Axtarış: 
Dünya Axıska Türkləri Cəmiyyəti rəhbərliyi ATXƏM-də oldu - 16.04.2010
+  -  Çap 
Yerləşdirilib: 13.03.12 | Baxılıb: 3184
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Dünya Axıska Türkləri Cəmiyyətinin prezidenti Ziyəddin Həsənovun rəhbərliyilə Azərbaycanda səfərdə olan böyük bir nümayəndə heyəti aprelin 15-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) qonagı oldu.ATXƏM sədri İlham İsmayılov qonaqlara Mərkəzlə bağlı geniş məlumat verdi, həyata keçirilən beynəlxalq layihələrdə birgə əməkdaşlığın vacibliyini vurğuladı. Dünya Axıska Türkləri Cəmiyyətinin prezidenti Ziyəddin Həsənov da ATXƏM-lə tanışlıqdan məmnun olduğunu bildirərək, Türk birliyi yönündə fəaliyyət göstərən təşkilatların əlaqələrinin yaradılmasının vacib olduğunu bildirdi: "Bu gün bütün Türk dünyası üçün yaradılmış bir erməni problemi mövcuddur. Bizə qarşı əsassız ittihamlar səsləndirilərək, hər zaman təzyiq altında saxlamağa cəhd göstərilir. Ona görə də bütün Türk dünyası bu vəziyyətdən yalnız birləşərək çıxa bilərlər. Bizim də üzərimizə düşən əsas vəzifə Türk ictimai fikrini vahid bir mövqeyə gətirmək, bütün türk təşkilatlarının əməkdaşlığına nail olmaqdır. Bunun üçün birgə layihələr həyata keçirməli, əməkdaşlıq şəraitində işlərimizi davam etdirməliyik".
Görüşdə Dünya Axıska Türkləri Cəmiyyəti və ATXƏM-in həyata keçirəcəkləri birgə layihələr də müzakirə olundu. İlk başlanğıc kimi mayın 29-da ATXƏM-in Ankara şəhərində keçirəcəyi Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq konfransda birgə iştirak qərara alındı. Eyni zamanda Ziyəddin Həsənov ATXƏM-in bu ilin fevral ayında Strasburqda keçirdiyi Xocalı mitinqinə toxunaraq, bildirdi ki, biz gücümüzü bir araya gətirərək, Avropada bu mitinqləri daha mütəşəkkil hala gətirə bilərik. Ziyəddin Həsənov gələn ilin fevral ayında ATXƏM-in Fransada planlaşdırdığı mitinqə dəstək verəcəklərini bildirdi. ATXƏM-in Mətbuat xidməti

VIDEO
Prezidentin Qazaxıstana dövlət səfəri türk xalqları arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir - 22.10.2025
 
QHT-lərin əməkdaşlıq forumları təkcə təşkilatlar üçün deyil, ümumilikdə cəmiyyət üçün faydalıdır - 20.10.2025
 
Ramiz Mehdiyevin kadrları dövlət və hökumət qurumlarında, parlamentdə təmsil olunur və onların hamısı ifşa edilməlidir - 15.10.2025
 
“Türk Şengeni” yaradılır - 14.10.2025
 
İlham Əliyevin Sülh sammitinə dəvət edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir - 13.10.2025
 
Azərbaycan Türk dünyasında artan siyasi nüfuzunu, təşəbbüskar rolunu nümayiş etdirdi - 08.10.2025
 
Şəhidlərin xatirəsi yad edilmişdir - 27.09.2025
 
Uca Türk xalqı Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətini bir dəyər kimi qoruyur, ona sahib çıxır - 29.10.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Dek.2025»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Gecə: +10.. +12dumanlı yağmurlar
Səhər: +12.. +14dumanlı yağmursuz
Gündüz: +13.. +15dumanlı yağmursuz
Axşam: +12.. +14dumanlı yağmursuz
Atm. təziyi: 762 ́́
Rütübət: 83 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo