Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » Milli QHT Forumu İdarə Heyətinin Qusarda səyyar toplantısı keçirildi - 18.11.2009
13.03.12 10:56

Noyabrın 15-də Qusar rayonunda Milli QHT Forumu İdarə Heyətinin səyyar toplantısı keçirilmişdir. Regional xarakter daşıyan toplantıda QHT-lər arasındakı əməkdaşlıq, birgə fəaliyyət istiqamətləri müzakirə edilmişdir.
toplantıda Milli QHT Forumunun rəhbəri Rauf Zeyni əsas diqqəti QHT-lərin problemlərinə yönəldərək, bildirdi ki, QHT-lər arasında əlaqələrin zəif olması bir çox problemlərin həllinə də mənfi təsir edir: “Baxmayaraq ki, QHT sektorunda 10 ildən artıq təcrübəmiz var, bununla belə, hesab edirəm ki, QHT-lər arasında əlaqələr heç də ürəkaçan deyildir. Biz çalışmalıyıq ki, regional QHT-lərin fəaliyyətinə xüsusi diqqət ayıraq, regionlarda ictimai sektorun inkişafına nail olaq”.
Milli QHT Forumu İdarə Heyətinin sədri Aydın Kərimov isə Forumun dövlət və beynəlxalq təşkilatlarla münasibətlərinə toxunaraq, qeyd etdi ki, bu gün bu münasibətləri heç də yüksək qiymətləndirmək olmaz: “İl ərzində Milli QHT Forumu heç bir beynəlxalq-donor təşkilatla layihə həyata keçirməyib. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından da Forumun fəaliyyətinə ögey münasibət hiss etməkdəyik. Bunu Foruma ayrılmış layihə büdcəsindən də hiss etmək olar”.
{img1}Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri, Milli QHT Forumu İH üzvi İlham İsmayılov da QHT-lər arasındakı əlaqələrin çox zəif olduğunu bildirdi: “Hesab edirəm ki, QHT-lər öz fəaliyyətində tam şəffaf olmalıdırlar və həyata keçirdikləri tədbirlərlə bağlı mütamadi məlumat verməlidirlər. Biz QHT üzvləri olaraq açıq cəmiyyət yaratmaq istəyiriksə, fəaliyyətimiz də cəmiyyət üçün açıq və şəffaf olmalıdır. Belə olarsa bizim fəaliyyətimiz də cəmiyyətdə daha aydın anlaşılar və hər zaman dəstəklənər”.
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydınxan Əbilov isə QHT-lər arasında informasiya mübadiləsinin zəif olduğunu bildirdi. O, qeyd etdi ki, QHT-lər öz saytlarında digər QHT-lərin fəaliyyətini dost link olaraq göstərə bilər və bu onların təbliğində əsas rollardan birini oynaya bilər.
toplantıda çıxış edən Ekoloji Proqnozlaşdırmalar Mərkəzinin sədri Telman Zeynalov, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova da QHT-lər arasındakı əlaqələrə toxunaraq, öz irad və təkliflərini bildirdilər. Sonda qərara alındı ki, Milli QHT Forumu İdarə Heyətinin növbəti regional toplantısı iki aydan sonra başqa bir bölgədə keçirilsin.

ATXƏM Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15232.html