Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » ATXƏM 15 iyun Milli Qurtuluş gününü qeyd etdi - 17.06.2009
13.03.12 00:58

Bu gün Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzində (ATXƏM) 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş Məşəl kimi yanan ürək adlı ədəbi-bədii, musiqili tədbir keçirildi. Tədbirdə Respublikamızın nüfuzlu elm adamları, ziyalılar və tanınmış sənətçilər iştirak edirdi.Tədbiri giriş sözü ilə açan ATXƏM-in İcra katibi Şahin Verdiyev tədbir iştirakçılarını salamlayaraq, Qurtuluş günü münasibətiylə qonaqları təbrik etdi. Bu gün xalqımız yaddaşlara həkk olunmuş bayram gününü 15 iyun Qurtuluş Gününü qeyd edir. Ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nəaliyyətlər qazanmışdır. Bu nəaliyyətlər Respublika prezidenti İlham Əliyevin rəhbərliyi altında da möhkəmlənmişdir .
{img1}{img2}ATXƏM-in sədri İlham İsmaylov qonaqları bayram günü münasibətiylə təbrik edərək, bildirdi ki, Azərbaycanda təqdirolunacaq bir neçə milli-tarixi bayramlarımız var, lakin 15 iyun Qurtuluş Günü bayramı bu bayramların içərisində mühüm yer tutur: Azərbaycan xalqı 1918-ci ildə müstəqillik əldə etsə də, bu müstəqilliyi qoruyub saxlaya bilmədi. Lakin 1990-cı ildən sonra yenidən müstəqillik əldə etsək də, bu müstəqilliyi qazanmaq, onu qoruyub saxlamaq asan olmadı. İkinci dəfə qazandığımız müstəqilliyimiz bir neçə dəfə təhlükə altına düşdü. Belə zamanda 1993-cü ilin iyununda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın tələbiylə yenidən hakimiyyətə gəldi və ölkəmizi içərisinə düşdüyü xaosdan və anarxiyadan qurtardı. Məhz bu ildən sonra Azərbaycanda yeni bir dönəmin başlanğıcı oldu. Ölkədə bütün sahələrdə inkişaf başladı, müstəqilliyimizin əsaslarını təşkil edən siyasi-iqtisadi problemlərimiz həll olundu. Heydər Əliyev Bir millət, iki dövlət deyərək, əslində bizə gedəcəyimiz yolu göstərdi türk dünyasının birləşmək ideyasını. ATXƏM olaraq biz də bu ideyaların gerçəkləşməsi adına yola çıxaraq, ulu öndərin arzularını reallaşdırmağa çalışırıq. Prezident Aparatı İctimai-siyasi şöbəsinin sektor müdiri, politoloq Qafar Əliyev də tədbirdə çıxış edərək, qeyd etdi ki, sovetlər birliyi dağılandan sonra müstəqillik qazanmış bir çox dövlətlərin taleyi bizə bəllidir. Bir çox dövlətlər var ki, müstəqillik qazanmış olsalar da, hələ də problemlər içində çabalamaqda, asılı vəziyyətdə qalmaqdadır. Azərbaycan da 1993-cü ilin iyun ayına qədər böyük problemlər yaşayan, ciddi sıxıntılar çəkən, xaos və özbaşınaqların hökm sürdüyü bir ölkəyə çevrilmişdi. Belə bir şəraitdə ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı bütün bu problemlərə son qoydu, böyük və müdrik siyasətlə xalqın dəstəyi müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas etdi.

Tədbirdə çıxış edən akademik Vəli Əliyev, yazıçı-publisist Xeyrəddin Qoca, BDU-nun dosenti Leyla Gərayzadə, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Ahıska türklərinin Vətən cəmiyyətinin sədri İbrahim Burhanov, tarix elmləri doktoru Şahin Fazil, Almaniyadakı Müğam Mədəniyyət Mərkəzinin sədri Abdulkadir İnaltekin də ulu öndərin Azərbaycan xalqının taleyində oynadığı əvəzsiz rolundan danışaraq, Qurtuluş günü münasibətiylə xalqımızı təbrik etdilər. Bütün çıxışlarda bu günün Azərbaycanın işğal altında olan Qarabağ torpaqlarında keçirilməsi arzu olundu, Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, ali baş komandan İlham Əliyevin başçılığı ilə belə bir günün uzaqda olmadığı inamla qeyd edildi.
Tədbir ATXƏM-in Mədəniyyət departamentinin təşkil etdiyi bədii-musiqili konsert proqramı ilə başa çatdı.
{img3}


ATXƏM-in
Mətbuat xidməti
URL / WWW
http://atxem.az/news/a-15234.html