Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » ATXƏM Türkiyənin İstiqlal Gününün 85-ci ildönümü münasibəti ilə Bakıda təşkil olunmuş bayram təntənəsinə qatıldı - 30.10.2008
05.03.12 06:54

I Dünya müharibəsinin gedişində yaranmış geopolitik vəziyyətdən bəhrələnən superdövlətlər dünya düzümünə yeni nizam vermək niyyətinə düşmüşdülər. Bu məkrli niyyətdən qaynaqlanan hərbi-strateji planlar Osmanlı İmperiyası üçün yaxşı heç nə vəd etmirdi.
Türkün 600 illik rəşadət tarixindən əndişələnən Avropa yaranmış fürsətdən maksimum bəhrələnərək Osmanlının timsalında ümumən türk dövlətçiliyi ənənələrinə biryolluq son qoymaqda israrlıydı. Və nə qədər təəssüfləndirici olsa da, hadisələr məhz bu istiqamətdə inkişaf edirdi; imperiyanın sonuncu sultanı Qərbin alçaldıcı “sülh təklifi”, əslində isə rüsvayçı təslim aktı ilə barışmaqda maraqlı görünürdü.

Türkün şərəf salnaməsinin zirvə örnəyi olan Mustafa Kamal Paşa məhz belə bir reallıqda darmadağın olmuş Osmanlı hərbi qüvvələrinin vətənə sədaqət əzmi nümayiş etdirən hissələrini bir yerə toplayaraq qeyri-bərabər bir mücadiləyə qərar verdi: Atatürkçülər Osmanlının xərabələrində türk ruhunu oyadaraq Türk dövlətçilik ənənələrinin bərpası uğrunda, Türkiyə dövlətinin sərhədlərinin toxunulmazlığı uğrunda, Türkün tarixi haqqı uğrunda ölüm-dirim savaşı açdılar. XX əsrin ikinci onilliyinin sonlarında nəinki Osmanlı bir imperiya olaraq çökmüşdü, hətta Türklərin tarixi torpaqları da defakto Qərb hərbçilərinin nəzarətinə düşmüşdü.
Və Atatürkün zəka qüdrətindən nur alan Türk Mehmetçiliyi tarixin ağlasığmaz, xəyalagəlməz, təsəvvürolunmaz rəşadətinə imza atmağa müvəffəq oldu. Çanaqqala savaşında bütün dünyanın, o zaman üçün ən mükəmməl silahlarla təchiz olunmuş nizami ordularının birləşmiş kontingenti ilə təkbaşına üz-üzə dayanmış əliyalın Türk əsgəri nəinki müharibənin gedişində dönüş yaratmağa, ümumən bütün Qərb dövlətlərini geri çəkilib danışıqlar masası arxasında oturmaq təklifi ilə çıxış etməyə müvəffəq oldu.
Və, nəhayət 5 illik qanlı çarpışmalardan sonra 1923-cü il oktyabr ayının 13-də Ankaranı paytaxt elan edən Atatürk oktyabrın 29-da Türkiyənin respublika quruluşlu müstəqil dövlət olduğu barədə bəyannaməyə imza atdı. Bu, Türkün 4000 illik qəhrəmanlıq salnaməsinin zirvə məqamı idi. Bu Türkiyənin qurtuluşu ilə yanaşı, eyni zamanda o zamana qədər artıq Sovet Rusiyasının nəzarətinə düşmüş digər türk ellərinin - Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın, Tatarıstanın, Başqırdıstanın, Xakasiyanın, Saxanın, Qaraçayın, Qaqauz elinin tarix səhnəsində əbədi silinməsi təhlükəsinin aradan qalxması idi. Başqa sözlə, Türkiyə Cümhuriyyətinin müstəqilliyinin bəyan edilməsi 4000 illik şanlı tarixinin ən təhlükəli anlarını yaşayan Böyük Türk Qövmünün ən yeni tarixinin başlanğıcıdır. Və bu baxımdan da onun bütün türk ellərində bir zəfər bayramı kimi, istiqlala təməl olan bir gün kimi qeyd olunması bir şərəf məsələsidir, 85 il öncə türkün ən yeni tarixinə imza atmış şəhidlərin haqqını tanımaqdır.
{img1}{img2}Azərbaycanda bu xüsusda ilin əvvəlindən başlanmış silsilə tədbirlərə 2008-ci il oktyabrın 29-da Gülüstan sarayında keçirilən tədbirlə yekun vuruldu. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Böyük Elçiliyinin təşkilatçılığı ilə baş tutan bu tədbirə Azərbaycan ictimaiyyətinin görkəmli ziyalıları, dövlət rəsmiləri, Milli Məclis üzvləri, ordu generalları və xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri dəvət olunmuşdular. Missiyası türk ellərinin mədəni-mənəvi inteqrasiyası olan və yarandığı bir il ərzində bu yöndə kifayət qədər ciddi layihələr həyata keçirmiş Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyi bu bayram ziyarətində ATXƏM sədri İ.İsmayılovdan, ATXƏM sədrinin müavinləri A.Kərimov və Q.Əliyev, ATXƏM İdarə Heyətinin üzvləri G.Yoloğlu və S.Vilayətoğludan ibarət nümayəndə heyəti ilə təmsil olunmuşdular.
Türk şərqilərinin mahir ifaçısı Azərin Azərbaycan və Türkiyə Respublıkalarının Dövlət Himnlərini canlı ifa etdikdən sonra Türkiyə Respublikasının Azərbaycandakı böyük elçisi Hulusi Kılıc qonaqları salamlayaraq 29 oktyabr İstiqlal Gününün tarixi əhəmiyyətindən danışdı. Azərbaycan Respublikası Milli Məclisinin I vitse-spikeri Ziyafət Əsgərov rəsmi qəbul iştirakçılarına Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təbriklərini çatdırdıqdan sonra tədbir incəsənət ustalarının müşaiyət etdiyi ziyafət süfrəsi ilə davam etdi.
URL / WWW
http://atxem.az/news/a-15241.html