Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » ATXƏM 15 Oktyabr Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyənlərin sirasina qoşuldu - 22.09.2008
04.03.12 07:02

15 oktyabr Prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləmək üçün təbliğat-təşviqat kampaniyasına qoşulan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyi sentyabrın 21-də YAP-ın Salyan rayon təşkilatı ilə birlikdə Salyan rayonunun Qaraçala qəsəbəsində mədəni-kütləvi tədbir keçirdi.Tədbirə ATXƏM-in yüzlərlə üzvü, Milli Məclisin deputatları Arif Rəhimzadə, Əkrəm Abdullayev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP-ın Salyan rayon təşkilatının rəhbəri Rəşad Cəbrayılov, Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, ATXƏM sədrinin müavini Zeyqəm Süleymanov, İraq Türkmən Tələbələri Birliyinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən telekanallar və aparıcı KİV-lərin təmsilçiləri qatılmışdılar.
{img1}{img2}ATXƏM İctimai Birliyinin sədri İlham İsmayılov öz çıxışında bildirdi ki, “... bu tədbir ATXƏM-in mahiyyətindən qaynaqlanan həmrəyliyin təcəssümüdür. Çünki Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyi ümümmilli liderimiz Heydər Əliyevin Azərbaycanın xoşbəxt sabahına, Türk dünyasının mədəni-mənəvi mərkəzinə çevrilməsinə yönəlik ideyalarının gerçəkləşməsini özünə həyat qayəsi seçmiş ziyalıların birliyidir. Və o ziyalıların Heydər Əliyevin idealları uğrunda mübarizəni özlərinə həyat qayəsi seçməsi də təsadüfi deyil.
Heydər Əliyevin Azərbaycanın bir dövlət kimi qüdrətlənməsi, Türk dünyasının mədəni-mənəvi mərkəzinə çevrilməsi yönündəki ideyaları sözün mütləq mənasında XXI əsrin yeni dünya düzümündə Azərbaycanın və ümumən türk ellərinin taleyini müsbət mənada həll edə biləcək bir proqramdır ki, ümummilli liderimiz bu proqramın reallaşması yolunda mümkün olan hər şeyi edib. Bu günsə o kursu ümumilli liderimizin siyasi varisi cənab İlham Əliyev uğurla və yaradıcılıqla davam etdirir. Onun dövlət sükanında ümumilli lideri əvəzləməsindən keçən 5 ildə Azərbaycanın iqtisadi və hərbi gücü dəfələrlə artıb, əhalinin maddi rifah halı, regionların sosial-iqtisadi inkişaf surəti nəzərəçarpacaq dərəcədə yüksəlib, ölkədə 600 mindən artıq iş yerləri açılıb, yoxsulluğun səviyyəsi minimuma enib. Ən əsası, bu 5 ildə Azərbaycanın dünya birliiyndəki mövqeləri nəzərəçarpacaq dərəcədə möhkəmlənib, dövlətimiz regionun aparıcı dövlətinə, Türkdilli dövlətlərinin birləşdrici həlqəsinə çevrilib.
{img3}{img4}Bir sözlə, ümumilli liderimizin müəyyənləşdirdiyi siyasi kursun ən layiqli davamçısı olan cənab İlham Əliyev bu beş ildə təkcə 8,6 milyonluq Azərbaycan vətəndaşlarının yox, ümumən dünyada yaşayan 50 milyon Azərbaycanlının przidenti olduğunu, Türk dünyasını birləşdirməyə qadir tarixi şəxsiyyət olduğunu sübuta yetirib. Bu, uzun bir yoldur və təbii ki, uğurla başlanmış bu yolun eyni qətiyyətlə keçilməsi üçün İlham Əliyevin dövlət sükanı arxasında qalmasına həm Azərbaycan xalqının, həm dünyada yaşayan bütün azərbaycanlıların, həm ümumən Türk ellərinin ehtiyacı var. ATXƏM də Heydər Əliyev ideallarının daşıyıcısı olan bir ictimai təşkilat kimi bu reallığı duyan, İlham Əliyev cənablarının Azərbaycana, ümumən Türk dünyasına lazım olan bir lider olduğu həqiqətini qəbul edən hər kəsin yanında olmağı özünün şərəf işi bilir və bu gün bu amacla İlham Əliyevin namizədliyini dəstəkləyən Salyan seçiciləri ilə birlikdə olmaqdan qürur duyur”.
Tədbir respublikanın görkəmli mədəniyyət və incəsənət ustaları, Respublikanın xalq artisti Ağadadaş Ağayev, bəstəkar-müğənni Elza Seyidcayan və digərlərinin iştirakı ilə davam etdi. Atəşfəşanlıqdan sonra, tədbir iftar ziyafəti ilə yekunlaşdı.
{img5}
URL / WWW
http://atxem.az/news/a-15242.html