Axtarış: 
Milli QHT Forumu İdarə Heyətinin Qusarda səyyar toplantısı keçirildi - 18.11.2009
+  -  Çap 
Yerləşdirilib: 13.03.12 | Baxılıb: 2500
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Noyabrın 15-də Qusar rayonunda Milli QHT Forumu İdarə Heyətinin səyyar toplantısı keçirilmişdir. Regional xarakter daşıyan toplantıda QHT-lər arasındakı əməkdaşlıq, birgə fəaliyyət istiqamətləri müzakirə edilmişdir.
toplantıda Milli QHT Forumunun rəhbəri Rauf Zeyni əsas diqqəti QHT-lərin problemlərinə yönəldərək, bildirdi ki, QHT-lər arasında əlaqələrin zəif olması bir çox problemlərin həllinə də mənfi təsir edir: "Baxmayaraq ki, QHT sektorunda 10 ildən artıq təcrübəmiz var, bununla belə, hesab edirəm ki, QHT-lər arasında əlaqələr heç də ürəkaçan deyildir. Biz çalışmalıyıq ki, regional QHT-lərin fəaliyyətinə xüsusi diqqət ayıraq, regionlarda ictimai sektorun inkişafına nail olaq".
Milli QHT Forumu İdarə Heyətinin sədri Aydın Kərimov isə Forumun dövlət və beynəlxalq təşkilatlarla münasibətlərinə toxunaraq, qeyd etdi ki, bu gün bu münasibətləri heç də yüksək qiymətləndirmək olmaz: "İl ərzində Milli QHT Forumu heç bir beynəlxalq-donor təşkilatla layihə həyata keçirməyib. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından da Forumun fəaliyyətinə ögey münasibət hiss etməkdəyik. Bunu Foruma ayrılmış layihə büdcəsindən də hiss etmək olar".
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri, Milli QHT Forumu İH üzvi İlham İsmayılov da QHT-lər arasındakı əlaqələrin çox zəif olduğunu bildirdi: "Hesab edirəm ki, QHT-lər öz fəaliyyətində tam şəffaf olmalıdırlar və həyata keçirdikləri tədbirlərlə bağlı mütamadi məlumat verməlidirlər. Biz QHT üzvləri olaraq açıq cəmiyyət yaratmaq istəyiriksə, fəaliyyətimiz də cəmiyyət üçün açıq və şəffaf olmalıdır. Belə olarsa bizim fəaliyyətimiz də cəmiyyətdə daha aydın anlaşılar və hər zaman dəstəklənər".
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydınxan Əbilov isə QHT-lər arasında informasiya mübadiləsinin zəif olduğunu bildirdi. O, qeyd etdi ki, QHT-lər öz saytlarında digər QHT-lərin fəaliyyətini dost link olaraq göstərə bilər və bu onların təbliğində əsas rollardan birini oynaya bilər.
toplantıda çıxış edən Ekoloji Proqnozlaşdırmalar Mərkəzinin sədri Telman Zeynalov, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova da QHT-lər arasındakı əlaqələrə toxunaraq, öz irad və təkliflərini bildirdilər. Sonda qərara alındı ki, Milli QHT Forumu İdarə Heyətinin növbəti regional toplantısı iki aydan sonra başqa bir bölgədə keçirilsin.

ATXƏM Mətbuat xidməti

VIDEO
Prezidentin Qazaxıstana dövlət səfəri türk xalqları arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir - 22.10.2025
 
QHT-lərin əməkdaşlıq forumları təkcə təşkilatlar üçün deyil, ümumilikdə cəmiyyət üçün faydalıdır - 20.10.2025
 
Ramiz Mehdiyevin kadrları dövlət və hökumət qurumlarında, parlamentdə təmsil olunur və onların hamısı ifşa edilməlidir - 15.10.2025
 
“Türk Şengeni” yaradılır - 14.10.2025
 
İlham Əliyevin Sülh sammitinə dəvət edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir - 13.10.2025
 
Azərbaycan Türk dünyasında artan siyasi nüfuzunu, təşəbbüskar rolunu nümayiş etdirdi - 08.10.2025
 
Şəhidlərin xatirəsi yad edilmişdir - 27.09.2025
 
Uca Türk xalqı Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətini bir dəyər kimi qoruyur, ona sahib çıxır - 29.10.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Noy.2025
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Gecə: +14.. +16aydn yağmursuz
Səhər: +16.. +18aydn yağmursuz
Gündüz: +16.. +18buludlu yağmursuz
Axşam: +13.. +15dumanlı yağmursuz
Atm. təziyi: 767 ́́
Rütübət: 57 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo