Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Türk dünyası xəbərləri
» İstanbulda XV Avrasiya İqtisadi Zirvəsi keçirilir
11.04.12 16:39
Aprelin 11-də İstanbulda Lütfi Kırdar adına Konqres Mərkəzində XV Avrasiya İqtisadi Zirvəsi başlayıb. APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, Mərmərə Qrupu Vəqfi tərəfindən təşkil olunan toplantının açılışında Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubu oxunub.
Məktubu Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov oxuyub. Təbrikdə deyilir ki, müasir dünyada sülhün və əmin-amanlığın qorunmasına, sosial-siyasi tərəqqiyə əməli töhfəsini verən Türkiyə Cümhuriyyətində hər il Mərmərə Qrupu Vəqfinin təşkilatçılığı ilə keçirilən zirə görüşləri regional və beynəlxalq əməldaşlığın genişləndirilməsi, Avrasiya bölgəsində xalqlar və dövlətlər arasında siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsi işinə müsbət təsir göstərir. Məktubda qeyd olunub ki, sonuncu zirvə toplantısından ötən müddət ərzində region ölkələri arasında siyasi-iqtisadi və mədəni əlaqələr daha da güclənib, geniş miqyaslı yeni transmilli layihələrin əsası qoyulub: “Bu layihələrin reallaşmasında, iqtisadi əməkdaşlığın dərinləşməsində, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan yaxından iştirak edir. Qlobal inkişafın yeni çağırışlarına cavab vermək üçün dünyanın görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, iş adamlarının və beyin mərkəzlərinin müxtəlif formatlarda müzakirələr aparmasına və adekvat qərarlar çıxarmasına ehtiyac duyulur”.
Azərbaycan dövlət başçısı XV Zirvə toplantısında hamını düşündürən regional problemlərin həllinə, dövlətlərarası ictimai-siyasi və mədəni əlaqələrin inkişafına, xalqların mənafelərinə xidmət edən yeni ideyalar irəli sürüləcəyinə və qərarlar qəbul ediləcəyinə inandığını bildirib.
toplantının açılışında çıxış edən Mərmərə Qrupu Vəqfinin sədri Akkan Suver Çin Xalq Respublikası Məclisinin vitse-spikerinin başçılığı altında nümayəndə heyətinin toplantıda iştirak etməsinin çox əlamətdar hadisə olduğunu deyib. O, Orta Asiyadan uzaq Şərqə, Afrikadan Balkanlara qədər bəzi dövlət başçılarının və yüksək səviyyəli dövlət adamlarının zirvə toplantısında iştirak etdiyini bildirib.
Qeyd edək ki, “Bürünc zirvə” adlandırılan toplantıda Azərbaycandan Əli Həsənovla yanaşı, Milli Məclisin sədr müavini Valeh Ələsgərov, təhsil naziri Misir Mərdanov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edir.
Son 14 il ərzində mütəmadi olaraq keçirilən, dövlət və hökumət başçıları, parlamentarilər və tanınmış şəxsiyyətlərin qatıldığı toplantının builki Zirvəsində enerji, iqtisadi, mədəniyyətlərarası dialoq, qadın liderlər mövzusu, habelə dünyada aclıq və yoxsulluq problemləri gündəmdə olacaq.
toplantıya ilk dəfə olaraq müxtəlif dinləri təmsil edən yüksək rütbəli din xadimləri də qatılıblar. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də Fəxri qonaq qismində iştirak edir.
Zirvə toplantısı aprelin 12-də İzmirdə keçiriləcək iclasla başa çatacaq.
URL / WWW
http://atxem.az/news/a-15246.html