Axtarış: 
ATXƏM 15 Oktyabr Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyənlərin sirasina qoşuldu - 22.09.2008
+  -  Çap 
Yerləşdirilib: 04.03.12 | Baxılıb: 2375
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
15 oktyabr Prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləmək üçün təbliğat-təşviqat kampaniyasına qoşulan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyi sentyabrın 21-də YAP-ın Salyan rayon təşkilatı ilə birlikdə Salyan rayonunun Qaraçala qəsəbəsində mədəni-kütləvi tədbir keçirdi.Tədbirə ATXƏM-in yüzlərlə üzvü, Milli Məclisin deputatları Arif Rəhimzadə, Əkrəm Abdullayev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP-ın Salyan rayon təşkilatının rəhbəri Rəşad Cəbrayılov, Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, ATXƏM sədrinin müavini Zeyqəm Süleymanov, İraq Türkmən Tələbələri Birliyinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən telekanallar və aparıcı KİV-lərin təmsilçiləri qatılmışdılar.
ATXƏM İctimai Birliyinin sədri İlham İsmayılov öz çıxışında bildirdi ki, “... bu tədbir ATXƏM-in mahiyyətindən qaynaqlanan həmrəyliyin təcəssümüdür. Çünki Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyi ümümmilli liderimiz Heydər Əliyevin Azərbaycanın xoşbəxt sabahına, Türk dünyasının mədəni-mənəvi mərkəzinə çevrilməsinə yönəlik ideyalarının gerçəkləşməsini özünə həyat qayəsi seçmiş ziyalıların birliyidir. Və o ziyalıların Heydər Əliyevin idealları uğrunda mübarizəni özlərinə həyat qayəsi seçməsi də təsadüfi deyil.
Heydər Əliyevin Azərbaycanın bir dövlət kimi qüdrətlənməsi, Türk dünyasının mədəni-mənəvi mərkəzinə çevrilməsi yönündəki ideyaları sözün mütləq mənasında XXI əsrin yeni dünya düzümündə Azərbaycanın və ümumən türk ellərinin taleyini müsbət mənada həll edə biləcək bir proqramdır ki, ümummilli liderimiz bu proqramın reallaşması yolunda mümkün olan hər şeyi edib. Bu günsə o kursu ümumilli liderimizin siyasi varisi cənab İlham Əliyev uğurla və yaradıcılıqla davam etdirir. Onun dövlət sükanında ümumilli lideri əvəzləməsindən keçən 5 ildə Azərbaycanın iqtisadi və hərbi gücü dəfələrlə artıb, əhalinin maddi rifah halı, regionların sosial-iqtisadi inkişaf surəti nəzərəçarpacaq dərəcədə yüksəlib, ölkədə 600 mindən artıq iş yerləri açılıb, yoxsulluğun səviyyəsi minimuma enib. Ən əsası, bu 5 ildə Azərbaycanın dünya birliiyndəki mövqeləri nəzərəçarpacaq dərəcədə möhkəmlənib, dövlətimiz regionun aparıcı dövlətinə, Türkdilli dövlətlərinin birləşdrici həlqəsinə çevrilib.
Bir sözlə, ümumilli liderimizin müəyyənləşdirdiyi siyasi kursun ən layiqli davamçısı olan cənab İlham Əliyev bu beş ildə təkcə 8,6 milyonluq Azərbaycan vətəndaşlarının yox, ümumən dünyada yaşayan 50 milyon Azərbaycanlının przidenti olduğunu, Türk dünyasını birləşdirməyə qadir tarixi şəxsiyyət olduğunu sübuta yetirib. Bu, uzun bir yoldur və təbii ki, uğurla başlanmış bu yolun eyni qətiyyətlə keçilməsi üçün İlham Əliyevin dövlət sükanı arxasında qalmasına həm Azərbaycan xalqının, həm dünyada yaşayan bütün azərbaycanlıların, həm ümumən Türk ellərinin ehtiyacı var. ATXƏM də Heydər Əliyev ideallarının daşıyıcısı olan bir ictimai təşkilat kimi bu reallığı duyan, İlham Əliyev cənablarının Azərbaycana, ümumən Türk dünyasına lazım olan bir lider olduğu həqiqətini qəbul edən hər kəsin yanında olmağı özünün şərəf işi bilir və bu gün bu amacla İlham Əliyevin namizədliyini dəstəkləyən Salyan seçiciləri ilə birlikdə olmaqdan qürur duyur”.
Tədbir respublikanın görkəmli mədəniyyət və incəsənət ustaları, Respublikanın xalq artisti Ağadadaş Ağayev, bəstəkar-müğənni Elza Seyidcayan və digərlərinin iştirakı ilə davam etdi. Atəşfəşanlıqdan sonra, tədbir iftar ziyafəti ilə yekunlaşdı.


VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo