Axtarış: 
Kardio-cərrahlar ATXƏM-in qonağı oldular - 12.05.2009
+  -  Çap 
Yerləşdirilib: 12.03.12 | Baxılıb: 2060
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Həkim kardio-cərrahlar “Bakı ürək günləri”- çərçivəsində, ATXƏM-in qonağı oldular.
2009-cu il may ayının 9-11 aralığında Dünya şöhrətli həkim kardio-cərrahlar Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar Bakı şəhərində “Bakı ürək günləri”- çərçivəsində elmi-praktiki konfransa toplaşmışdılar.
May ayının 11-də Türkdilli xalqları təmsil edən həkim kardio-cərrahlar ATXƏM-in qonağı oldular. Görüşdə tanınmış azərbaycanlı səhiyyə işçiləri və digər elm xadimləri də iştirak edirdilər. Qonaqlar ATXƏM-in ofisində olmuş, fotostendlərə baxmış və onun fəaliyyəti ilə yaxından tanış olduqdan sonra onların şərəfinə təşkil olunmuş ziyafətdə iştirak etdilər.
Mərasimi giriş sözü ilə Başkan İlham İsmayılov açmış, ATXƏM-in fəaliyyəti, məqsədi və məramı ilə bağlı qonaqlara geniş məlumat vermişdir. Çıxışında natiq qeyd etmişdir ki, ATXƏM Ümummilli Lider H.Əliyevin “Türk dövlətlərinin birliyi” ideyasını əldə rəhbər tutaraq yüzlərlə təşkilatın on illərlə görə biləcəyi işlərə bərabər səviyyədə uğur qazanmışdır. Orta Asiya türk cümhuriyyətlərində, Türkiyədə, Qaqauz Elində, Rusiya Federasiyasındakı türkdilli xalqlarla geniş iş birliyi qurmuşdur.
70 ildən artıq bir dövrdə biz totalitar bir rejimdə, imperializm əsarəti altında yaşamış, bu dövrdə xalqlarımız bir-birlərindən aralanmış, dilimizdən və mədəniyyətimizdən ayrı düşmüşdük. Şükürlər olsun ki, Türk Cümhuriyyətləri indi müstəqillik əldə etmişlər. Bizim xalqların bir-birlərinə yaxınlaşması, sıx əlaqələr qurması üçün geniş imkanlar yaranmışdır. Bu tarixu məqamdan, imkandan istifadə etmək, xalqlarımızı, mədəniyyətlərimizi qovuşdurmaq, ortaq dilimizi yaratmaq biz vətənpərvərlərin öhdəsinə düşür.
Bütün Türk Dünyasının tanınmış, ziyalı insanları olan sizlər, bizlər bu şərəfli missiyanı uğurla həyata keçirməli, ulu babalarımızın bizlərə miras qoyduğu Böyük Türk Dünyasının birliyinə nail olmalıyıq.
Tanrı Türkü qorusun! Tanrı Türkə yar olsun!
İ.İsmayılovun çıxışından sonra Kalp və Damar Cerrahisi M.D. Klinik Şefi, Baş hekim, Prof. Dr. İbrahim Yekeler, İ.Ü. Cerrahpaşa Tip fakultesi kalp ve damar Cerarhisi A.D., Prof.Dr. Gökhan İpek, xanim Prof.Dr. Serab Aka, Azərbaycanda fəaliyyət göstərən “Axıska Türkləri Vətən Cəmiyyəti”–nin sədri İbrahim Bürhan, tarix elmləri doktoru, türkoloq-etnoqraf, xanım Güllü Yoloğlu və digərləri çıxış edərək Türk xalqlarının elmi, siyasi, mədəni əməkdaşlığının zəruriliyindən danışdılar, ATXƏM-in fəaliyyətini yüksək qiymətləndirdilər.

Tədbirdə ATXƏM-in mədəniyyət departamentinin təşkil etdiyi geniş konsert proqramı qonaqların əhval-ruhiyyəsini daha da yüksəltdi.
Tədbirin sonunda bütün iştirakçı qonaqlara ATXƏM-in adından Nuru Paşa haqqında çəkilmiş filmin diski, “Birlik” dərgisi və digər hədiyyələr təqdim edildi.




VIDEO
Əsla unutmarıq...unutdurmarıq... - 24 fevral 2017
 
İctimai təşkilat Türkiyəyə yardımda nümunə göstərir  - 08 fev 2023
 
ATXƏM sədri yardım üçün Türkiyə səfirinə müraciət etdi - 06 fev 2023
 
Azərbaycanda 20 Yanvar faciəsi ilə bağlı salınan ilk Şəhidlər Xiyabanı  - 26 Yanvar 2023
 
 Ãëàâíàÿ öåëü - Îòå÷åñòâî! - 06.01.2023
 
“Birmənalı şəkildə biz də sona qədər getməliyik”— ATXƏM sədri - 16 dek 2022
 
 
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« İyun.2023
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  

Gündüz: +22.. +24aydn yağmursuz
Axşam: +20.. +22dumanlı yağmursuz
Gecə: +19.. +21dumanlı yağmursuz
Səhər: +20.. +22buludlu yağmursuz
Atm. təziyi: 763 ìì
Rütübət: 72 %


free counters

© 2023 www.atxem.az
Powered by Danneo