Axtarış: 
ATXƏM referendumla bağlı Azərbaycanın və Bakının bir sıra rayonlarında görüşlər keçirdi - 19.03.2009
+  -  Çap 
Yerləşdirilib: 11.03.12 | Baxılıb: 2313
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə, az qala bir illik ictimai müzakirələrdən sonra 1995-ci il noyabrın 12-də qəbul olunub.Ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiya heç şübhəsiz ki, son dərəcə mükəmməl bir hüquqi sənəddir. Amma bununla belə, o, məhz qəbul olunduğu zaman kəsiyinin- iqtisadiyyatı tənəzzülə uğramış, milli maraqları siyasi partiyaların maraqları müstəvisində şaxələnmiş, siyasi müxalifətçilik ənənələri hərbi müxalifət reallığına söykənən, sosial stabilliyi idxaldan asılı olan Azərbaycanın ictimai-siyasi reallıqlarını əks etdirirdi. 7 il sonra bu reallıqlar kəskin surətdə dəyişəndən- hərbi müxalifətçilik ənənələri aradan qaldırılandan, ölkədə özəl sektorun payı ümumi iqtisadiyyatın yarıdan çoxunu təşkil etdikdən, əmək münasibətlərinin xarici idxaldan asılılığı aradan qaldırıldıqdan sonra isə məhz ümumilli lider Heydər Əliyevin özü müəllifi olduğu Konstitusiyaya dəyişiklik barədə qanunvericilik təşəbbüsü ilə çıxış etdi.
Konstitusiyamızın qəbulundan 13, ilk dəyişikliklərdən az qala 7 il ötüb. Bu müddətdə Azərbaycanın beynəlxalq arenadakı yeri də, Azərbaycan cəmiyyətinin beynəlxalq aləmə inteqrasiya tempi də, Azərbaycan iqtisadiyyatının inkişaf surəti də müsbət mənada xeyli dəyişib. Və Konstitusiyaya dəyişiklik təşəbbüsü ilə çıxış edənlər də məhz bu reallığa istinad ediblər.Bu gün Azər­bay­can­da de­mok­ra­tik pro­ses­lərin da­ha da də­rin­ləş­diyi, Və­tən­daş cə­miy­yə­ti qu­ru­cu­lu­ğu pro­se­sinin ge­niş­lə­ndiyi danılmaz gerçəkliklərdir. Belə bir reallıqda və­tən­daş­la­rın hü­quq və azad­lıq­la­rının daha da ar­tması qaçılmaz prosesdir və məhz bu baxımdan kiminsə fəaliyyətinə məhdudiyyətlər qoyulması yolverilməzdir.
Belə bir reallıqda və­tən­daş­la­rın hü­quq və azad­lıq­la­rının daha da ar­tması qaçılmaz prosesdir və məhz bu baxımdan kiminsə fəaliyyətinə məhdudiyyətlər qoyulması yolverilməzdir. O cümlədən bir nə­fə­rin iki də­fə­dən ar­tıq pre­zi­dent se­çil­mə­si­nə qo­yu­lan qa­da­ğa da ara­dan qal­dı­rıl­ma­lı­dır. Azər­bay­ca­nın hər bir və­tən­da­şı ki­mi döv­lət baş­çı­sı İl­ham Əli­ye­vin də ke­çi­ri­lən seç­ki­lər­də iş­ti­rak et­mək hü­qu­qu ol­ma­lı­dır. Və bu­ məqamda diqqət fərdlərin parametrlərindən daha çox, öl­kə­də tam de­mok­ra­tik cə­miy­yə­tin qu­rul­ma­sı­na yönəldilməlidir. Əgər cə­miy­yət de­mok­ra­tik ola­caq­sa, ki­min­sə pre­zi­dent se­çil­mək üçün ne­çə də­fə na­mi­zəd­li­yi­ni irə­li sür­mə­si­nin əhə­miy­yə­ti ol­ma­ya­caq. Cəmiyyət istəməyəcəksə, o şəxs prezident olmayacaq.
On illərlə partiya rəhbərliyində əyləşən, amma partiyanı heç bir hədəfə çatdırmayan, bu səbəbdən yaranmış ciddi etirazlara, partiyadaxili kütləvi qopmalara rəğmən postunu tərk etməyərək, bu israrı mənəvi haqq kimi izahlayanlar digərlərinin mənəvi haqqını niyə tanımaq istəmirlər. Əgər söhbət mənəvi haqqdan gedirsə və kimlərinsə hansısa partiyanı əbədi idarə etmək haqqı tanınırsa, onda İlham Əliyevin də Azərbaycanı uzun müddət idarə etmək etmək haqqı mütləq mənada tanınmalıdır. Çünki o, sadəcə hakimiyyət etirası ilə yanan bir partiya yox, perspektivləri minilliklərə hesablanmış bir dövlət qurur və o dövlətin taleyi onun ideyalarının həyata keçmə əmsalından birbaşa asılıdır.

“Vətəndaş Cəmiyyəti” təşviqat qrupunun vəkilləri - ATXƏM sədri İ.İsmayılov və icraçı katib Salman VİLAYƏTOĞLU Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsi ilə əlaqədar Masallı, Cəlilabad, Lerik, Astara, Səlyan və Bakının Nizami, Suraxanı, Abşeron rayonlarında, eləcə də Sumqayıt şəhərində seçicilərlə görüş keçirmiş, Konstitusiyaya dəyişikliklərlə bağlı məlumat vermişlər. Hər bir cəmiyyətin inkişafının müəyyən bir mərhələsində Konstitusiyanın təkmilləşməsini zərurət adlandıraraq, 1995-ci ildə qəbul edilən ilk Konstitusiyanın böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hazırlandığını qeyd etmiş və Konstitusiyada ümumbəşəri, demokratik dəyərlərin, bütün hüquqi prinsiplərin öz əksini tapdığını və bu dəyərlərin cəmiyyətimizin demokratik yolla inkişafına xidmət edəcəyini, təklif olunan bütün dəyişikliklərin vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına, insan hüquq və azadlıqlarının möhkəmlənməsinə xidmət edəcəyini bildirmişlər.

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo