Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » “Türk Birliyi Uğrunda” İctimai Koalisiya yarandı - 12.03.2010
13.03.12 12:56

QHT rəhbərləri ilkin niyyət protokolunu qəbul etdi

Martın 11-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzində (ATXƏM) Azərbaycanda Türk dövlət və topluluqlarıyla əlaqəli fəaliyyət göstərən milli QHT-lərin növbəti görüşü keçirildi.Görüşdə ATXƏM sədri İlham İsmayılov, Türk Ocaklarının Bakı təmsilçisi Xalil Öztürk, “Tuqan Tel” Tatar Mədəniyyət Mərkəzinin sədri Gülcan Myasoutova, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, Ahıska Türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov, “Yeddi Dövlət – Bir Millət” Dayanışma və Kültür Mərkəzinin Baş təmsilçisi Azər Həsrət, “Muasir İnkişaf” Birliyinin sədri Mübariz Aşırlı, Türk-İslam Araşdırmaları Mərkəzinin sədri Vüqar Zifəroğlu, “BESAM” Beynəlxalq Elmi Araşdırmalar Mərkəzinin rəhbəri Aygün Həsənoğlu, Türkiyə Universitetləri Məzunları Birliyinin sədri Çingiz Bayramov, Bakı Strateji Araşdırmalar Mərkəzinin sədri Elnur Eltürk iştirak edirdi.
Görüşdə iştirak edən milli QHT rəhbərləri “Türk Birliyi Uğrunda” İctimai Koalisiyanın andlaşma protokolunu müzakirə edərək, Koalisiyanın qurulması haqqında ilkin niyyət protokolunu qəbul etdilər.
Protokolda bütün Türk xalqlarının və dövlətlərinin maraqları baxımından milli-mənəvi dəyərlərin qorunması, bundan sonra daha da inkişaf etdirilməsi, Türk xalqları arasında əməkdaşlığın dərinləşməsi məsələləri öz əksini tapmışdır. Eyni zamanda türk xalqlarının ümummilli məsələlərində ortaq mövqedən çıxış etmək, Türk xalqlarıyla bağlı vahid informasiya bazası yaratmaq, birgə layihələr həyata keçirmək, türk xalqlarının tarixi, mədəni və elmi inteqrasiya aparmasına yardımçı olmaq kimi məsələlər də “Türk Birliyi Uğrunda” İctimai Koalisiyanın qarşısında duran əsas məsələlərdəndir.


ATXƏM-in Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15226.html