməklə getmək istəyiblər, lakin erməni tərəfi bunun yalnız Ermənistan vasitəsilə mümkün olduğunu onların nəzərinə çatdırıb.
Bundan sonra A.Türksoy Azərbaycanda erməni vəhşiliklərinin izlərini lentə almaq qərarına gəlib və ATXƏM-in dəvətiylə Azərbaycana gəlib. Jurnalist ermənilərin törətdikləri soyqırımın dünyaya çatdırılmasının vacib olduğunu bildirib.
Daha sonra Türkiyəli jurnalistlər Salyan rayon məzarlığında və Nefçala rayonu Bankə qəsəbəsindəki Türk Şəhidlərinin məzarlarını ziyarət ediblər.Nefçalada olarkən qonaqlar görkəmli elm adamı, professor İmamverdi Əbilovla da görüşərək, Qafqaz İslam Ordusunun bölgədəki fəaliyyətiylə maraqlanıblar.
Qeyd edək ki, Azərbaycanla bağlı "Kanal A" televiziyasında yayınlanacaq "Gəzgin" proqramı fevralın 6-da Bakı vaxtiylə saat 18.30-da, təkrarı isə fevralın 7-də saat 12.30-da ekrana çıxacaq. Baxmağı unutmayın!


VIDEO
Keçən əsrin ən ağır cinayətlərindən biri: Xocalı soyqırımı - 26.02.2026
 
 
Vaşinqtondan başlayıb Cənubi Qafqazda davam edən strateji tərərfdaşlıq - 12.02.2026
 
Cənab Prezidentin cəmiyyətə ötürdüyü mesaj - 12.01.2026
 
Prezident İlham Əliyevin müsahibəsində Türk dünyası ilə bağlı strateji xətt - 07.01.2026
 
Azәrbaycan әdәbiyyatının görkәmli nümayәndәlәrindәn olani Nəriman Hə­sənzadənin 95 yaşı tamam olmuşdur - 20.02.2026
 
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Mar.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: ìì
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo