Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
ATXƏM-in tədbirləri
» ATXƏM ümummilli lider Heydər Əliyevin 85 illiyini geniş qeyd etdi - 12.05.2008
27.02.12 19:25
Ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş silsilə tədbirlərə may ayının 1-də təşkilatın mərkəzi qərargahında təşkil olunmuş elmi-praktik konfransla başlayan ATXƏM İctimai Birliyi may ayının 10-da Salyan rayonunda genişmiqyaslı tədbirlər həyata keçirdi.Səhər saat 10.00-da Heydər Əliyevin Salyan şəhərindəki abidəsinin ziyarəti ilə başlayan tədbirə Salyan rayonunun ayrı-ayrı kollektivlərinin nümayəndələri, ATXƏM mərkəzi ofisinin əməkdaşları və ATXƏM Salyan dayaq dəstəsinin üzvləri qatılmışdılar. Salyan rayon İcra Hakimiyyətinin başçısı Rasim Bəşirovun və ATXƏM sədri İlham İsmayılovun iştirakı ilə ümummilli liderin abidəsi önünə həm Salyan rayon İH, həm də ATXƏM İB adından əklillər qoyulduqdan sonra tədbir rayonun Qaraçala qəsəbə stadionunda davam etdirildi.
{img1}{img2}ATXƏM sədri İ.İsmayılovun baş direktoru olduğu “Klassik-Aİ” şirkətinin himayədarlığı ilə inşa olunmuş bu stadionda ATXƏM-in təşkil etdiyi idman bayramının – “Ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş rayonlararası futbol turniri”nin rəsmi açılışı oldu.
Sabirabad, Neftçala, Hacıqabul, Salyan rayonlarının, Şirvan şəhərinin və Qaraçala qəsəbəsinin 16 yaşlılardan ibarət yığma komandalarının iştirak etdiyi turnirin rəsmi açılışında ATXƏM sədri İ.İsmayılov və Salyan İH başçısı R.Bəşirov təbrik nitqləri söyləyərək bildirdilər ki, Azərbaycanın genefondunun sağlamlığı, xüsusilə də gənc nəslin fiziki hazırlığının yüksəldilməsi ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin prioritet istiqamətlərindən biri olub və bu kurs Heydər Əliyev siyasi irsinin layiqli davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin daimi diqqət mərkəzindədir. Azərbaycan gəncliyinin ümummilli liderin ideyalarına daimi sədaqət nümayiş etdirdiyini xüsusi vurğulayan natiqlər onu da diqqətə çatdırdılar ki, bu günkü turnir də ölkə rəhbərliyinin gəncliyə diqqətinin təzahürlərindən biridir və bu iş gələcəkdə də davam etdiriləcəkdir.
{img3}Ümummilli lider Heydər Əliyevin 85 illiyi ilə əlaqədar olaraq Salyan rayon İH ilə ATXƏM İB-nin birgə təşkil etdiyi bayram şənlikləri saat 19.00-da Salyan rayon İH binası qarşısındakı meydanda mədəni kütləvi tədbirlə davam etdirildi. Respublikanın görkəmli mədəniyyət və incəsənət ustalarının iştirakı ilə keçirilən konsert saat 24.00-da atəşfəşanlıqla yekunlaşdı.
URL / WWW
http://atxem.az/news/a-15253.html