Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » ATXƏM martın 31-də Quba soyqırım məzarlığında anım mərasimi keçirdi - 08.04.2010
14.03.12 06:22

Mart ayının 31-i «Azərbaycanlıların soyqırımı günü» kimi qeyd olunur. Tarixi facilərimizi ictimai diqqətdə saxlamaq və dünya ictimayyətinə çatdırmaq üçün var gücünü səfərbər etmiş Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi də (ATXƏM) 1918 il faciələrinin 82-ci ildönümü münasibətilə Qubada rayon İcra Hakimiyyətiylə birgə tədbir keçirdi.
Tədbirdə Prezident Adminstrasiyasının ictimai-siyasi şöbənin sektor müdiri Qafar Əliyev, ATXƏM-in sədri İlham İsmayılov, Quba rayon İH-nin başçısı Rauf Həbibov, TÜSİAB rəhbərliyi, Azərbaycanda fəaliyyət göstərən Türkiyə və Ukrayna səfirliklərinin nümayəndələri, ziyalılar, QHT və Media nümayəndələri və Quba rayon ictimayyət nümayəndələri iştirak edirdi.
{img1}{img2}Tədbiri giriş sözü ilə açan Quba rayon İH-nin başçısı Rauf Həbibov vurğuladı ki, xalqımızın başına zaman-zaman gətirilən soyqırım müsibətlərinə ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə ilk dəfə olaraq siyasi qiymət verildi.
Tədbirdə Prezident Adminstrasiyasının ictimai-siyasi şöbənin sektor müdiri Qafar Əliyev və millət vəkili Vahid Əhmədov, BDU-nun professoru, tarix elmləri doktoru Anar İsgəndərov və rayon ağsaqqalları çıxış edərək 1918-ci il qırğınları barədə, geniş məlumat verdilər, erməni millətçilərinin apardığı mənfur siyasəti pislədilər, torpaqlarımızı yağı düşməndən təmizləmək üçün bütün qüvvələrin səfərbər olmalarını, ermənilərin təcavüzkar siyasətini ifşa etməyi, beynəlxalq təşkilatlardan, nüfuzlu dünya dövlətlərindən tələb etdilər.
{img3}{img4}Tədbirdə çıxış edən ATXƏM-in sədri İlham İsmayılov bildirdi ki, biz 26 fevral Xocalı soyqırımı gününü yeni qeyd etmişik, cəmi bir ay sonra yeniden yeni bir soyqırım günü qeyd edirik. “Bizim tariximizdə ermənilər tərəfindən törədilmiş belə soyqırımlara son 250 illik tariximizdə tez-tez rastlanır. Bütün dunya dövlətləri bu həqiqətləri bilsə də, bütün bu faciələrə sadəcə göz yumur. Ermənilər bu soyqırımları yalnız Azərbaycan türklərinə deyil, eyni zamanda bu coğrafiyada yaşayan azsaylı xalqlara qarşı, eyni zamanda bənzər soyqırımları Türkiyədə də törətmişlər.
Ona görə də ermənilərin törətdiyi soyqırımlar bütün Türk dünyasının ortaq faciəsidir. Mən hesab edirəm ki, bütün Türk dünyasının bu ortaq faciəsi həm də onların ortaq gələcəyini şərtləndirən amil olmalıdır. Biz Türk dünyası olaraq erməni yalanlarına qarşı birləşməli, birgə mübarizə aparmalıyıq”.
Sonra ATXƏM və TÜSİAB adından soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə əklil qoyuldu.Tədbir iştirakıları Qubadakı soyqırım qəbristanlığına gələrək, soyqırım qurbanlarının məzarını da ziyarət etdilər.
{img5}



ATXƏM-in Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15180.html