Axtarış: 
ATXƏM-in Ukrayna Azərbaycan diasporası ilə əlaqələri genişlənir - 19.04.2011
+  -  Çap 
Yerləşdirilib: 16.04.12 | Baxılıb: 3001
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Xəbər verdiyimiz kimi, 25-27 dekabr 2010-cu ildə Ukraynanın paytaxtı Kiyev şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində bir sıra silsilə tədbirlər keçirilmişdir.Tədbirlərdə Azərbaycandan Azərbaycanlıların və digər türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov və Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin diasporla iş üzrə sektor müdiri Qafar Əliyev iştirak etmişdir. Səfər çərçivəsində İlham İsmayılov və Qafar Əliyev Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspora nümayəndələri ilə də bir sıra görüşlər keçirmiş, ATXƏM-lə bu ölkədə fəaliyyət göstərən diaspora təşkilatlarının birgə əməkdaşlıq məsələlərini müzakirə etmişlər.
Bu əməkdaşlığın nəticəsi olaraq cari ilin dörd ayı ərzidə Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları vaxtaşırı ATXƏM-i ziyarət etmiş, əməkdaşlıq andlaşmasına uyğun olaraq gələcək birgə əməkdaşlıq məsələlərini müzakirə etmişlər. Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri, Ukrayna-Azərbaycan dostluğu Beynəlxalq Fondunun rəhbəri İlqar Abbasovun bir müddət öncə ATXƏM-ə ziyarəti zamanı UAK-la ATXƏM arasında əməkdaşlıq məsələləri bir daha müzakirə olunmuş, İlqar Abbasov Azərbaycan həqiqətlərinin Ukraynada təbliğ olunması üçün ATXƏM-lə birgə əməkdaşlığın vacib olduğunu bildirmişdir.
Lakin ATXƏM-in Ukrayna ilə əlaqələrinin genişlənməsi yalnız Azərbaycan diaspora təşkilatları ilə məhdudlaşmır. ATXƏM bu ölkədə Azərbaycan maraqlarının müdafiə olunmasında yerli icra strukturları ilə də əməkdaşlıqda maraqlıdır. Məhz bu əməkdaşlığın nəticəsidir ki, cari ilin əvvəllərində Kiyev şəhər elm və təhsil baş idarəsinin rəisi Vera Qoryunova Azərbaycana etdiyi rəsmi səfəri zamanı ATXƏM-in də qonağı olmuş, Ukrayna-Azərbaycan dostluq əlaqələrinin möhkəmlənməsində QHT-lərin müstəsna rolunun olduğunu bildirmişdir.Aprelin 15-də Kiyev şəhəri Azərbaycanlılar Konqresinin sədri, dünya şöhrətli idmançı Oleq Krapivin və Heydər Əliyev adına Ukrayna-Azərbaycan təhsil, elm-mədəniyyət, idman mərkəzinin direktoru, Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr kafedrasının müəllimi, fəal diasporçu prof.dr. Arif Quliyev ATXƏM-in qonağı olmuş, Ukraynadakı Azərbaycan diaspora təşkilatları ilə ATXƏM-in gələcək fəaliyyət istiqamətlərini müzakirə etmişlər. Müzakirələrdə Azərbaycanın Dağlıq Qarabağ probleminin Ukraynada daima gündəmdə saxlanılması üçün birgə fəaliyyətin göstərilməsi ön planda olmuşdur.
Qeyd edək ki, ATXƏM-in rəsmi olaraq Türkiyə və Özbəkstanla yanaşı Ukraynada da nümayəndəliyi fəaliyyət göstərir. Ukrayna nümayəndəliyinin rəhbəri Kiyev-Mohıla Akademiyası Milli Universitetinin genel dil bölümü kafedrasının müəllimi, Şərqşünaslıq Mərkəzi Türkoloji Araşdırmalar bölümü başkanı doç.dr. Fərhad Turanlı bu əlaqələrin yaradılmasında böyük əmək sərf etməkdədir.


ATXƏM-in
Mətbuat xidməti

VIDEO
AR QHT-lərə Dövlət Dəstəyi Agentliyində Türkman vətəndaş cəmiyyəti təmsilçiləri, ictimai xadimləri ilə görüş keçirilmişdir - 17.03.2025
 
 
   Türkman QHT-lərinin nümayəndələri yerli QHT-lərlə gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparmışlar - 17.03.2025
 
Türkman QHT-lərindən ibarət nümayəndə heyəti Zəfər Parkını ziyarət edib - 17.03.2025
 
 'Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi' Forumu iştirakşıları Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib- 17.03.2025
 
 
 
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Mar.2025
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

Gündüz: +18.. +20dəyişkən buludlu yağmursuz
Axşam: +15.. +17dəyişkən buludlu yağmursuz
Gecə: +13.. +15aydn yağmursuz
Səhər: +16.. +18aydn yağmursuz
Atm. təziyi: 758 ěě
Rütübət: 76 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo