Axtarış: 
"Türk Birliyi Uğrunda" İctimai Koalisiya yarandı - 12.03.2010
+  -  Çap 
Yerləşdirilib: 13.03.12 | Baxılıb: 2611
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
QHT rəhbərləri ilkin niyyət protokolunu qəbul etdi

Martın 11-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzində (ATXƏM) Azərbaycanda Türk dövlət və topluluqlarıyla əlaqəli fəaliyyət göstərən milli QHT-lərin növbəti görüşü keçirildi.Görüşdə ATXƏM sədri İlham İsmayılov, Türk Ocaklarının Bakı təmsilçisi Xalil Öztürk, "Tuqan Tel" Tatar Mədəniyyət Mərkəzinin sədri Gülcan Myasoutova, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, Ahıska Türklərinin "Vətən" Cəmiyyətinin sədri İbrahim Burhanov, "Yeddi Dövlət – Bir Millət" Dayanışma və Kültür Mərkəzinin Baş təmsilçisi Azər Həsrət, "Muasir İnkişaf" Birliyinin sədri Mübariz Aşırlı, Türk-İslam Araşdırmaları Mərkəzinin sədri Vüqar Zifəroğlu, "BESAM" Beynəlxalq Elmi Araşdırmalar Mərkəzinin rəhbəri Aygün Həsənoğlu, Türkiyə Universitetləri Məzunları Birliyinin sədri Çingiz Bayramov, Bakı Strateji Araşdırmalar Mərkəzinin sədri Elnur Eltürk iştirak edirdi.
Görüşdə iştirak edən milli QHT rəhbərləri "Türk Birliyi Uğrunda" İctimai Koalisiyanın andlaşma protokolunu müzakirə edərək, Koalisiyanın qurulması haqqında ilkin niyyət protokolunu qəbul etdilər.
Protokolda bütün Türk xalqlarının və dövlətlərinin maraqları baxımından milli-mənəvi dəyərlərin qorunması, bundan sonra daha da inkişaf etdirilməsi, Türk xalqları arasında əməkdaşlığın dərinləşməsi məsələləri öz əksini tapmışdır. Eyni zamanda türk xalqlarının ümummilli məsələlərində ortaq mövqedən çıxış etmək, Türk xalqlarıyla bağlı vahid informasiya bazası yaratmaq, birgə layihələr həyata keçirmək, türk xalqlarının tarixi, mədəni və elmi inteqrasiya aparmasına yardımçı olmaq kimi məsələlər də "Türk Birliyi Uğrunda" İctimai Koalisiyanın qarşısında duran əsas məsələlərdəndir.


ATXƏM-in Mətbuat xidməti

VIDEO
Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur - 05.04.2026
 
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik - 03.04.2026
 
Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya - 02.04.2026
 
AFTV- Milli Məclisdə ETİRAZ: Dövlətdən oğurluq edən həbsxanaya yox, vəzifəyə gedir -  Ilham İsmayılov ilə müzakirə
 
Murad Mirzəyev-Gənc nəsil üçün vətənpərvərlik nümunəsi - 02.04.2026
 
31 mart kimi soyqırımlarını yenidən yaşamamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır - 31.03.2026
 
Azərbaycan Mədəniyyətinə böyük itki üz vermişdir 29.03.2026
 
Milli mentalitetimiz ailə dəyərlərinə hörməti özündə ehtiva edir - 18.03.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« May.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo