Axtarış: 
ATXƏM martın 31-də Quba soyqırım məzarlığında anım mərasimi keçirdi - 08.04.2010
+  -  Çap 
Yerləşdirilib: 14.03.12 | Baxılıb: 3026
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Mart ayının 31-i «Azərbaycanlıların soyqırımı günü» kimi qeyd olunur. Tarixi facilərimizi ictimai diqqətdə saxlamaq və dünya ictimayyətinə çatdırmaq üçün var gücünü səfərbər etmiş Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi də (ATXƏM) 1918 il faciələrinin 82-ci ildönümü münasibətilə Qubada rayon İcra Hakimiyyətiylə birgə tədbir keçirdi.
Tədbirdə Prezident Adminstrasiyasının ictimai-siyasi şöbənin sektor müdiri Qafar Əliyev, ATXƏM-in sədri İlham İsmayılov, Quba rayon İH-nin başçısı Rauf Həbibov, TÜSİAB rəhbərliyi, Azərbaycanda fəaliyyət göstərən Türkiyə və Ukrayna səfirliklərinin nümayəndələri, ziyalılar, QHT və Media nümayəndələri və Quba rayon ictimayyət nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Quba rayon İH-nin başçısı Rauf Həbibov vurğuladı ki, xalqımızın başına zaman-zaman gətirilən soyqırım müsibətlərinə ulu öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı ilə ilk dəfə olaraq siyasi qiymət verildi.
Tədbirdə Prezident Adminstrasiyasının ictimai-siyasi şöbənin sektor müdiri Qafar Əliyev və millət vəkili Vahid Əhmədov, BDU-nun professoru, tarix elmləri doktoru Anar İsgəndərov və rayon ağsaqqalları çıxış edərək 1918-ci il qırğınları barədə, geniş məlumat verdilər, erməni millətçilərinin apardığı mənfur siyasəti pislədilər, torpaqlarımızı yağı düşməndən təmizləmək üçün bütün qüvvələrin səfərbər olmalarını, ermənilərin təcavüzkar siyasətini ifşa etməyi, beynəlxalq təşkilatlardan, nüfuzlu dünya dövlətlərindən tələb etdilər.
Tədbirdə çıxış edən ATXƏM-in sədri İlham İsmayılov bildirdi ki, biz 26 fevral Xocalı soyqırımı gününü yeni qeyd etmişik, cəmi bir ay sonra yeniden yeni bir soyqırım günü qeyd edirik. "Bizim tariximizdə ermənilər tərəfindən törədilmiş belə soyqırımlara son 250 illik tariximizdə tez-tez rastlanır. Bütün dunya dövlətləri bu həqiqətləri bilsə də, bütün bu faciələrə sadəcə göz yumur. Ermənilər bu soyqırımları yalnız Azərbaycan türklərinə deyil, eyni zamanda bu coğrafiyada yaşayan azsaylı xalqlara qarşı, eyni zamanda bənzər soyqırımları Türkiyədə də törətmişlər.
Ona görə də ermənilərin törətdiyi soyqırımlar bütün Türk dünyasının ortaq faciəsidir. Mən hesab edirəm ki, bütün Türk dünyasının bu ortaq faciəsi həm də onların ortaq gələcəyini şərtləndirən amil olmalıdır. Biz Türk dünyası olaraq erməni yalanlarına qarşı birləşməli, birgə mübarizə aparmalıyıq".
Sonra ATXƏM və TÜSİAB adından soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə əklil qoyuldu.Tədbir iştirakıları Qubadakı soyqırım qəbristanlığına gələrək, soyqırım qurbanlarının məzarını da ziyarət etdilər.




ATXƏM-in Mətbuat xidməti

VIDEO
Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur - 05.04.2026
 
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik - 03.04.2026
 
Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya - 02.04.2026
 
AFTV- Milli Məclisdə ETİRAZ: Dövlətdən oğurluq edən həbsxanaya yox, vəzifəyə gedir -  Ilham İsmayılov ilə müzakirə
 
Murad Mirzəyev-Gənc nəsil üçün vətənpərvərlik nümunəsi - 02.04.2026
 
31 mart kimi soyqırımlarını yenidən yaşamamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır - 31.03.2026
 
Azərbaycan Mədəniyyətinə böyük itki üz vermişdir 29.03.2026
 
Milli mentalitetimiz ailə dəyərlərinə hörməti özündə ehtiva edir - 18.03.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« May.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: ìì
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo