Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » ATXƏM-in tədbirləri » ATXƏM-in beynəlxalq nüfuzu günbəgün artır - 17.03.2008
24.02.12 21:11

Hədəfi dünyaya səpələnmiş Türk ellərinin tarixi haqqını – mədəni, mənəvi və ictimai-iqtisadi birliyini bərpa etmək olan ATXƏM yarandığı gündən etibarən öz məqsədinə doğru inamlı addımlarla irəliləyir. Məhz bu cür məqsədyönlülüyün nəticəsidir ki, fəaliyyətə başladığı 4 ay ərzində ATXƏM özünü nəinki təkcə Azərbaycanda, ümumən bütün Türkdilli dövlətlərdə ciddi qurum kimi tanıtmağa müvəffəq olmuşdur. Ən əsası odur ki, bu ciddi təşkilat imici sadəcə bir reklam mahiyyəti daşımayaraq, real faktlara və konkret işlərə söykənən bir gercəklik kimi qəbul olunur. Məhz bu ciddiyyətin məntiqi sonluğu olaraq ATXƏM-in digər Türk dövlətlərindən və toplumlarından olan üzvlərinin sayı durmadan artır.Türk tarixinin ünlü araşdırmaçılarından olan qazax alimi, Qazaxıstan Sosial Elmlər Akademiyasının həqiqi üzvü, “Alaş” tarixi tədqiqatlar Mərkəzinin prezidenti Xayrulla Qabjalilov ATXƏM-in xarici ölkə vətəndaşı olan ilk üzvü olsa da, bu gün bu sırada dayananların kontingenti xeyli genişdir.
Artıq Qazaxıstan İqtisadiyyat və Konsaltinq Universitetinin rektoru, professor Abdiali Nurmanov, Türkiyənin məşhur “MTW – Biotexnik Medikal” şirkətinin sahibi Mustafa Konyalıoğlu ATXƏM üzvü olmaq üçün rəsmi müraciət etmişdir və təşkilatın idarə heyəti bu müraciətləri müzakirə edərək hər ikisinə müsbət rəy vermişdir.
{img1}{img2}Türkiyənin Atatürk Universitetinin İqtisadi və İdari Bilimler fakultesinin Öğretim Üyesi, əslən Azərbaycandan olan doktor Kerem Karabulut isə ATXƏM-in Ərzurum nümayəndəliyinin yaradılması təşəbbüsü ilə çıxış etmişdir.

Bu sıradan ən uğurlu layihə isə Bakıda təhsil olan kərküklü tələbələrin ATXƏM-in nəzdində İraq Türkmən Tələbələr Birliyi yaratmasıdır.Mart ayının 16-da ATXƏM-in mərkəzi ofisində bu yeni qurumun təsis toplantısı olmuş, İTTB ilə ATXƏM-in fəaliyyətlərinin uzlaşdırılması barədə razılıq əldə olunmuşdur.
URL / WWW
http://atxem.az/news/a-15258.html