Axtarış: 
ATXƏM ümummilli lider Heydər Əliyevin 85 illiyini geniş qeyd etdi - 12.05.2008
+  -  Çap 
Yerləşdirilib: 27.02.12 | Baxılıb: 2746
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş silsilə tədbirlərə may ayının 1-də təşkilatın mərkəzi qərargahında təşkil olunmuş elmi-praktik konfransla başlayan ATXƏM İctimai Birliyi may ayının 10-da Salyan rayonunda genişmiqyaslı tədbirlər həyata keçirdi.Səhər saat 10.00-da Heydər Əliyevin Salyan şəhərindəki abidəsinin ziyarəti ilə başlayan tədbirə Salyan rayonunun ayrı-ayrı kollektivlərinin nümayəndələri, ATXƏM mərkəzi ofisinin əməkdaşları və ATXƏM Salyan dayaq dəstəsinin üzvləri qatılmışdılar. Salyan rayon İcra Hakimiyyətinin başçısı Rasim Bəşirovun və ATXƏM sədri İlham İsmayılovun iştirakı ilə ümummilli liderin abidəsi önünə həm Salyan rayon İH, həm də ATXƏM İB adından əklillər qoyulduqdan sonra tədbir rayonun Qaraçala qəsəbə stadionunda davam etdirildi.

ATXƏM sədri İ.İsmayılovun baş direktoru olduğu "Klassik-Aİ" şirkətinin himayədarlığı ilə inşa olunmuş bu stadionda ATXƏM-in təşkil etdiyi idman bayramının – "Ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş rayonlararası futbol turniri"nin rəsmi açılışı oldu.
Sabirabad, Neftçala, Hacıqabul, Salyan rayonlarının, Şirvan şəhərinin və Qaraçala qəsəbəsinin 16 yaşlılardan ibarət yığma komandalarının iştirak etdiyi turnirin rəsmi açılışında ATXƏM sədri İ.İsmayılov və Salyan İH başçısı R.Bəşirov təbrik nitqləri söyləyərək bildirdilər ki, Azərbaycanın genefondunun sağlamlığı, xüsusilə də gənc nəslin fiziki hazırlığının yüksəldilməsi ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin prioritet istiqamətlərindən biri olub və bu kurs Heydər Əliyev siyasi irsinin layiqli davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin daimi diqqət mərkəzindədir. Azərbaycan gəncliyinin ümummilli liderin ideyalarına daimi sədaqət nümayiş etdirdiyini xüsusi vurğulayan natiqlər onu da diqqətə çatdırdılar ki, bu günkü turnir də ölkə rəhbərliyinin gəncliyə diqqətinin təzahürlərindən biridir və bu iş gələcəkdə də davam etdiriləcəkdir.
Ümummilli lider Heydər Əliyevin 85 illiyi ilə əlaqədar olaraq Salyan rayon İH ilə ATXƏM İB-nin birgə təşkil etdiyi bayram şənlikləri saat 19.00-da Salyan rayon İH binası qarşısındakı meydanda mədəni kütləvi tədbirlə davam etdirildi. Respublikanın görkəmli mədəniyyət və incəsənət ustalarının iştirakı ilə keçirilən konsert saat 24.00-da atəşfəşanlıqla yekunlaşdı.

VIDEO
İtkinlərin taleyi təkcə fərdlərin problemi deyil, bu bir humanitar problemdir - 31.08.2026
 
Nəqliyyat qovşağına çevrilən Naxçıvan-Türk dünyasının inteqrasiyasında mühüm faktor kimi - 13.08.2026
 
Uşaqların zərərli informasiyalardan qorunması istiqamətində atılan mühüm addım - 06.08.2026
 
Prezident İlham Əliyevin Qırğızıstan səfəri Türk dünyasının inteqrasiyasının sürətlənməsində mühüm addım kimi - 01.08.2026
 
Türk dünyasının sevilən şairi Nəriman Həsənzadənin xatirəsi daim qəlbimizdə yaşayacaq - 02.08.2026
 
Qafqaz İslam Ordusunun Azərbaycanı erməni-bolşevik quldur dəstələrindən azad etməsinin ildönümü münasibətilə İSTAD - İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi Azərbaycana səfər etmişdir - 23.08.2026
 
 
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Noy.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo