Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
ATXƏM-in tədbirləri
» Neftçalada Qafqaz İslam Ordusunun Azərbaycanı daşnak-bolşevik işğalından azad etməsinin 90 illiyinə həsr olunmuş anım mərasimi keçirilmişdir - 08.09.2008
01.03.12 18:55
Türk tarixinin obyektiv araşdırılmasını, öyrənilməsini, gələcəyə bütöv şəkildə ötürülməsini özünün başlıca vəzifəsi sayan ATXƏM İB 90 il öncəki tarixi olayların tədqiqinə xüsusi diqqət yetirir. Bu məqsədlə hələ mart ayından etibarən ATXƏM-in xüsusi komissiyası yaradılmış və əldə olunan yeni sənədlər əsasında Qafqaz İslam Ordusunun Azərbaycanın istiqlalı uğrunda apardığı döyüşlərin tam mənzərəsini yaratmağa imkan verən sənədli-tarixi film çəkilmişdir.Amma ATXƏM rəhbərliyi bununla kifayətlənməyərək, 90 il öncə vətənimizin istiqlalı yolunda canlarından keçmiş Türk əsgərlərinin ruhuna ehtiramın ümumxalq, ümumölkə miqyaslı tədbirə çevrilməsi üçün silsilə tədbirlər planı hazırlamışdır. Bu xüsusda ilk tədbir Neftçala rayonunun Seyidlər kənd məzarlığında uyuyan 10 Türk şəhidinin şərəfinə ucaldılmış abidənin ziyarəti olmuşdur.
Sentyabrın 6-da keçirilən anım mərasiminə ATXƏM-in çoxsaylı üzvləri, Neftçala ziyalıları, Seyidlər kəndinin sakinləri, TRT-nin Bakı nümayəndəliyinin təmsilçiləri,Türkiyədən və Azərbaycandan olan alimlər, Neftçala İcra Hakimiyyətinin və yerli bələdiyyənin üzvləri qatılmışlar.
{img1}{img2}Tədbiri giriş sözü ilə açan ATXƏM sədri İ.İsmayılov Qafqaz İslam Ordusunun keçdiyi şərəfli döyüş yoluna qısa tarixi ekskurs etdikdən sonra, Nuru Paşanın başçılığı ilə Azərbaycanın istiqlalı uğrunda vuruşmuş Türk əsgərlərinin xatirəsinin xalqın qəlbində yaşadığını vurğulayaraq demişdir ki, bu ümumxalq məhəbbətinin gələcək nəsillərə ötürülməsi bu günkü nəslin mənəvi borcudur və əslində ATXƏM-in silsilə tədbirləri də bu mənəvi borcun zəruriləşdirdiyi fəaliyyətin təzahürü kimi dəyərləndirilməlidir.
Tədbirdə çıxış edən digər natiqlər – ATXƏM sədrinin müavini, “Kür-Xəzər” Cəmiyyətinin prezidenti Akif Kərimov, Salyan Ağsaqqallar Şurasının sədri Hacı Beydulla İmanov, Heftçala rayonunun baş axundu Hacı Əlqəmə, tədqiqatçı alim, professor Hüseynağa Hüseynov, Ankaradakı Qazi Universitetinin professoru Əflatun Nemətzadə, Qafqaz Universiteti nəzdində Araşdırmalar Mərkəzinin rəhbəri Mehmet Rihtim və başqaları da Türk tarixinin bu şanlı səhifəsini yaddaşlarda əbədiləşməsinin vacibliyindən danışmış, ATXƏM-in bu yönlü fəaliyyətini təqdir etmişlər.
URL / WWW
http://atxem.az/news/a-15249.html