Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Birlik jurnalı » “BİRLİK” dərgisinin ilk sayı işıq üzü gördü
24.02.12 21:37


  • "BIRLIK" dərgisi - Iyun 2008-ci il, ¹1
  • Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəsmi orqanı olan “Birlik” dərgisinin ilk sayı işıq üzü gördü.Cari ilin aprelində rəsmi qeydiyyatdan keçən dərginin ilk sayının çapa hazırlanması 3 aya yaxın vaxt aparsa da, yaradıcı kollektiv bunu dərginin məram və məqsədlərindən irəli gələn vəzifələrlə əsaslandırır. Belə ki, “Birlik” bütün türk ellərini əhatə edən oxucu kontingentinə hesablandığı üçün dərgidə dərc olunan materialların coğrafi arealı da kifayət qədər geniş olub və məhz bu reallıq ilk sayın işıq üzü görməsini müəyyən dərəcədə əngəlləyib. Bununla belə, məqsədə qismən nail olunması, ilk sayda Türkiyə Cümhuriyyətindən, Krımdan Ukraynadan, Çexiyadan, Macarıstandan olan müəlliflərin çıxış etməsi ləngiməyə bəraət verə biləcək hal kimi dəyərləndirilə bilər. Ən əsası isə odur ki, “Birlik” təkcə coğrafi arealın genişliyi ilə yox, ideoloji yükü və Azərbaycan mədəniyyətinin, tarixinin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edən bir-birindən maraqlı yazıları ilə diqqət çıkir. ATXƏM sədrinin ideoloji məsələlər üzrə müavini Qafar Əliyevin “Azərbaycançılıq ideologiyasının formalaşmasında və inkişafında ümumilli lider Heydər Əliyevin rolu”, ATXƏM sədrinin iqtisadi məsələlər üzrə müavini Akif Kərimovun “Türkdilli ölkələrin birliyi uğrunda vacib addım”, Firuzə Nadirin “Bəşəri Humanizmin canlı örnəyi: MEHRİBAN xanım ƏLİYEVA”, bu ilin fevralında ATXƏM-in qonağı olan Türk ellərinin fəxri oğlu, qırğız yazıçısı ölməz Çingiz Aytmatovun Bakı səfəri barəsində fotoreportaj və dərginin baş redaktoru Salman Vilayətoğlunun Ç.Aytmatov haqqında “Dağlar çökəndə...” rekviyemi, ATXƏM sədrinin müşaviri, filologiya elmləri namizədi, tarix elmləri doktoru Güllü Yoloğlunun səfər təəssüratlarından doğan “Sakitliyi pozulan Şanlıurfadan hər qarışında Türk izi görünən Hələbə qədər...” və “Ortaq Türk dili”, tarix elmləri doktoru, professor Anar İsgəndərovun “Azərbaycan istiqlalının qorunmasında Qafqaz İslam Ordusunun və Nuru Paşanın rolu”, "Azərbaycan MEA-nın Tarix İnstitutunun elmi işçisi Nazim MUSTAFAnın "Erməni soyqırımı"nın uydurma olmasını sübüt edən erməni tədqiqatçısının əsəri haqqında", Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Kərəm Məmmədovun “Azərbycan erkən orta əsrlərdə”, ATXƏM-in analitik mərkəzinin elmi əməkdaşı, BDU-unu IV kurs tələbəsi Hülya Məmmədlinin “Türkcəmizin ən böyük problemləri: Dilaçarın dilqanmazlığı”, Ərzurumdan Atatürk Universitesinin, İktisadi və İdari Bilimler Fakültesi İktisat Bölümü Öğretim Üyesi Doç. Dr. Kerem Karabulutun “Türkiye – Ermenistan sınır kapısı sorununa kısa bir bakış”, macarıstanlı türkoloq Edit Tasnadinin “Denizsiz yurttan denize bakış”, ATXƏM-in Avropa və Ukrayna üzrə təmsilçisi Fərhad Turanlının “Kavkazskaya Albaniya v istorii qosudarstvennosti azerbaydjantsev” başlıqlı məqalələrin hər biri tarixi baxımdan əhəmiyyətli yazı nümunələridir. Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Demirelin və Bilkent Universitesi Mütəvəlli Heyəy Başkanı, Prof. Dr. İnsan Doğramacının jurnala təbrikləri Türk dünyasının “Birlik”ə verilən önəmi kimi dəyərləndirilə bilər.
    URL / WWW
    http://atxem.az/news/a-15243.html