Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
ATXƏM-in tədbirləri
» ATXƏM-in Ukrayna Azərbaycan diasporası ilə əlaqələri genişlənir - 19.04.2011
16.04.12 22:18
Xəbər verdiyimiz kimi, 25-27 dekabr 2010-cu ildə Ukraynanın paytaxtı Kiyev şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində bir sıra silsilə tədbirlər keçirilmişdir.Tədbirlərdə Azərbaycandan Azərbaycanlıların və digər türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov və Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin diasporla iş üzrə sektor müdiri Qafar Əliyev iştirak etmişdir. Səfər çərçivəsində İlham İsmayılov və Qafar Əliyev Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspora nümayəndələri ilə də bir sıra görüşlər keçirmiş, ATXƏM-lə bu ölkədə fəaliyyət göstərən diaspora təşkilatlarının birgə əməkdaşlıq məsələlərini müzakirə etmişlər.
Bu əməkdaşlığın nəticəsi olaraq cari ilin dörd ayı ərzidə Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları vaxtaşırı ATXƏM-i ziyarət etmiş, əməkdaşlıq andlaşmasına uyğun olaraq gələcək birgə əməkdaşlıq məsələlərini müzakirə etmişlər. Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri, Ukrayna-Azərbaycan dostluğu Beynəlxalq Fondunun rəhbəri İlqar Abbasovun bir müddət öncə ATXƏM-ə ziyarəti zamanı UAK-la ATXƏM arasında əməkdaşlıq məsələləri bir daha müzakirə olunmuş, İlqar Abbasov Azərbaycan həqiqətlərinin Ukraynada təbliğ olunması üçün ATXƏM-lə birgə əməkdaşlığın vacib olduğunu bildirmişdir.
{img1}Lakin ATXƏM-in Ukrayna ilə əlaqələrinin genişlənməsi yalnız Azərbaycan diaspora təşkilatları ilə məhdudlaşmır. ATXƏM bu ölkədə Azərbaycan maraqlarının müdafiə olunmasında yerli icra strukturları ilə də əməkdaşlıqda maraqlıdır. Məhz bu əməkdaşlığın nəticəsidir ki, cari ilin əvvəllərində Kiyev şəhər elm və təhsil baş idarəsinin rəisi Vera Qoryunova Azərbaycana etdiyi rəsmi səfəri zamanı ATXƏM-in də qonağı olmuş, Ukrayna-Azərbaycan dostluq əlaqələrinin möhkəmlənməsində QHT-lərin müstəsna rolunun olduğunu bildirmişdir.Aprelin 15-də Kiyev şəhəri Azərbaycanlılar Konqresinin sədri, dünya şöhrətli idmançı Oleq Krapivin və Heydər Əliyev adına Ukrayna-Azərbaycan təhsil, elm-mədəniyyət, idman mərkəzinin direktoru, Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr kafedrasının müəllimi, fəal diasporçu prof.dr. Arif Quliyev ATXƏM-in qonağı olmuş, Ukraynadakı Azərbaycan diaspora təşkilatları ilə ATXƏM-in gələcək fəaliyyət istiqamətlərini müzakirə etmişlər. Müzakirələrdə Azərbaycanın Dağlıq Qarabağ probleminin Ukraynada daima gündəmdə saxlanılması üçün birgə fəaliyyətin göstərilməsi ön planda olmuşdur.
Qeyd edək ki, ATXƏM-in rəsmi olaraq Türkiyə və Özbəkstanla yanaşı Ukraynada da nümayəndəliyi fəaliyyət göstərir. Ukrayna nümayəndəliyinin rəhbəri Kiyev-Mohıla Akademiyası Milli Universitetinin genel dil bölümü kafedrasının müəllimi, Şərqşünaslıq Mərkəzi Türkoloji Araşdırmalar bölümü başkanı doç.dr. Fərhad Turanlı bu əlaqələrin yaradılmasında böyük əmək sərf etməkdədir.
ATXƏM-in
Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15207.html