Axtarış: 
ATXƏM Türkiyənin İstiqlal Gününün 85-ci ildönümü münasibəti ilə Bakıda təşkil olunmuş bayram təntənəsinə qatıldı - 30.10.2008
+  -  Çap 
Yerləşdirilib: 05.03.12 | Baxılıb: 2492
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
I Dünya müharibəsinin gedişində yaranmış geopolitik vəziyyətdən bəhrələnən superdövlətlər dünya düzümünə yeni nizam vermək niyyətinə düşmüşdülər. Bu məkrli niyyətdən qaynaqlanan hərbi-strateji planlar Osmanlı İmperiyası üçün yaxşı heç nə vəd etmirdi.
Türkün 600 illik rəşadət tarixindən əndişələnən Avropa yaranmış fürsətdən maksimum bəhrələnərək Osmanlının timsalında ümumən türk dövlətçiliyi ənənələrinə biryolluq son qoymaqda israrlıydı. Və nə qədər təəssüfləndirici olsa da, hadisələr məhz bu istiqamətdə inkişaf edirdi; imperiyanın sonuncu sultanı Qərbin alçaldıcı "sülh təklifi", əslində isə rüsvayçı təslim aktı ilə barışmaqda maraqlı görünürdü.

Türkün şərəf salnaməsinin zirvə örnəyi olan Mustafa Kamal Paşa məhz belə bir reallıqda darmadağın olmuş Osmanlı hərbi qüvvələrinin vətənə sədaqət əzmi nümayiş etdirən hissələrini bir yerə toplayaraq qeyri-bərabər bir mücadiləyə qərar verdi: Atatürkçülər Osmanlının xərabələrində türk ruhunu oyadaraq Türk dövlətçilik ənənələrinin bərpası uğrunda, Türkiyə dövlətinin sərhədlərinin toxunulmazlığı uğrunda, Türkün tarixi haqqı uğrunda ölüm-dirim savaşı açdılar. XX əsrin ikinci onilliyinin sonlarında nəinki Osmanlı bir imperiya olaraq çökmüşdü, hətta Türklərin tarixi torpaqları da defakto Qərb hərbçilərinin nəzarətinə düşmüşdü.
Və Atatürkün zəka qüdrətindən nur alan Türk Mehmetçiliyi tarixin ağlasığmaz, xəyalagəlməz, təsəvvürolunmaz rəşadətinə imza atmağa müvəffəq oldu. Çanaqqala savaşında bütün dünyanın, o zaman üçün ən mükəmməl silahlarla təchiz olunmuş nizami ordularının birləşmiş kontingenti ilə təkbaşına üz-üzə dayanmış əliyalın Türk əsgəri nəinki müharibənin gedişində dönüş yaratmağa, ümumən bütün Qərb dövlətlərini geri çəkilib danışıqlar masası arxasında oturmaq təklifi ilə çıxış etməyə müvəffəq oldu.
Və, nəhayət 5 illik qanlı çarpışmalardan sonra 1923-cü il oktyabr ayının 13-də Ankaranı paytaxt elan edən Atatürk oktyabrın 29-da Türkiyənin respublika quruluşlu müstəqil dövlət olduğu barədə bəyannaməyə imza atdı. Bu, Türkün 4000 illik qəhrəmanlıq salnaməsinin zirvə məqamı idi. Bu Türkiyənin qurtuluşu ilə yanaşı, eyni zamanda o zamana qədər artıq Sovet Rusiyasının nəzarətinə düşmüş digər türk ellərinin - Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın, Tatarıstanın, Başqırdıstanın, Xakasiyanın, Saxanın, Qaraçayın, Qaqauz elinin tarix səhnəsində əbədi silinməsi təhlükəsinin aradan qalxması idi. Başqa sözlə, Türkiyə Cümhuriyyətinin müstəqilliyinin bəyan edilməsi 4000 illik şanlı tarixinin ən təhlükəli anlarını yaşayan Böyük Türk Qövmünün ən yeni tarixinin başlanğıcıdır. Və bu baxımdan da onun bütün türk ellərində bir zəfər bayramı kimi, istiqlala təməl olan bir gün kimi qeyd olunması bir şərəf məsələsidir, 85 il öncə türkün ən yeni tarixinə imza atmış şəhidlərin haqqını tanımaqdır.
Azərbaycanda bu xüsusda ilin əvvəlindən başlanmış silsilə tədbirlərə 2008-ci il oktyabrın 29-da Gülüstan sarayında keçirilən tədbirlə yekun vuruldu. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Böyük Elçiliyinin təşkilatçılığı ilə baş tutan bu tədbirə Azərbaycan ictimaiyyətinin görkəmli ziyalıları, dövlət rəsmiləri, Milli Məclis üzvləri, ordu generalları və xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri dəvət olunmuşdular. Missiyası türk ellərinin mədəni-mənəvi inteqrasiyası olan və yarandığı bir il ərzində bu yöndə kifayət qədər ciddi layihələr həyata keçirmiş Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyi bu bayram ziyarətində ATXƏM sədri İ.İsmayılovdan, ATXƏM sədrinin müavinləri A.Kərimov və Q.Əliyev, ATXƏM İdarə Heyətinin üzvləri G.Yoloğlu və S.Vilayətoğludan ibarət nümayəndə heyəti ilə təmsil olunmuşdular.
Türk şərqilərinin mahir ifaçısı Azərin Azərbaycan və Türkiyə Respublıkalarının Dövlət Himnlərini canlı ifa etdikdən sonra Türkiyə Respublikasının Azərbaycandakı böyük elçisi Hulusi Kılıc qonaqları salamlayaraq 29 oktyabr İstiqlal Gününün tarixi əhəmiyyətindən danışdı. Azərbaycan Respublikası Milli Məclisinin I vitse-spikeri Ziyafət Əsgərov rəsmi qəbul iştirakçılarına Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təbriklərini çatdırdıqdan sonra tədbir incəsənət ustalarının müşaiyət etdiyi ziyafət süfrəsi ilə davam etdi.

VIDEO
Prezidentin Qazaxıstana dövlət səfəri türk xalqları arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir - 22.10.2025
 
QHT-lərin əməkdaşlıq forumları təkcə təşkilatlar üçün deyil, ümumilikdə cəmiyyət üçün faydalıdır - 20.10.2025
 
Ramiz Mehdiyevin kadrları dövlət və hökumət qurumlarında, parlamentdə təmsil olunur və onların hamısı ifşa edilməlidir - 15.10.2025
 
“Türk Şengeni” yaradılır - 14.10.2025
 
İlham Əliyevin Sülh sammitinə dəvət edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir - 13.10.2025
 
Azərbaycan Türk dünyasında artan siyasi nüfuzunu, təşəbbüskar rolunu nümayiş etdirdi - 08.10.2025
 
Şəhidlərin xatirəsi yad edilmişdir - 27.09.2025
 
Uca Türk xalqı Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətini bir dəyər kimi qoruyur, ona sahib çıxır - 29.10.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Noy.2025
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Gündüz: +14.. +16dumanlı yağmursuz
Axşam: +12.. +14dumanlı yağmursuz
Gecə: +12.. +14dumanlı yağmursuz
Səhər: +15.. +17dumanlı yağmursuz
Atm. təziyi: 770 ́́
Rütübət: 76 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo