Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
ATXƏM-in tədbirləri
» ATXƏM referendumla bağlı Azərbaycanın və Bakının bir sıra rayonlarında görüşlər keçirdi - 19.03.2009
11.03.12 09:25
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə, az qala bir illik ictimai müzakirələrdən sonra 1995-ci il noyabrın 12-də qəbul olunub.Ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiya heç şübhəsiz ki, son dərəcə mükəmməl bir hüquqi sənəddir. Amma bununla belə, o, məhz qəbul olunduğu zaman kəsiyinin- iqtisadiyyatı tənəzzülə uğramış, milli maraqları siyasi partiyaların maraqları müstəvisində şaxələnmiş, siyasi müxalifətçilik ənənələri hərbi müxalifət reallığına söykənən, sosial stabilliyi idxaldan asılı olan Azərbaycanın ictimai-siyasi reallıqlarını əks etdirirdi. 7 il sonra bu reallıqlar kəskin surətdə dəyişəndən- hərbi müxalifətçilik ənənələri aradan qaldırılandan, ölkədə özəl sektorun payı ümumi iqtisadiyyatın yarıdan çoxunu təşkil etdikdən, əmək münasibətlərinin xarici idxaldan asılılığı aradan qaldırıldıqdan sonra isə məhz ümumilli lider Heydər Əliyevin özü müəllifi olduğu Konstitusiyaya dəyişiklik barədə qanunvericilik təşəbbüsü ilə çıxış etdi.
{img1}{img2}Konstitusiyamızın qəbulundan 13, ilk dəyişikliklərdən az qala 7 il ötüb. Bu müddətdə Azərbaycanın beynəlxalq arenadakı yeri də, Azərbaycan cəmiyyətinin beynəlxalq aləmə inteqrasiya tempi də, Azərbaycan iqtisadiyyatının inkişaf surəti də müsbət mənada xeyli dəyişib. Və Konstitusiyaya dəyişiklik təşəbbüsü ilə çıxış edənlər də məhz bu reallığa istinad ediblər.Bu gün Azərbaycanda demokratik proseslərin daha da dərinləşdiyi, Vətəndaş cəmiyyəti quruculuğu prosesinin genişləndiyi danılmaz gerçəkliklərdir. Belə bir reallıqda vətəndaşların hüquq və azadlıqlarının daha da artması qaçılmaz prosesdir və məhz bu baxımdan kiminsə fəaliyyətinə məhdudiyyətlər qoyulması yolverilməzdir.
Belə bir reallıqda vətəndaşların hüquq və azadlıqlarının daha da artması qaçılmaz prosesdir və məhz bu baxımdan kiminsə fəaliyyətinə məhdudiyyətlər qoyulması yolverilməzdir. O cümlədən bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə qoyulan qadağa da aradan qaldırılmalıdır. Azərbaycanın hər bir vətəndaşı kimi dövlət başçısı İlham Əliyevin də keçirilən seçkilərdə iştirak etmək hüququ olmalıdır. Və bu məqamda diqqət fərdlərin parametrlərindən daha çox, ölkədə tam demokratik cəmiyyətin qurulmasına yönəldilməlidir. Əgər cəmiyyət demokratik olacaqsa, kiminsə prezident seçilmək üçün neçə dəfə namizədliyini irəli sürməsinin əhəmiyyəti olmayacaq. Cəmiyyət istəməyəcəksə, o şəxs prezident olmayacaq.
{img3}{img4}On illərlə partiya rəhbərliyində əyləşən, amma partiyanı heç bir hədəfə çatdırmayan, bu səbəbdən yaranmış ciddi etirazlara, partiyadaxili kütləvi qopmalara rəğmən postunu tərk etməyərək, bu israrı mənəvi haqq kimi izahlayanlar digərlərinin mənəvi haqqını niyə tanımaq istəmirlər. Əgər söhbət mənəvi haqqdan gedirsə və kimlərinsə hansısa partiyanı əbədi idarə etmək haqqı tanınırsa, onda İlham Əliyevin də Azərbaycanı uzun müddət idarə etmək etmək haqqı mütləq mənada tanınmalıdır. Çünki o, sadəcə hakimiyyət etirası ilə yanan bir partiya yox, perspektivləri minilliklərə hesablanmış bir dövlət qurur və o dövlətin taleyi onun ideyalarının həyata keçmə əmsalından birbaşa asılıdır.
“Vətəndaş Cəmiyyəti” təşviqat qrupunun vəkilləri - ATXƏM sədri İ.İsmayılov və icraçı katib Salman VİLAYƏTOĞLU Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsi ilə əlaqədar Masallı, Cəlilabad, Lerik, Astara, Səlyan və Bakının Nizami, Suraxanı, Abşeron rayonlarında, eləcə də Sumqayıt şəhərində seçicilərlə görüş keçirmiş, Konstitusiyaya dəyişikliklərlə bağlı məlumat vermişlər. Hər bir cəmiyyətin inkişafının müəyyən bir mərhələsində Konstitusiyanın təkmilləşməsini zərurət adlandıraraq, 1995-ci ildə qəbul edilən ilk Konstitusiyanın böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hazırlandığını qeyd etmiş və Konstitusiyada ümumbəşəri, demokratik dəyərlərin, bütün hüquqi prinsiplərin öz əksini tapdığını və bu dəyərlərin cəmiyyətimizin demokratik yolla inkişafına xidmət edəcəyini, təklif olunan bütün dəyişikliklərin vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına, insan hüquq və azadlıqlarının möhkəmlənməsinə xidmət edəcəyini bildirmişlər.
URL / WWW
http://atxem.az/news/a-15237.html