Axtarış: 
Neftçalada Qafqaz İslam Ordusunun Azərbaycanı daşnak-bolşevik işğalından azad etməsinin 90 illiyinə həsr olunmuş anım mərasimi keçirilmişdir - 08.09.2008
+  -  Çap 
Yerləşdirilib: 01.03.12 | Baxılıb: 2724
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Türk tarixinin obyektiv araşdırılmasını, öyrənilməsini, gələcəyə bütöv şəkildə ötürülməsini özünün başlıca vəzifəsi sayan ATXƏM İB 90 il öncəki tarixi olayların tədqiqinə xüsusi diqqət yetirir. Bu məqsədlə hələ mart ayından etibarən ATXƏM-in xüsusi komissiyası yaradılmış və əldə olunan yeni sənədlər əsasında Qafqaz İslam Ordusunun Azərbaycanın istiqlalı uğrunda apardığı döyüşlərin tam mənzərəsini yaratmağa imkan verən sənədli-tarixi film çəkilmişdir.Amma ATXƏM rəhbərliyi bununla kifayətlənməyərək, 90 il öncə vətənimizin istiqlalı yolunda canlarından keçmiş Türk əsgərlərinin ruhuna ehtiramın ümumxalq, ümumölkə miqyaslı tədbirə çevrilməsi üçün silsilə tədbirlər planı hazırlamışdır. Bu xüsusda ilk tədbir Neftçala rayonunun Seyidlər kənd məzarlığında uyuyan 10 Türk şəhidinin şərəfinə ucaldılmış abidənin ziyarəti olmuşdur.
Sentyabrın 6-da keçirilən anım mərasiminə ATXƏM-in çoxsaylı üzvləri, Neftçala ziyalıları, Seyidlər kəndinin sakinləri, TRT-nin Bakı nümayəndəliyinin təmsilçiləri,Türkiyədən və Azərbaycandan olan alimlər, Neftçala İcra Hakimiyyətinin və yerli bələdiyyənin üzvləri qatılmışlar.
Tədbiri giriş sözü ilə açan ATXƏM sədri İ.İsmayılov Qafqaz İslam Ordusunun keçdiyi şərəfli döyüş yoluna qısa tarixi ekskurs etdikdən sonra, Nuru Paşanın başçılığı ilə Azərbaycanın istiqlalı uğrunda vuruşmuş Türk əsgərlərinin xatirəsinin xalqın qəlbində yaşadığını vurğulayaraq demişdir ki, bu ümumxalq məhəbbətinin gələcək nəsillərə ötürülməsi bu günkü nəslin mənəvi borcudur və əslində ATXƏM-in silsilə tədbirləri də bu mənəvi borcun zəruriləşdirdiyi fəaliyyətin təzahürü kimi dəyərləndirilməlidir.
Tədbirdə çıxış edən digər natiqlər – ATXƏM sədrinin müavini, "Kür-Xəzər" Cəmiyyətinin prezidenti Akif Kərimov, Salyan Ağsaqqallar Şurasının sədri Hacı Beydulla İmanov, Heftçala rayonunun baş axundu Hacı Əlqəmə, tədqiqatçı alim, professor Hüseynağa Hüseynov, Ankaradakı Qazi Universitetinin professoru Əflatun Nemətzadə, Qafqaz Universiteti nəzdində Araşdırmalar Mərkəzinin rəhbəri Mehmet Rihtim və başqaları da Türk tarixinin bu şanlı səhifəsini yaddaşlarda əbədiləşməsinin vacibliyindən danışmış, ATXƏM-in bu yönlü fəaliyyətini təqdir etmişlər.


VIDEO
İtkinlərin taleyi təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir - 31.08.2026
 
Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
 
Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
 
Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
 
 
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo