Axtarış: 
İstanbulda XV Avrasiya İqtisadi Zirvəsi keçirilir
+  -  Çap 
Yerləşdirilib: 11.04.12 | Baxılıb: 2567
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Aprelin 11-də İstanbulda Lütfi Kırdar adına Konqres Mərkəzində XV Avrasiya İqtisadi Zirvəsi başlayıb. APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, Mərmərə Qrupu Vəqfi tərəfindən təşkil olunan toplantının açılışında Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubu oxunub.
Məktubu Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov oxuyub. Təbrikdə deyilir ki, müasir dünyada sülhün və əmin-amanlığın qorunmasına, sosial-siyasi tərəqqiyə əməli töhfəsini verən Türkiyə Cümhuriyyətində hər il Mərmərə Qrupu Vəqfinin təşkilatçılığı ilə keçirilən zirə görüşləri regional və beynəlxalq əməldaşlığın genişləndirilməsi, Avrasiya bölgəsində xalqlar və dövlətlər arasında siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsi işinə müsbət təsir göstərir. Məktubda qeyd olunub ki, sonuncu zirvə toplantısından ötən müddət ərzində region ölkələri arasında siyasi-iqtisadi və mədəni əlaqələr daha da güclənib, geniş miqyaslı yeni transmilli layihələrin əsası qoyulub: "Bu layihələrin reallaşmasında, iqtisadi əməkdaşlığın dərinləşməsində, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan yaxından iştirak edir. Qlobal inkişafın yeni çağırışlarına cavab vermək üçün dünyanın görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, iş adamlarının və beyin mərkəzlərinin müxtəlif formatlarda müzakirələr aparmasına və adekvat qərarlar çıxarmasına ehtiyac duyulur".
Azərbaycan dövlət başçısı XV Zirvə toplantısında hamını düşündürən regional problemlərin həllinə, dövlətlərarası ictimai-siyasi və mədəni əlaqələrin inkişafına, xalqların mənafelərinə xidmət edən yeni ideyalar irəli sürüləcəyinə və qərarlar qəbul ediləcəyinə inandığını bildirib.
toplantının açılışında çıxış edən Mərmərə Qrupu Vəqfinin sədri Akkan Suver Çin Xalq Respublikası Məclisinin vitse-spikerinin başçılığı altında nümayəndə heyətinin toplantıda iştirak etməsinin çox əlamətdar hadisə olduğunu deyib. O, Orta Asiyadan uzaq Şərqə, Afrikadan Balkanlara qədər bəzi dövlət başçılarının və yüksək səviyyəli dövlət adamlarının zirvə toplantısında iştirak etdiyini bildirib.
Qeyd edək ki, "Bürünc zirvə" adlandırılan toplantıda Azərbaycandan Əli Həsənovla yanaşı, Milli Məclisin sədr müavini Valeh Ələsgərov, təhsil naziri Misir Mərdanov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edir.
Son 14 il ərzində mütəmadi olaraq keçirilən, dövlət və hökumət başçıları, parlamentarilər və tanınmış şəxsiyyətlərin qatıldığı toplantının builki Zirvəsində enerji, iqtisadi, mədəniyyətlərarası dialoq, qadın liderlər mövzusu, habelə dünyada aclıq və yoxsulluq problemləri gündəmdə olacaq.
toplantıya ilk dəfə olaraq müxtəlif dinləri təmsil edən yüksək rütbəli din xadimləri də qatılıblar. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də Fəxri qonaq qismində iştirak edir.
Zirvə toplantısı aprelin 12-də İzmirdə keçiriləcək iclasla başa çatacaq.


VIDEO
BƏƏ Prezidentinin Şuşaya səfəri həm simvolik, həm də strateji baxımdan böyük beynəlxalq və regional əhəmiyyət daşıyır - 17.09.2025 il
 
Xankəndidəki terror cəhdinin arxasında xarici təsirlərin olması ehtimalı yüksəkdir - 16.09.2025 il
 
“Ümid edirəm ki, bəzi QHT-lər Ədliyyə Nazirliyi və QHT Agentliyinin bəyanatından nəticə çıxaracaq”-ATXƏM sədri - 13.09.2025 il
 
Qafqaz İslam Ordusunun Bakıya gəlişi və xilaskar missiyası Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan hadisələrdən biridir - 15.09.2025 il
 
İctimai İştirak və İctimai Nəzarət: Vətəndaş Nəzarəti”-Ə.Abbasbəyli və İ.İsmayılov ilə QIRMIZI MASA - 16 iyul 2025 il
 
1948-1953-cü illərdə Qərbi Azərbaycandan deportasiya zamanı mülkiyyət hüququnun pozuntusu - 07 iyul 2025 il
 
AR QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycana qayıdış” mövzusunda 2023 və 2024-cü illərdə həyata keçirilən layihələrlə bağlı brifinq keçirib - 11 iyun 2025
 
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2025
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Axşam: +18.. +20dəyişkən buludlu yağmursuz
Gecə: +17.. +19aydn yağmursuz
Səhər: +19.. +21dəyişkən buludlu yağmursuz
Gündüz: +19.. +21buludlu yağmursuz
Atm. təziyi: 758 ìì
Rütübət: 70 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo