Axtarış: 
"BİRLİK" dərgisinin ilk sayı işıq üzü gördü
+  -  Çap 
Yerləşdirilib: 24.02.12 | Baxılıb: 3624
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter

  • "BIRLIK" dərgisi - Iyun 2008-ci il, ¹1
  • Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəsmi orqanı olan "Birlik" dərgisinin ilk sayı işıq üzü gördü.Cari ilin aprelində rəsmi qeydiyyatdan keçən dərginin ilk sayının çapa hazırlanması 3 aya yaxın vaxt aparsa da, yaradıcı kollektiv bunu dərginin məram və məqsədlərindən irəli gələn vəzifələrlə əsaslandırır. Belə ki, "Birlik" bütün türk ellərini əhatə edən oxucu kontingentinə hesablandığı üçün dərgidə dərc olunan materialların coğrafi arealı da kifayət qədər geniş olub və məhz bu reallıq ilk sayın işıq üzü görməsini müəyyən dərəcədə əngəlləyib. Bununla belə, məqsədə qismən nail olunması, ilk sayda Türkiyə Cümhuriyyətindən, Krımdan Ukraynadan, Çexiyadan, Macarıstandan olan müəlliflərin çıxış etməsi ləngiməyə bəraət verə biləcək hal kimi dəyərləndirilə bilər. Ən əsası isə odur ki, "Birlik" təkcə coğrafi arealın genişliyi ilə yox, ideoloji yükü və Azərbaycan mədəniyyətinin, tarixinin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edən bir-birindən maraqlı yazıları ilə diqqət çıkir. ATXƏM sədrinin ideoloji məsələlər üzrə müavini Qafar Əliyevin "Azərbaycançılıq ideologiyasının formalaşmasında və inkişafında ümumilli lider Heydər Əliyevin rolu", ATXƏM sədrinin iqtisadi məsələlər üzrə müavini Akif Kərimovun "Türkdilli ölkələrin birliyi uğrunda vacib addım", Firuzə Nadirin "Bəşəri Humanizmin canlı örnəyi: MEHRİBAN xanım ƏLİYEVA", bu ilin fevralında ATXƏM-in qonağı olan Türk ellərinin fəxri oğlu, qırğız yazıçısı ölməz Çingiz Aytmatovun Bakı səfəri barəsində fotoreportaj və dərginin baş redaktoru Salman Vilayətoğlunun Ç.Aytmatov haqqında "Dağlar çökəndə..." rekviyemi, ATXƏM sədrinin müşaviri, filologiya elmləri namizədi, tarix elmləri doktoru Güllü Yoloğlunun səfər təəssüratlarından doğan "Sakitliyi pozulan Şanlıurfadan hər qarışında Türk izi görünən Hələbə qədər..." və "Ortaq Türk dili", tarix elmləri doktoru, professor Anar İsgəndərovun "Azərbaycan istiqlalının qorunmasında Qafqaz İslam Ordusunun və Nuru Paşanın rolu", "Azərbaycan MEA-nın Tarix İnstitutunun elmi işçisi Nazim MUSTAFAnın "Erməni soyqırımı"nın uydurma olmasını sübüt edən erməni tədqiqatçısının əsəri haqqında", Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Kərəm Məmmədovun "Azərbycan erkən orta əsrlərdə", ATXƏM-in analitik mərkəzinin elmi əməkdaşı, BDU-unu IV kurs tələbəsi Hülya Məmmədlinin "Türkcəmizin ən böyük problemləri: Dilaçarın dilqanmazlığı", Ərzurumdan Atatürk Universitesinin, İktisadi və İdari Bilimler Fakültesi İktisat Bölümü Öğretim Üyesi Doç. Dr. Kerem Karabulutun "Türkiye – Ermenistan sınır kapısı sorununa kısa bir bakış", macarıstanlı türkoloq Edit Tasnadinin "Denizsiz yurttan denize bakış", ATXƏM-in Avropa və Ukrayna üzrə təmsilçisi Fərhad Turanlının "Kavkazskaya Albaniya v istorii qosudarstvennosti azerbaydjantsev" başlıqlı məqalələrin hər biri tarixi baxımdan əhəmiyyətli yazı nümunələridir. Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Demirelin və Bilkent Universitesi Mütəvəlli Heyəy Başkanı, Prof. Dr. İnsan Doğramacının jurnala təbrikləri Türk dünyasının "Birlik"ə verilən önəmi kimi dəyərləndirilə bilər.

    VIDEO
    İtkinlərin taleyi təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir - 31.08.2026
     
    Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
     
    Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
     
    Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
     
    Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
     
    Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
     
     
    Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
     
     Digər xəbərlər

    Axtarış
     


    Rüstəm Behrudinin təlaşı

    Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

    Nəriman Əbdülrəhmanlı

    Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

    Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

    Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
     Digər xəbərlər
     Ayhan Dəmirçi:
     
     
    Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
     
     Digər xəbərlər

    Çox oxunan
    Dostlarınızdan tövsiyə



    Tarixi məqamlar
     
    Aktiv sorğu yoxdur.

    « Okt.2026
    Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 

    : ..  
    : ..  
    : ..  
    : ..  
    Atm. təziyi: ìì
    Rütübət: %


    free counters

    © 2026 www.atxem.az
    Powered by Danneo