Axtarış: 
ATXƏM-in təşkil etdiyi "Heydər Əliyev – 85" xatirə turnirinin qalibləri müəyyənləşdi - 29.05.2008
+  -  Çap 
Yerləşdirilib: 28.02.12 | Baxılıb: 2719
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin təşkil etdiyi "Heydər Əliyev-85" xatirə turnirinə may ayının 10-da Salyan rayonunun Qaraçala qəsəbəsində start verilmişdi. Sabirabad, Neftçala, Hacıqabul, Salyan rayonlarının, Şirvan şəhərinin və Qaraçala qəsəbəsinin 16 yaşlılardan ibarət yığma komandalarının iştirak etdiyi turnirə may ayının 28-də Respublika Günündə yekun vuruldu.Turnirin rəsmi bağlanışında iştirak edən ATXƏM sədri İlham İsmayılov, Respublika Futbol Veteranları İttifaqının sədri, AFFA-nın baş mütəxəssisi Rasim Zeynalov yarış iştirakçılarını "28 May – Respublika Günü" münasibətilə təbrik edərək bildirdilər ki, Azərbaycanın genefondunun sağlamlığı, xüsusilə də gənc nəslin fiziki hazırlığının yüksəldilməsi ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin prioritet istiqamətlərindən biri olub və bu kurs Heydər Əliyev siyasi irsinin layiqli davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin daimi diqqət mərkəzindədir.
Bu kimi futbol yarışlarının cənab prezidentin futbolun inkişafına yönəlik siyasətinə dəstək olduğunu vurğulayan natiqlər onu da xüsusi qeyd etdilər ki, Azərbaycan gəncliyi ümummilli liderin ideyalarına daimi sədaqət nümayiş etdirdib və ölkə rəhbərliyinin gəncliyə diqqətinin təzahürü olan bu qəbil tədbirlər gələcəkdə də davam etdiriləcəkdir. Natiqlər əminliklə bildirdilər ki, bu gənclərin arasından ölkəmizi beynəlxalq arenada təmsil edəcək layiqli idmançılar yetişəcəkdir.
Regional Futbol Federasiyasnın sədri Nadir Quliyev, Salyan rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Hüseynov, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Talıbov və ATXƏM sədrinin müavini, "Kür-Xəzər" Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov turnir iştirakçılarını təbrik edərək, Azərbaycanın gələcəyi naminə fəaliyyətlərində əzimkarlıq arzu etdilər. Sonra qalibləri mükafatlandırma mərasimi keçirildi.
Birinci yerin sahibi "Qaraçala" komandasına turnirin baş mükafatı olan kubok və ATXƏM-in diplomu təqdim edildi. İkinci yerə "Şirvan" və üçüncü yerə "Sabirabad" komandaları layiq görüldü. Hər iki komandaya da ATXƏM-in fəxri fərmanları və pul mükafatları təqdim edildi.
Bundan başqa AFFA-nın nümayəndəsi hər bir komandaya AFFA adından top hədiyyə etdi.
Qeyd edək ki, turnirdə "Sabirabad" komandasının üzvü Tariyel Hüseynov "Ən yaxşı hücumçu", "Salyan" komandasının üzvü Süphan Quliyev "Ən yaxşı qapıçı", "Şirvan" komandasının üzvü Vüqar Mahmudov "Ən yaxşı oyunçu", "Hacıqabul" komandasının üzvü Ümid Quliyev "Ən yaxşı müdafiəçi", "Neftçala" komandasının üzvü İlqar Abdullayev "Ən yaxşı yarımmüdafiəçi", "Qaraçala" komandasının üzvü Nicat Şəbiyev "Ən çox qol vuran" nominasiyaları üzrə qalib elan olundular və fərqlənən gənc futbolçuların hər birinə ATXƏM-in fəxri fərmanı ilə birlikdə qiymətli hədiyyələr təqdim olundu.

VIDEO
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
Türk dünyasının mədəni-humanitar inteqrasiyası üçün yol xəritəsi - 30.06.2026
 
Füzuli və Şuşadan verilən həmrəylik mesajları - 24.06.2026
 
Şuşa Bəyannaməsi: Türk dünyasının inteqrasiyasına töhfə verən tarixi sənəd - 12.06.2026
 
WUF13 Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelinin təqdimatı baxımından əhəmiyyətli idi - 24.05.2026
 
Heydər Əliyevin türk dünyasının inteqrasiyasında əvəzsiz xidmətləri - 09.05.2026
 
Türkçülük Günü Türk xalqları arasında inteqrasiya prosesinin sürətləndirilməsində mühüm əhəmiyyət kəsb edir - 01.05.2026
 
Kiyev-Bakı əməkdaşlığı, mövcud durum və perspektiv imkanlar - 27.04.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo