Axtarış: 
MQF İdarə Heyəti Salyanda səyyar müşavirə keçirdi - 25.01.2010
+  -  Çap 
Yerləşdirilib: 13.03.12 | Baxılıb: 2838
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Yanvarın 23-də Salyan rayonu Qaraçala qəsəbəsində Milli QHT Forumu İdarə Heyətinin növbəti səyyar müşavirəsi keçirildi.
Səyyar müşavirədə Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni, MQF İdarə Heyətinin üzvləri – Prezident yanında QHT-lərə Dəstək Şurasının üzvü, "Mülk" İctimai Assosasiyasının prezidenti Dilarə Vəliyeva, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, Tərəqqi və Demokratiya Fondunun sədri, Prezident təqaüdçüsü Əhməd Qəşəmoğlu, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli, "Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda" İB-nin sədri Davud Rəhimov, Zəngin Azərbaycan Uğrunda İB-nin sədri İradə Əliyeva, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, Azərbaycan Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı iştirak edirdi. Xatırladaq ki, MQF İdarə Heyətinin ilk səyyar müşavirəsi iki ay öncə Qusar rayonunda keçirilmişdir.
Müşavirədə MQF İdarə Heyətinin üzvləri vətəndaş cəmiyyətinin və Forumun bu günkü vəziyyətini, problemlərini və vəzifələrini müzakirə etmiş, Forumun strukturunun formalaşdırılması, sektorların təkmilləşdirilməsi, cəmiyyətdə şəffaflığın və ictimai nəzarətin, ictimai fəallığın artırılması, MQF beynəlxalq əlaqələrinin genişləndirilməsi, Türk dünyası QHT-ləri ilə əlaqələrin yaradılması və əməkdaşlığın gücləndirilməsi, milli və beynəlxalq donorlarla əməkdaşlığın davam etdirilməsi, regional QHT-lərin inkişafına diqqətin artırılması, Forumun fəaliyyətində keyfiyyət dəyişikliklərinin edilməsi və səmərəliliyin artırılması, dövlət orqanları və özəl sektorun ictimai sektorla əməkdaşlığının gücləndirilməsi və bütövlükdə vətəndaş cəmiyyətinin beynəlxalq standartlara və milli-mənəvi dəyərlərimizə uyğun inkişafı ətrafında əhəmiyyətli müzakirələr aparılmışdır. Müzakirə olunan məsələlər ətrafında İdarə Heyətinin hər bir üzvü öz fikir, təklif və tövsiyyələrini bildirmişlər. Qeyd olunmuşdur ki, səmimi şəraitdə keçirilən səyyar müşavirələrə çox böyük ehtiyac var və burada müzakirə olunan məsələlər MQF-nin və ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına öz müsbət təsirini göstərəcəkdir. Sonda MQF-nin rəhbəri Rauf Zeyni MQF İdarə Heyətinin üzvü, ATXƏM-in sədri İlham İsmayılova səyyar müşavirənin təşkilatçılığını üzərinə götürdüyünə görə MQF adindan dərin minnətdarlığını bildirmişdir.
Daha sonra müşavirə iştirakçıları AFFA Regional Futbol Federasiyasının Həvəskarlar Liqasının üzvü "Qaraçala" futbol klubu və Şirvan şəhərinin "Şirvan" futbol klubu arasında keçirilən futbol yarışına tamaşa etdilər. Yarışdan sonra yeniyetmə futbolçularla görüşən müşavirə iştirakçıları gənc futbolçuların problemləri və qayğılarıyla maraqlandılar. "Qaraçala" və "Şirvan" futbol klubunun üzləri regionlarda idmana, o cümlədən futbola olan qayğıdan bəhs edərək, bildirdilər ki, ölkə Prezidenti İlham Əliyevin 2005-2015-ci illər üçün regionlarda uşaq futbolunun inkişafına dair imzaladığı dövlət proqramına uyğun olaraq bölgələrdə uşaq futbolununun inkişafına xüsusi diqqət verilir və gənc futbolçuların nəaliyyət əldə etmələri üçün bütün qayğıları təmin edilir.

ATXƏM-in
Mətbuat xidməti

VIDEO
İctimai İştirak və İctimai Nəzarət: Vətəndaş Nəzarəti”-Ə.Abbasbəyli və İ.İsmayılov ilə QIRMIZI MASA - 16 iyul 2025 il
 
1948-1953-cü illərdə Qərbi Azərbaycandan deportasiya zamanı mülkiyyət hüququnun pozuntusu - 07 iyul 2025 il
 
AR QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycana qayıdış” mövzusunda 2023 və 2024-cü illərdə həyata keçirilən layihələrlə bağlı brifinq keçirib - 11 iyun 2025
 
 
 3 May Türkçülük Günü- 03.05.2025
 
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə Azərbaycanın tanınmış QHT və mətbuat nümayəndələri görüşmüşlər - 07.04.2025
 
 
   Türkman QHT-lərinin nümayəndələri yerli QHT-lərlə gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparmışlar - 17.03.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Sen.2025
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
2930     

Gecə: +17.. +19buludlu yağmursuz
Səhər: +21.. +23buludlu yağmursuz
Gündüz: +24.. +26buludlu yağmursuz
Axşam: +22.. +24buludlu yağmursuz
Atm. təziyi: 757 ìì
Rütübət: 57 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo