Axtarış: 
ATXƏM-in beynəlxalq nüfuzu günbəgün artır - 17.03.2008
+  -  Çap 
Yerləşdirilib: 24.02.12 | Baxılıb: 2644
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Hədəfi dünyaya səpələnmiş Türk ellərinin tarixi haqqını – mədəni, mənəvi və ictimai-iqtisadi birliyini bərpa etmək olan ATXƏM yarandığı gündən etibarən öz məqsədinə doğru inamlı addımlarla irəliləyir. Məhz bu cür məqsədyönlülüyün nəticəsidir ki, fəaliyyətə başladığı 4 ay ərzində ATXƏM özünü nəinki təkcə Azərbaycanda, ümumən bütün Türkdilli dövlətlərdə ciddi qurum kimi tanıtmağa müvəffəq olmuşdur. Ən əsası odur ki, bu ciddi təşkilat imici sadəcə bir reklam mahiyyəti daşımayaraq, real faktlara və konkret işlərə söykənən bir gercəklik kimi qəbul olunur. Məhz bu ciddiyyətin məntiqi sonluğu olaraq ATXƏM-in digər Türk dövlətlərindən və toplumlarından olan üzvlərinin sayı durmadan artır.Türk tarixinin ünlü araşdırmaçılarından olan qazax alimi, Qazaxıstan Sosial Elmlər Akademiyasının həqiqi üzvü, "Alaş" tarixi tədqiqatlar Mərkəzinin prezidenti Xayrulla Qabjalilov ATXƏM-in xarici ölkə vətəndaşı olan ilk üzvü olsa da, bu gün bu sırada dayananların kontingenti xeyli genişdir.
Artıq Qazaxıstan İqtisadiyyat və Konsaltinq Universitetinin rektoru, professor Abdiali Nurmanov, Türkiyənin məşhur "MTW – Biotexnik Medikal" şirkətinin sahibi Mustafa Konyalıoğlu ATXƏM üzvü olmaq üçün rəsmi müraciət etmişdir və təşkilatın idarə heyəti bu müraciətləri müzakirə edərək hər ikisinə müsbət rəy vermişdir.
Türkiyənin Atatürk Universitetinin İqtisadi və İdari Bilimler fakultesinin Öğretim Üyesi, əslən Azərbaycandan olan doktor Kerem Karabulut isə ATXƏM-in Ərzurum nümayəndəliyinin yaradılması təşəbbüsü ilə çıxış etmişdir.

Bu sıradan ən uğurlu layihə isə Bakıda təhsil olan kərküklü tələbələrin ATXƏM-in nəzdində İraq Türkmən Tələbələr Birliyi yaratmasıdır.Mart ayının 16-da ATXƏM-in mərkəzi ofisində bu yeni qurumun təsis toplantısı olmuş, İTTB ilə ATXƏM-in fəaliyyətlərinin uzlaşdırılması barədə razılıq əldə olunmuşdur.

VIDEO
Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur - 05.04.2026
 
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik - 03.04.2026
 
Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya - 02.04.2026
 
AFTV- Milli Məclisdə ETİRAZ: Dövlətdən oğurluq edən həbsxanaya yox, vəzifəyə gedir -  Ilham İsmayılov ilə müzakirə
 
Murad Mirzəyev-Gənc nəsil üçün vətənpərvərlik nümunəsi - 02.04.2026
 
31 mart kimi soyqırımlarını yenidən yaşamamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır - 31.03.2026
 
Azərbaycan Mədəniyyətinə böyük itki üz vermişdir 29.03.2026
 
Milli mentalitetimiz ailə dəyərlərinə hörməti özündə ehtiva edir - 18.03.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« May.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo