Axtarış: 
ATXƏM sədri Ankarada TÜRKSAM-ın keçirdiyi "BEYİN FIRTINASI" dəyirmi masasında iştirak etdi - 08.04.2010
+  -  Çap 
Yerləşdirilib: 14.03.12 | Baxılıb: 2772
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Martın 26-da isə ATXƏM sədri TÜRKSAM başkanı Sinan Oğanın dəvətiylə TÜRKSAM-da düzənlənən “Erməni sorunu” adlı beyin fırtınası toplantısına qatılıb. toplantıda “Türkiyə-Ermənistan-Azərbaycan əlaqələri; Protokollar və Erməni Tasarıları” mövzusu ekspertlər tərəfindən müzakirə olunub. Əsas müzakirə olunan məsələlərdən biri Ermənistan və erməni diasporunun 2015-ci ildə, yəni 1915-ci ildə ermənilərin uydurduğu “soyqırım” iddialarının 100 illiyi dönəmində Türkiyənin aparacağı siyasət müzakirə olunmuşdur. TÜRKSAM başkanı Sinan Oğanın rəhbərliyi ilə keçən beyin fırtınasında Türkiyə Xarici İşlər Nazirliyinin Müsteşar yardımçısı Ünal Çevilöz, Türk Tarih Kurumu eski başkanı və Qazi Universiteti Strateji Araşdırmalar Mərkəzi başkanı Yusif Halaçoğlu, Avrasiya İncəmələri Mərkəzi (AVİM) eksperti Oya Eren, Türkiyə Ekonomi Politikaları Vakfı (TEPAV) eksperti Burcu Gültekin Punsmann, 21.yüzyıl Türkiyə Enstitüsü bölüm başkanı dr. Ali Asker, Uluslararası Strateji Araşdırmalar Kurumu (USAK) analitiki Hasan Selim Özertem, Kavkas Stratejik Araştırmalar Mərkəzi (KAVKASSAM) başkanı dr. Hasan Oktay, Başkənt Universiteti Strateji Araşdırmalar Mərkəzi eksperti dr. Sadi Çayçı, ODTÜ KORA Başkan Yardımcısı ve öğretim üyesi Doç. Dr. Ayça ERGUN, “Cumhuriyet” qəzeti xarici siyasət müxbiri Bahadır Selim DİLEK, ATXƏM-in sədri İlham İsmayılov, ATXƏM-n sədr müavini Zeyqəm Süleymanov və Milli Güvenlik Kurulu Genel Sekreterliği rəsmiləri də iştirak ediblər.
Beyin Fırtınasının birinci bölümündə mövcud vəziyyət, ikinci bölümündə isə problemdən çıxış yolları müzakirə olunub.
Beyin fırtınasında çıxış edən ATXƏM sədri İlham İsmayılov Türkiyə-Ermənistan əlaqələrinin qurulmasına münasibət bildirərək, qeyd edib ki, biz Azərbaycan tərəfi olaraq bu əlaqələrin qurulmasına yalnız Ermənistanın işğalçılıq siyasətinə son qoyulduqdan və 20 ilə yaxın bir vaxt ərzində işğal altında tutduğu Qarabağ ərazilərindən çəkildikdən sonra razı ola bilərik: “Ermənilər qondarma soyqırım iddialarını ortaya atmaqla dünyada türk millətinə qarşı anti-təbliğat aparır, hətta 2015-ci ilə qədər bütün dünya parlamentində bu soyqırımı tanıtdırmağa çalışırlar.
Amma Azərbaycan və Türkiyə diasporu birləşərək, ermənilərin bu yalanlarına qarşı öz həqiqətlərimizi – ermənilərin törətdiyi Xocalı soyqırımını dünyaya tanıda bilərik. Ermənilər 1915-ci ildə türklərin 1 milyona yaxın ermənini qətl etdiyini iddia etsələr də, tarixi faktlar göstərir ki, əslində ermənilər 1918-ci ildə Azərbaycanda 100 minə yaxın Azərbaycan türkünü ən vəhşi üsullarla öldürmüşlər. Hesab edirəm ki, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birliyi ermənilərin dünyada yaymaq istədiyi uydurma soyqırıma son qoya bilər. Biz bu birliyin bariz nümunəsini bu il fevralın 27-də Strasburqda keçirdiyimiz Xocalı mitinqində gördük.
Azərbaycan və Türk diaspor təşkilatlarının birgə əməkdaşlığı nəticəsində Strasburqda – Avropanın paytaxtında Xocalı soyqırımını tanıtmağa çalışdıq.
İnanıram ki, bu əməkdaşlığın daha da genişlənməsi nəticəsində biz Xocalı soyqırımını bütün dünyada tanıtmağa nail olacayıq”.
Sonda İlham İsmayılov Türkiyədə fəaliyyət göstərən aparıcı televiziyaları ermənilərin Azərbaycanda törətdiyi soyqırımlarla tanış olmaq üçün Azərbaycana dəvət edib.

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo