Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
ATXƏM-in tədbirləri
» ATXƏM-in təşkil etdiyi “Heydər Əliyev – 85” xatirə turnirinin qalibləri müəyyənləşdi - 29.05.2008
28.02.12 19:19
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin təşkil etdiyi “Heydər Əliyev-85” xatirə turnirinə may ayının 10-da Salyan rayonunun Qaraçala qəsəbəsində start verilmişdi. Sabirabad, Neftçala, Hacıqabul, Salyan rayonlarının, Şirvan şəhərinin və Qaraçala qəsəbəsinin 16 yaşlılardan ibarət yığma komandalarının iştirak etdiyi turnirə may ayının 28-də Respublika Günündə yekun vuruldu.Turnirin rəsmi bağlanışında iştirak edən ATXƏM sədri İlham İsmayılov, Respublika Futbol Veteranları İttifaqının sədri, AFFA-nın baş mütəxəssisi Rasim Zeynalov yarış iştirakçılarını “28 May – Respublika Günü” münasibətilə təbrik edərək bildirdilər ki, Azərbaycanın genefondunun sağlamlığı, xüsusilə də gənc nəslin fiziki hazırlığının yüksəldilməsi ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin prioritet istiqamətlərindən biri olub və bu kurs Heydər Əliyev siyasi irsinin layiqli davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin daimi diqqət mərkəzindədir.
{img1}{img2}Bu kimi futbol yarışlarının cənab prezidentin futbolun inkişafına yönəlik siyasətinə dəstək olduğunu vurğulayan natiqlər onu da xüsusi qeyd etdilər ki, Azərbaycan gəncliyi ümummilli liderin ideyalarına daimi sədaqət nümayiş etdirdib və ölkə rəhbərliyinin gəncliyə diqqətinin təzahürü olan bu qəbil tədbirlər gələcəkdə də davam etdiriləcəkdir. Natiqlər əminliklə bildirdilər ki, bu gənclərin arasından ölkəmizi beynəlxalq arenada təmsil edəcək layiqli idmançılar yetişəcəkdir.
Regional Futbol Federasiyasnın sədri Nadir Quliyev, Salyan rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Hüseynov, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Talıbov və ATXƏM sədrinin müavini, “Kür-Xəzər” Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov turnir iştirakçılarını təbrik edərək, Azərbaycanın gələcəyi naminə fəaliyyətlərində əzimkarlıq arzu etdilər. Sonra qalibləri mükafatlandırma mərasimi keçirildi.
Birinci yerin sahibi “Qaraçala” komandasına turnirin baş mükafatı olan kubok və ATXƏM-in diplomu təqdim edildi. İkinci yerə “Şirvan” və üçüncü yerə “Sabirabad” komandaları layiq görüldü. Hər iki komandaya da ATXƏM-in fəxri fərmanları və pul mükafatları təqdim edildi.
Bundan başqa AFFA-nın nümayəndəsi hər bir komandaya AFFA adından top hədiyyə etdi.
Qeyd edək ki, turnirdə “Sabirabad” komandasının üzvü Tariyel Hüseynov “Ən yaxşı hücumçu”, “Salyan” komandasının üzvü Süphan Quliyev “Ən yaxşı qapıçı”, “Şirvan” komandasının üzvü Vüqar Mahmudov “Ən yaxşı oyunçu”, “Hacıqabul” komandasının üzvü Ümid Quliyev “Ən yaxşı müdafiəçi”, “Neftçala” komandasının üzvü İlqar Abdullayev “Ən yaxşı yarımmüdafiəçi”, “Qaraçala” komandasının üzvü Nicat Şəbiyev “Ən çox qol vuran” nominasiyaları üzrə qalib elan olundular və fərqlənən gənc futbolçuların hər birinə ATXƏM-in fəxri fərmanı ilə birlikdə qiymətli hədiyyələr təqdim olundu.
URL / WWW
http://atxem.az/news/a-15252.html