Axtarış: 
ATXƏM 15 iyun – Milli Qurtuluş gününü qeyd etdi - 17.06.2009
+  -  Çap 
Yerləşdirilib: 13.03.12 | Baxılıb: 2232
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Bu gün Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzində (ATXƏM) 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Məşəl kimi yanan ürək” adlı ədəbi-bədii, musiqili tədbir keçirildi. Tədbirdə Respublikamızın nüfuzlu elm adamları, ziyalılar və tanınmış sənətçilər iştirak edirdi.Tədbiri giriş sözü ilə açan ATXƏM-in İcra katibi Şahin Verdiyev tədbir iştirakçılarını salamlayaraq, Qurtuluş günü münasibətiylə qonaqları təbrik etdi. “Bu gün xalqımız yaddaşlara həkk olunmuş bayram gününü – 15 iyun Qurtuluş Gününü qeyd edir. Ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nəaliyyətlər qazanmışdır. Bu nəaliyyətlər Respublika prezidenti İlham Əliyevin rəhbərliyi altında da möhkəmlənmişdir ”.
ATXƏM-in sədri İlham İsmaylov qonaqları bayram günü münasibətiylə təbrik edərək, bildirdi ki, Azərbaycanda təqdirolunacaq bir neçə milli-tarixi bayramlarımız var, lakin 15 iyun – Qurtuluş Günü bayramı bu bayramların içərisində mühüm yer tutur: “Azərbaycan xalqı 1918-ci ildə müstəqillik əldə etsə də, bu müstəqilliyi qoruyub saxlaya bilmədi. Lakin 1990-cı ildən sonra yenidən müstəqillik əldə etsək də, bu müstəqilliyi qazanmaq, onu qoruyub saxlamaq asan olmadı. İkinci dəfə qazandığımız müstəqilliyimiz bir neçə dəfə təhlükə altına düşdü. Belə zamanda 1993-cü ilin iyununda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın tələbiylə yenidən hakimiyyətə gəldi və ölkəmizi içərisinə düşdüyü xaosdan və anarxiyadan qurtardı. Məhz bu ildən sonra Azərbaycanda yeni bir dönəmin başlanğıcı oldu. Ölkədə bütün sahələrdə inkişaf başladı, müstəqilliyimizin əsaslarını təşkil edən siyasi-iqtisadi problemlərimiz həll olundu. Heydər Əliyev “Bir millət, iki dövlət” deyərək, əslində bizə gedəcəyimiz yolu göstərdi – türk dünyasının birləşmək ideyasını. ATXƏM olaraq biz də bu ideyaların gerçəkləşməsi adına yola çıxaraq, ulu öndərin arzularını reallaşdırmağa çalışırıq”. Prezident Aparatı İctimai-siyasi şöbəsinin sektor müdiri, politoloq Qafar Əliyev də tədbirdə çıxış edərək, qeyd etdi ki, sovetlər birliyi dağılandan sonra müstəqillik qazanmış bir çox dövlətlərin taleyi bizə bəllidir. “Bir çox dövlətlər var ki, müstəqillik qazanmış olsalar da, hələ də problemlər içində çabalamaqda, asılı vəziyyətdə qalmaqdadır. Azərbaycan da 1993-cü ilin iyun ayına qədər böyük problemlər yaşayan, ciddi sıxıntılar çəkən, xaos və özbaşınaqların hökm sürdüyü bir ölkəyə çevrilmişdi. Belə bir şəraitdə ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı bütün bu problemlərə son qoydu, böyük və müdrik siyasətlə xalqın dəstəyi müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas etdi”.

Tədbirdə çıxış edən akademik Vəli Əliyev, yazıçı-publisist Xeyrəddin Qoca, BDU-nun dosenti Leyla Gərayzadə, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Ahıska türklərinin “Vətən” cəmiyyətinin sədri İbrahim Burhanov, tarix elmləri doktoru Şahin Fazil, Almaniyadakı Müğam Mədəniyyət Mərkəzinin sədri Abdulkadir İnaltekin də ulu öndərin Azərbaycan xalqının taleyində oynadığı əvəzsiz rolundan danışaraq, Qurtuluş günü münasibətiylə xalqımızı təbrik etdilər. Bütün çıxışlarda bu günün Azərbaycanın işğal altında olan Qarabağ torpaqlarında keçirilməsi arzu olundu, Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, ali baş komandan İlham Əliyevin başçılığı ilə belə bir günün uzaqda olmadığı inamla qeyd edildi.
Tədbir ATXƏM-in Mədəniyyət departamentinin təşkil etdiyi bədii-musiqili konsert proqramı ilə başa çatdı.



ATXƏM-in
Mətbuat xidməti

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo