Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tarixi məqamları » Dünya Axıska Türkləri Cəmiyyəti rəhbərliyi ATXƏM-də oldu - 16.04.2010
13.03.12 09:42

Dünya Axıska Türkləri Cəmiyyətinin prezidenti Ziyəddin Həsənovun rəhbərliyilə Azərbaycanda səfərdə olan böyük bir nümayəndə heyəti aprelin 15-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) qonagı oldu.ATXƏM sədri İlham İsmayılov qonaqlara Mərkəzlə bağlı geniş məlumat verdi, həyata keçirilən beynəlxalq layihələrdə birgə əməkdaşlığın vacibliyini vurğuladı. Dünya Axıska Türkləri Cəmiyyətinin prezidenti Ziyəddin Həsənov da ATXƏM-lə tanışlıqdan məmnun olduğunu bildirərək, Türk birliyi yönündə fəaliyyət göstərən təşkilatların əlaqələrinin yaradılmasının vacib olduğunu bildirdi: “Bu gün bütün Türk dünyası üçün yaradılmış bir erməni problemi mövcuddur. Bizə qarşı əsassız ittihamlar səsləndirilərək, hər zaman təzyiq altında saxlamağa cəhd göstərilir. Ona görə də bütün Türk dünyası bu vəziyyətdən yalnız birləşərək çıxa bilərlər. Bizim də üzərimizə düşən əsas vəzifə Türk ictimai fikrini vahid bir mövqeyə gətirmək, bütün türk təşkilatlarının əməkdaşlığına nail olmaqdır. Bunun üçün birgə layihələr həyata keçirməli, əməkdaşlıq şəraitində işlərimizi davam etdirməliyik”. {img1}{img2}Görüşdə Dünya Axıska Türkləri Cəmiyyəti və ATXƏM-in həyata keçirəcəkləri birgə layihələr də müzakirə olundu. İlk başlanğıc kimi mayın 29-da ATXƏM-in Ankara şəhərində keçirəcəyi Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq konfransda birgə iştirak qərara alındı. Eyni zamanda Ziyəddin Həsənov ATXƏM-in bu ilin fevral ayında Strasburqda keçirdiyi Xocalı mitinqinə toxunaraq, bildirdi ki, biz gücümüzü bir araya gətirərək, Avropada bu mitinqləri daha mütəşəkkil hala gətirə bilərik. Ziyəddin Həsənov gələn ilin fevral ayında ATXƏM-in Fransada planlaşdırdığı mitinqə dəstək verəcəklərini bildirdi. ATXƏM-in Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15182.html