Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » Kardio-cərrahlar ATXƏM-in qonağı oldular - 12.05.2009
12.03.12 19:13

Həkim kardio-cərrahlar “Bakı ürək günləri”- çərçivəsində, ATXƏM-in qonağı oldular.
2009-cu il may ayının 9-11 aralığında Dünya şöhrətli həkim kardio-cərrahlar Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar Bakı şəhərində “Bakı ürək günləri”- çərçivəsində elmi-praktiki konfransa toplaşmışdılar.
May ayının 11-də Türkdilli xalqları təmsil edən həkim kardio-cərrahlar ATXƏM-in qonağı oldular. Görüşdə tanınmış azərbaycanlı səhiyyə işçiləri və digər elm xadimləri də iştirak edirdilər. Qonaqlar ATXƏM-in ofisində olmuş, fotostendlərə baxmış və onun fəaliyyəti ilə yaxından tanış olduqdan sonra onların şərəfinə təşkil olunmuş ziyafətdə iştirak etdilər.
{img1}{img2}Mərasimi giriş sözü ilə Başkan İlham İsmayılov açmış, ATXƏM-in fəaliyyəti, məqsədi və məramı ilə bağlı qonaqlara geniş məlumat vermişdir. Çıxışında natiq qeyd etmişdir ki, ATXƏM Ümummilli Lider H.Əliyevin “Türk dövlətlərinin birliyi” ideyasını əldə rəhbər tutaraq yüzlərlə təşkilatın on illərlə görə biləcəyi işlərə bərabər səviyyədə uğur qazanmışdır. Orta Asiya türk cümhuriyyətlərində, Türkiyədə, Qaqauz Elində, Rusiya Federasiyasındakı türkdilli xalqlarla geniş iş birliyi qurmuşdur.
70 ildən artıq bir dövrdə biz totalitar bir rejimdə, imperializm əsarəti altında yaşamış, bu dövrdə xalqlarımız bir-birlərindən aralanmış, dilimizdən və mədəniyyətimizdən ayrı düşmüşdük. Şükürlər olsun ki, Türk Cümhuriyyətləri indi müstəqillik əldə etmişlər. Bizim xalqların bir-birlərinə yaxınlaşması, sıx əlaqələr qurması üçün geniş imkanlar yaranmışdır. Bu tarixu məqamdan, imkandan istifadə etmək, xalqlarımızı, mədəniyyətlərimizi qovuşdurmaq, ortaq dilimizi yaratmaq biz vətənpərvərlərin öhdəsinə düşür.
{img3}Bütün Türk Dünyasının tanınmış, ziyalı insanları olan sizlər, bizlər bu şərəfli missiyanı uğurla həyata keçirməli, ulu babalarımızın bizlərə miras qoyduğu Böyük Türk Dünyasının birliyinə nail olmalıyıq.
Tanrı Türkü qorusun! Tanrı Türkə yar olsun!
İ.İsmayılovun çıxışından sonra Kalp və Damar Cerrahisi M.D. Klinik Şefi, Baş hekim, Prof. Dr. İbrahim Yekeler, İ.Ü. Cerrahpaşa Tip fakultesi kalp ve damar Cerarhisi A.D., Prof.Dr. Gökhan İpek, xanim Prof.Dr. Serab Aka, Azərbaycanda fəaliyyət göstərən “Axıska Türkləri Vətən Cəmiyyəti”–nin sədri İbrahim Bürhan, tarix elmləri doktoru, türkoloq-etnoqraf, xanım Güllü Yoloğlu və digərləri çıxış edərək Türk xalqlarının elmi, siyasi, mədəni əməkdaşlığının zəruriliyindən danışdılar, ATXƏM-in fəaliyyətini yüksək qiymətləndirdilər.

Tədbirdə ATXƏM-in mədəniyyət departamentinin təşkil etdiyi geniş konsert proqramı qonaqların əhval-ruhiyyəsini daha da yüksəltdi.
Tədbirin sonunda bütün iştirakçı qonaqlara ATXƏM-in adından Nuru Paşa haqqında çəkilmiş filmin diski, “Birlik” dərgisi və digər hədiyyələr təqdim edildi.



URL / WWW
http://atxem.az/news/a-15235.html