Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » MQF İdarə Heyəti Salyanda səyyar müşavirə keçirdi - 25.01.2010
13.03.12 18:33

Yanvarın 23-də Salyan rayonu Qaraçala qəsəbəsində Milli QHT Forumu İdarə Heyətinin növbəti səyyar müşavirəsi keçirildi.
Səyyar müşavirədə Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni, MQF İdarə Heyətinin üzvləri – Prezident yanında QHT-lərə Dəstək Şurasının üzvü, “Mülk” İctimai Assosasiyasının prezidenti Dilarə Vəliyeva, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, Tərəqqi və Demokratiya Fondunun sədri, Prezident təqaüdçüsü Əhməd Qəşəmoğlu, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli, “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İB-nin sədri Davud Rəhimov, Zəngin Azərbaycan Uğrunda İB-nin sədri İradə Əliyeva, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, Azərbaycan Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı iştirak edirdi. Xatırladaq ki, MQF İdarə Heyətinin ilk səyyar müşavirəsi iki ay öncə Qusar rayonunda keçirilmişdir.
{img1}Müşavirədə MQF İdarə Heyətinin üzvləri vətəndaş cəmiyyətinin və Forumun bu günkü vəziyyətini, problemlərini və vəzifələrini müzakirə etmiş, Forumun strukturunun formalaşdırılması, sektorların təkmilləşdirilməsi, cəmiyyətdə şəffaflığın və ictimai nəzarətin, ictimai fəallığın artırılması, MQF beynəlxalq əlaqələrinin genişləndirilməsi, Türk dünyası QHT-ləri ilə əlaqələrin yaradılması və əməkdaşlığın gücləndirilməsi, milli və beynəlxalq donorlarla əməkdaşlığın davam etdirilməsi, regional QHT-lərin inkişafına diqqətin artırılması, Forumun fəaliyyətində keyfiyyət dəyişikliklərinin edilməsi və səmərəliliyin artırılması, dövlət orqanları və özəl sektorun ictimai sektorla əməkdaşlığının gücləndirilməsi və bütövlükdə vətəndaş cəmiyyətinin beynəlxalq standartlara və milli-mənəvi dəyərlərimizə uyğun inkişafı ətrafında əhəmiyyətli müzakirələr aparılmışdır. Müzakirə olunan məsələlər ətrafında İdarə Heyətinin hər bir üzvü öz fikir, təklif və tövsiyyələrini bildirmişlər. Qeyd olunmuşdur ki, səmimi şəraitdə keçirilən səyyar müşavirələrə çox böyük ehtiyac var və burada müzakirə olunan məsələlər MQF-nin və ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına öz müsbət təsirini göstərəcəkdir. Sonda MQF-nin rəhbəri Rauf Zeyni MQF İdarə Heyətinin üzvü, ATXƏM-in sədri İlham İsmayılova səyyar müşavirənin təşkilatçılığını üzərinə götürdüyünə görə MQF adindan dərin minnətdarlığını bildirmişdir.
Daha sonra müşavirə iştirakçıları AFFA Regional Futbol Federasiyasının Həvəskarlar Liqasının üzvü “Qaraçala” futbol klubu və Şirvan şəhərinin “Şirvan” futbol klubu arasında keçirilən futbol yarışına tamaşa etdilər. Yarışdan sonra yeniyetmə futbolçularla görüşən müşavirə iştirakçıları gənc futbolçuların problemləri və qayğılarıyla maraqlandılar. “Qaraçala” və “Şirvan” futbol klubunun üzləri regionlarda idmana, o cümlədən futbola olan qayğıdan bəhs edərək, bildirdilər ki, ölkə Prezidenti İlham Əliyevin 2005-2015-ci illər üçün regionlarda uşaq futbolunun inkişafına dair imzaladığı dövlət proqramına uyğun olaraq bölgələrdə uşaq futbolununun inkişafına xüsusi diqqət verilir və gənc futbolçuların nəaliyyət əldə etmələri üçün bütün qayğıları təmin edilir.

ATXƏM-in
Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15230.html