Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
ATXƏM-in tədbirləri
» ATXƏM sədri Ankarada TÜRKSAM-ın keçirdiyi "BEYİN FIRTINASI" dəyirmi masasında iştirak etdi - 08.04.2010
14.03.12 09:32
Martın 26-da isə ATXƏM sədri TÜRKSAM başkanı Sinan Oğanın dəvətiylə TÜRKSAM-da düzənlənən “Erməni sorunu” adlı beyin fırtınası toplantısına qatılıb. toplantıda “Türkiyə-Ermənistan-Azərbaycan əlaqələri; Protokollar və Erməni Tasarıları” mövzusu ekspertlər tərəfindən müzakirə olunub. Əsas müzakirə olunan məsələlərdən biri Ermənistan və erməni diasporunun 2015-ci ildə, yəni 1915-ci ildə ermənilərin uydurduğu “soyqırım” iddialarının 100 illiyi dönəmində Türkiyənin aparacağı siyasət müzakirə olunmuşdur. TÜRKSAM başkanı Sinan Oğanın rəhbərliyi ilə keçən beyin fırtınasında Türkiyə Xarici İşlər Nazirliyinin Müsteşar yardımçısı Ünal Çevilöz, Türk Tarih Kurumu eski başkanı və Qazi Universiteti Strateji Araşdırmalar Mərkəzi başkanı Yusif Halaçoğlu, Avrasiya İncəmələri Mərkəzi (AVİM) eksperti Oya Eren, Türkiyə Ekonomi Politikaları Vakfı (TEPAV) eksperti Burcu Gültekin Punsmann, 21.yüzyıl Türkiyə Enstitüsü bölüm başkanı dr. Ali Asker, Uluslararası Strateji Araşdırmalar Kurumu (USAK) analitiki Hasan Selim Özertem, Kavkas Stratejik Araştırmalar Mərkəzi (KAVKASSAM) başkanı dr. Hasan Oktay, Başkənt Universiteti Strateji Araşdırmalar Mərkəzi eksperti dr. Sadi Çayçı, ODTÜ KORA Başkan Yardımcısı ve öğretim üyesi Doç. Dr. Ayça ERGUN, “Cumhuriyet” qəzeti xarici siyasət müxbiri Bahadır Selim DİLEK, ATXƏM-in sədri İlham İsmayılov, ATXƏM-n sədr müavini Zeyqəm Süleymanov və Milli Güvenlik Kurulu Genel Sekreterliği rəsmiləri də iştirak ediblər.
{img1}{img2}Beyin Fırtınasının birinci bölümündə mövcud vəziyyət, ikinci bölümündə isə problemdən çıxış yolları müzakirə olunub.
Beyin fırtınasında çıxış edən ATXƏM sədri İlham İsmayılov Türkiyə-Ermənistan əlaqələrinin qurulmasına münasibət bildirərək, qeyd edib ki, biz Azərbaycan tərəfi olaraq bu əlaqələrin qurulmasına yalnız Ermənistanın işğalçılıq siyasətinə son qoyulduqdan və 20 ilə yaxın bir vaxt ərzində işğal altında tutduğu Qarabağ ərazilərindən çəkildikdən sonra razı ola bilərik: “Ermənilər qondarma soyqırım iddialarını ortaya atmaqla dünyada türk millətinə qarşı anti-təbliğat aparır, hətta 2015-ci ilə qədər bütün dünya parlamentində bu soyqırımı tanıtdırmağa çalışırlar.
Amma Azərbaycan və Türkiyə diasporu birləşərək, ermənilərin bu yalanlarına qarşı öz həqiqətlərimizi – ermənilərin törətdiyi Xocalı soyqırımını dünyaya tanıda bilərik. Ermənilər 1915-ci ildə türklərin 1 milyona yaxın ermənini qətl etdiyini iddia etsələr də, tarixi faktlar göstərir ki, əslində ermənilər 1918-ci ildə Azərbaycanda 100 minə yaxın Azərbaycan türkünü ən vəhşi üsullarla öldürmüşlər. Hesab edirəm ki, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birliyi ermənilərin dünyada yaymaq istədiyi uydurma soyqırıma son qoya bilər. Biz bu birliyin bariz nümunəsini bu il fevralın 27-də Strasburqda keçirdiyimiz Xocalı mitinqində gördük.
Azərbaycan və Türk diaspor təşkilatlarının birgə əməkdaşlığı nəticəsində Strasburqda – Avropanın paytaxtında Xocalı soyqırımını tanıtmağa çalışdıq.
İnanıram ki, bu əməkdaşlığın daha da genişlənməsi nəticəsində biz Xocalı soyqırımını bütün dünyada tanıtmağa nail olacayıq”.
Sonda İlham İsmayılov Türkiyədə fəaliyyət göstərən aparıcı televiziyaları ermənilərin Azərbaycanda törətdiyi soyqırımlarla tanış olmaq üçün Azərbaycana dəvət edib.
URL / WWW
http://atxem.az/news/a-15179.html